• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Word kursu.Mündəricat

Mündəricat

Mündəricatların yaradılması üçün vacib məqamlardan biri mətnin qeydiyyatının düzgün aparılmasıdır. Buna görə də ən yaxşısı başlıqlar verərkən “Заголовок 1,” “Заголовок 2,”“Заголовок 3,” kimi stillərdən istifadə edəsəniz.

Beləliklə “Ссылки” menusunda “Оглавление” qrupundakı “Оглавление” düyməsini sıxın və açılan siyahıdan təklif olunan avtomatik mündəricat yığan variantlardan birini seçin. Bu zaman susmaya görə mündəricata “Заголовок 1,” “Заголовок 2,” “Заголовок 3,” kimi stillər vasitəsilə qeydiyyatı aparılan başlıqlar yığılır. Mündəricat xüsusi bir sahə kimi əlavə olunur və kursoru onun üzərinə gətirdikdə solğun rəngli fonla əks olunur. Lakin çap vaxtı bu fon əks olunmur.

Mündəricatın parametrlərini sazlamaq da mümkündür. Bunun üçün “Ссылки” menusunda “Оглавление” qrupundakı “Оглавление” düyməsini sıxınvə açılan siyahıdan “Оглавление” əmrini seçin. Açılan “Оглавление” dialoq pəncərəsində sizə lazım olan parametrləri seçin.

Bir məqamı da nəzərəinizə çatdırımki ola bilsin mündəricat yığılandan sonra sənəddə hər hansı dəyişiklik edilib, yəni yeni mətn əlavə edilib yeni başlıqlar vardır və ya müəyyən mətn pozulub və s. bu zaman mündəricatı yeniləmək lazımdır. Bunun üçün “Ссылки” menusunda “Оглавление” qrupundakı“Обновить таблицу” əmrini seçin. Açılan pəncərədən sizə uyğun rejimi seçin.

Mündəricatı pozmaq üçün “Ссылки” menusunda “Оглавление” qrupundakı “Оглавление” düyməsini sıxın və açılan siyahıdan “Удалить оглавление” əmrini seçin.


Əfqanoğlu