• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Word kursu.Mətnin daxil edilməsi

Klaviaturadan mətn daxil edərkən bir sıra qaydalara riayət etmək lazımdır. Mətn hər zaman kursor yerləşən yerdən daxil edilir. Word 2007 redaktoru mausu mətn daxil etmək istədiyimiz istənilən yerə gətirib sol düyməni 2 dəfə sıxmaqla kursoru həmən yerdə qeyd etmək imkanı verir. Məhz elə bu yerdən də mətni daxil etmək olar. Mətn daxil edilərkən sətrin sonuna çatdıqda sətrə yerləşməyən mətnin hissəsi avtomatik olaraq yeni sətrə keçir. Bunun üçün ENTER düyməsinə sıxmağa ehtiyac yoxdur. Bildiyimiz kimi əksər redaktorlarda olduğu kimi Word redaktorunda da növbəti sətrə keçmək üçün ENTER düyməsini sıxmaq lazımdır. Növbəti səhifəyə keçmək üçün CTRL+ENTER düymələrinin kombinasiyasını sıxmaq lazımdır. Növbəti səhifəyə keçmək üçün ard arda növbəti səhifəyə keçənə qədər ENTER düyməsini sıxmaq olar. Lakin yeni səhifəyə bu cür keçilməsi düzgün deyil və məsləhət görülmür. Daxil edilmiş istənilən simvolu pozmaq mümkündür. Əgər pozulacaq simvol kursordan soldadırsa bu zaman BACKSPACE düyməsi sıxılır, əgər kursorun sağındakı simvolu pozmaq lazım gələrsə o zaman DELETE düyməsi sıxılır. Kursordan soldakı sözü pozmaq üçün CTRL+BACKSPACE klavişlərinin kombinasiyasından istifadə edilir. Əgər kursorun sağındakı sözü pozmaq lazım gələrsə o zaman CTRL+DELETE düymələrinin kombinasiyası sıxılır.


Əfqanoğlu