• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Microsoft Word

MS Office paketinə bir çox ofis proqramları daxildir. MS Office paketinin tərtibatçısı məhz Windows əməliyyat sisteminin tərtibatçısı olan Microsoft şirkətidir. MS Office paketinə bir sıra proqramlar daxildir- Word, Excell, Power point, Access- bunlar əsas proqramlardır. Həmçinin paketə əlavə proqramlar da daxildir, bunlar – MS outlook, One Note, Publisher, MS Project, Font Page, Visio, İnfopath. MS Office paketi daim yenilənir. Yeni versiyaların çıxması ilə kohnə versiyalarda aşkarlanan sehvlər aradan qaldırılır, proqramın işləklik səmərəliliyi artırılır həmçinin yeni funksiyalar əlavə edilir, bir sözlə daim inkişaf edir. Umumiyyətlə hər yeni əməliyyat sistemi yaradılarkən Ofis paketi də yeniləşdirilir. Ümumilikdə isə bu proqramların təməl strukturunda heç bir dəyişiklik olmur, yəni istənilən versiyanı öyrənsəniz digər versiyalarda da işləyə biləcəksiniz. Xırda dəyişikliklər, fərqli interfeys sizi çaşdırmasın.

Microsoft Word – mətn redaktorudur. Microsoft Word proqramı istənilən sənəd yaratmaq, redaktə etmək, çapa vermək və s. bu kimi əməliyyatlar aparmaq üçün nəzərdə tutulmuş ən universal redaktordur. Word sürətli əmrlər yığımı və yazının qramatikasını yoxlayan proqramlar, sinonimlər lüğəti kimi müasir alətlərlə təchiz olunmuşdur ki, onların köməyi ilə sənədi savadlı tərtib etmək, çox asanlıqla və vaxt itirmədən məktubları, hesabatları, qeydləri və təsvirləri birləşdirmək mümkündür. Microsoft Word proqramı mətn yaratmaq üçün istifadə edildiyinə görə bu cür proqramlara mətn redaktorları deyilir. Əlbəttə Microsoft Word proqramından başqa bir sıra digər mətn redaktorları da vardır. Misal olaraq WordPad redaktorunu göstərmək olar. Lakin öz işləklik səmərəliliyini, çoxfunksiyalılığını və sənəd yığılmasında yüksək peşəkarlıq səviyyəsini nəzərə alaraq Microsoft Word proqramına mətn redaktoru yox Word prosessoru da deyirlər.

Microsoft Word proqramının ilk versiyası 1983-cü ildə Riçard Brondi tərəfindən İBM PC üçün yaradılmışdı. 1984-cü ildə Apple Macintosh daha sonra 1989-cu ildə isə Microsoft Windows üçün versiyaları da buraxıldı. Microsoft Word proqramı öz yaradılışını Bravo mətn redaktoruna borcludur, çünki Microsoft Word proqramı məhz Bravo mətn redaktorunun əsasında yığılmışdı. İlk günlərdə bazarda bir o qədər də alıcılıq qabiliyyəti qazanmayan Microsoft Word proqramı Wordstar və WordPerfect kimi o dövrün populyar redaktorları tərəfindən sıxışdırılırdı. Lakin Microsoft Windows üçün buraxdığı versiyadan sonra Microsoft Word proqramı üçün dönüş tarixi başlandı. Bu versiyadan etibarən Microsoft Word proqramında mətni qalın (BOLD) və çəpəki (İTALİC) redaktə etmək mümkün oldu. Microsoft Word proqramının bu versiyası 500 ABŞ dollarına satılırdı.

Microsoft Word proqramının hər yeni versiyası çıxdıqda onda müəyyən yeniliklər olurdu. Mətnləri çərçivəyə almaq həmçinin fona və şriftlərə rəng vermək kimi yeniliklərlə çıxan Microsoft Wordün yeni versiyaları artıq sadə mətn redaktoru olmaqdan çıxırdı. Qarşılıqlı olaraq əsas rəqibi sayılan WordPerfect isə yeni versiyalar istehsal etməməklə Wordün daha da pulyarlaşmasına və bazarda dominantlıq etməsinə şərait yaratmış olurdu.


Əfqanoğlu