• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Word kursu.Mətnin qeydiyyatı

Mətnin qeydiyyatı

Boş sənədin əvvəlində kursor adlanan şaquli xətt yerləşir. Kursor klaviaturadan daxil ediləcək simvolun ekranda mövqeyini göstərir. Qeyd etmək lazımdır ki, sənədin istənilən hissəsində mausun düyməsini 2 dəfə basmaqla kursorun mövqeyini seçmək olar.

Sənədə daxil olan mətnin tamamilə və ya müəyyən bir hissəsini qeyd etmək mümkündür. Bunun üçün sadəcə olaraq kursoru qeyd etmək istədiyimiz sözün və ya bir neçə sözün, cümlənin, abzasın hətta bütün mətnin üzərinə qoyub, mausun sol düyməsini basılı saxlayıb qeyd etmək istədiyimiz yerə qədər dartırıq və mausun sol düyməsini buraxırıq. Beləliklə biz mətndə istədiyimiz hər hansı bir hissəni qeyd etdik. Qeyd edilmiş mətnin hissəsi gördüyünüz kimi göy fonla əhatələndi. Bu cür qeyd edilmə mətnin bir hissəsini digərindən ayırıb onun ayrıca formatlaşması üçün edilir, yəni bu qeyd etdiyimiz hissəni biz şriftin ölçüsünü və ya növünü dəyişsək , və ya başqa bir rəng versək, onu qalın, çəpəki, və ya altdan xətt çəkilmiş kimi qeyd etsək, ümumiyyətlə istənilən formatlaşmanı həyata keçirtsək bu yalnız mətnin qeyd edilən hissəsinə aid olacaqdır, yəni qeyd edilmədən kənarda qalan mətnin hissəsində heç bir dəyişiklik olmayacaq, bu formatlaşma qeyd edilməyən hissəyə şamil edilməyəcək. Ümumiyyətlə sənədin redaktə edərkən əmrlərin çoxu yalnız müəyyən bir seçilmiş hissə olduqda işləyir. Qeyd edilmiş hissəni biz həmçinin poza, kəsə və kopyala bilərik. Beləliklə biz qeyd edilməni kursor vasitəsilə etdik, lakin qeyd edilmənin bir neçə üsulu da vardır. Əgər biz sənəddəki bütün mətni qeyd etmək istəyiriksə, o zaman CTRL+A klavişlərinin kombinasiyası vasitəsilə bunu həyata keçirə bilərik. Bunun digər üsulu isə kursoru redaktə səhasinin kənarına gətiririk, bu zaman kursorun işarəsi ox işarəsinə çevriləcəkdir və mausun sol düyməsini 3 dəfə sıxırıq. Hər hansı bir sözü qeyd etmək üçün isə həmin sözün üzərində mausun sol düyməsini 2 dəfə sixmaq kifayətdir. 3 dəfə sıxdıqda isə bütün abzas qeyd edilir. Hər hansı bir sətri seçmək üçün isə kursoru o sətrin istiqamətində redaktə səhasinin kənarına gətiririk, bu zaman kursorun işarəsi ox işarəsinə çevriləcəkdir və mausun sol düyməsini sıxırıq. Hər hansı bir cümləni seçmək üçün isə yəni nöqtəyə qədər olan hissəni – bu zaman CTRL klavişini basılı saxlayaraq həmin cümlə üzərində mausun sol düyməsini 1 dəfə sıxırıq. Bəzən bizə sənədin müəyyən hissəsindən sənədin sonuna qədər olan hissəni qeyd etmək lazım olur. Bu zaman bizə lazım lan hissədə kursoru yerləşdirib SHİFT+CTRL+END klavişlərinin kombinasiyası sıxılır. Qeyd edilən hər hansı bir fraqmenti qeyd edilmədən çıxartmaq üçün isə mausun sol düyməsini bir dəfə redaktə sahəsinin istənilən hissəsində sıxmaq kifayətdir.

Bildiyimiz kimi kursoru biz maus vasitəsilə hərəkətə gətirik, yəni sadəcə olaraq bizə lazım olan yerə gətirib mausun sol düyməsini sıxırıq. Lakin kursoru klaviaturadakı klavişlərin hesabına da hərəkətə gətirmək mümkündür. → və ← klavişləri kursoru müvafiq olaraq bir simvol sağa və ya bir simvol sola hərəkət etdirir. ↓ və ↑ klavişləri isə müvafiq olaraq bir sətir aşağı və bir sətir yuxarı hərəkət etdirir. HOME klavişi kursoru sətrin əvvəlinə, END klavişi isə sətrin sonuna aparır. PAGE UP və PAGE DOWN klavişləri isə sənədin ekranda görünən hissəsi qədərində yuxarı və aşağı hərəkət etdirir. CTRL+→ klavişlərinin kombinasiyası kursoru bir söz sağa, CTRL+← klavişlərinin kombinasiyası isə kursoru bir söz sola hərəkət etdirir. CTRL+↓ klavişlərinin kombinasiyası kursoru bir abzas aşağı, CTRL+↑ klavişlərinin kombinasiyası isə kursoru bir abzas yuxarı hərəkət etdirir. CTRL+HOME klavişlərinin kombinasiyası kursoru sənədin ən birinci simvoluna, CTRL+END klavişlərinin kombinasiyası isə kursoru sənədin ən son simvoluna aparır.

Əgər sənəddə cədvəl vardırsa, o zaman kursoru xanalar üzrə də hərəkət etdirmək üçün bir sıra klavişlərin kombinasiyası mövcüddur. TAB klavişi cədvəlin sonrakı xanasına kursoru hərəkət etdirir, SHİFT+TAB klavişlərinin kombinasiyası isə əvvəlki xanaya kursoru hərəkət etdirir. ALT+HOME klavişlərinin kombinasiyası kursoru cədvəlin sətrinin birinci xanasına, ALT+END klavişlərinin kombinasiyası isə kursoru cədvəlin sətrinin sonuncu xanasına hərəkət etdirir. ALT+PAGE UP klavişlərinin kombinasiyası kursoru cədvəl sütunun birinci xanasına, ALT+PAGE DOWN klavişlərinin kombinasiyası isə kursoru cədvəl sütunun sonuncu xanasına hərəkət etdirir.

Əgər sənəd həddən artıq böyükdürsə, fərz edəkki, 100 səhifəlik sənədimiz var, və bizə konkret olaraq kursoru hansısa sətrə, abzasa və ya səhifəyə ən qısa yolla aparmaq lazımdır. Bunun üçün “главная ” menyusunda “РЕДАКТИРОВАНИЕ” qrupundakı “НАЙТИ” əmrini seçirik. Açılan pəncərədən “ПЕРЕЙТИ” bölməsinə keçirik və bizə lazım olan sətrin və ya səhifənin sıra ardıcıllığı ilə müvafiq sayını yazırıq və “ПЕРЕЙТИ” düyməsini sıxırıq. Tutaq ki bu sahəyə 5 yazaq və soldakı sətrdə “СТРОКА” bölməsini seçək və “ПЕРЕЙТИ” düyməsini sıxaq, gördüyünüz kimi bizim kursor sayca 5 ci sətrə düşdü. Və yaxud burada “СТРАНИЦА” bölməsini seçək və sahəyə 2 rəqəmini yazaq və gördüyünüz kimi kursor 2 səhifənin başına hərəkət etdirildi. Burada bir çox bölmələr mövcuddur, biz bu menu vasitəsilə abzaslar, cədvəllər, snoskalar, başlıqlar, obyektlər, şəkillər, formalar üzrə də kursoru hərəkət etdirə bilərik. “НАЙТИ” əmrini ekrana gətirməyin digər yolu isə sadəcə olaraq F5 düyməsini sıxmaqla olur. Bu daha asan metoddur. Əslində bu əmr sənəddə hər hansı bir elementin tez axtarıb tapılması üçün nəzərdə tutulub. Əlbəttə böyük həcmli sənəddə hər hansı bir sözü ozünün sənədi səhifəliyərək axtarmanız daha çox vaxt aparar nəinki sadəcə olaraq “НАЙТИ” əmrinin sahəsinə axtardığınız sözü yazmaq. O isə bunu anında edir.

Sənəd üzrə cəld hərəkət etməyin digər üsulu isə sənədin sxemi ilə işləməkdir. Sənədin sxemini çağırmaq üçün “вид” menusuna keçirik, və buradan “СХЕМА ДОКУМЕНТА” çekboksunu qeyd edirik. Sənədin sxemi sənəddəki başlıqları göstərir və hər hansı başlığa keçmək üçün sadəcə bu başlıqlara sıxmaq kifayətdir. Lakin bizim sənəddə başlıq olmadığından sənədin sxemi boşdur. Sənədin sxemini bağlamaq üçün X düyməsini sıxırıq və ya burada qeyd etdiyimiz quş işarəsini götürürük.

Biz həmçinin sənədin eskizlərini də çağıra bilərik. Bunun üçün “вид” menusuna keçirik, və buradan “эскизы” çekboksunu qeyd edirik. Eskizlərin səhifələrin ümumi görünüşünü əks etdirir və həmçinin onların üzərinə sıxdıqda bizi həmin səhifəyə aparır. Bu sənədlə işi xeyli rahat edir. Eskizi bağlamaq üçün X düyməsini sıxırıq və ya burada qeyd etdiyimiz quş işarəsini götürürük. Həmçinin buradakı açəlan menyu vasitəsilə biz eskiz menusu ilə sənədin sxemi menusuna keçidləri təmin edə bilərik.


Əfqanoğlu