• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Word kursu.Şəkillərlə qeydiyyatı I

Word sənədi müxtəlif qrafik obyektlərlə işləmək imkanı verir. Bunlar qrafik fayl şəkilləri, Microsoft Office paketinin kliplər kolleksiyasından olan şəkillər, təşkilati və adi diaqramlardır. Müəyyən mənada qrafik obyektlərə WordArt obyektlərini də aid etmək olar. Və nəhayət Word imkanlarından istifadə edərək bir sıra sadə şəkillər - qrafik elementlər də yaratmaq mümkündür. Microsoft Word bizə bütün əsas qrafik formatlardan ibarət qrafik şəkilləri sənədə əlavə etmək imkanı verir: bunlar *jpeg, *png, *bmp, *gif, *tiff və s. formatlardır. Microsoft Office-də kliplər dedikdə multimedia faylları nəzərdə tutulur: bunlar şəkil, səs, animasiya və filmlərdir. Burada biz həm Microsoft Office paketində mövcud olan kliplər kolleksiyasından həm də əgər internetə qoşulmusunuzsa internetdə olan Microsoft saytının veb-kolleksiyasından da istifadə edə bilərsiniz.


Əfqanoğlu