• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Word kursu.Şəkillərin qeydiyyatı II

Şəkillərin qeydiyyatı II

Şəkilin ölçüsünü dəyişmək üçün sadəcə olaraq onun markerlərini mausla sürüşdürməklə dəyişmək olar.

Beləliklə bunun üçün şəkili qeyd edirik və mausun kursoru iki tərəfə istiqamətlənmiş ox işarəsi yaranana qədər markerin üzərinə gətiririk. Sonra isə mausun sol düyməsini sıxılı saxlayaraq istənilən ölçünü alana qədər sürüşdürürük. Burada markerlərə də fikir verin, əgər biz şəkilin yalnız eninə və ya uzunluğunu böyüdüb və ya kiçiltmək istəyiriksə o zaman şəkilin sərhədinin mərkəzindəki markerlərdən istifadə edirik. Əgər həm en həm də uzunluğunu eyni anda proporsional olaraq dəyişmək istəyiriksə o zaman şəkilin künclərindəki markerlərdən istifadə etməliyik. Şəkilin ölçülərini dəyişdirilən an şəkil solmuş əks olunacaqdır.

Eyni zamanda şəkilin ölçüsünü tam dəqiqliklə də dəyişmək olar. Bunun üçün şəkili qeyd edin “Формат” vkladkasında “Размер” qrupunda müvafiq sayğaclarda şəkilin en və uzunluğu qeyd edin. susmaya görə şəkilin ölçüsü proporsional olaraq dəyişir.

Siz şəkilin ölçüsünü həmçinin onun kənarlarını kəsməklə də kiçildə bilərsiniz. Bunun üçün şəkili qeyd edin, “Формат” vkladkasında “Размер” qrupunda “Обрезка” düyməsini sıxın. Bu zaman şəkilin markerləri və masun kursoru fərqli əks olunacaqdır. Mausun sol düyməsini sıxın və markeri lazımı yerə sürüşdürün. Əgər siz şəkilin hər hansı bir sərhədini kəsmək istəyirsinizsə o zaman şəkilin sərhədinin mərkəzindəki markerlərdən istifadə etməlisiniz. Əgər həm en həm də uzunluğunu eyni anda proporsional olaraq kəsmək istəyirsinizsə o zaman şəkilin künclərindəki markerlərdən istifadə etməlisiniz.

Indi isə şəkilin müəyyən ixtiyari tərəfə döndərmək mövzusuna baxaq. Bunun üçün şəkili qeyd edin, və mausun kursorunu şəkilin dönmə markerinin üzərinə elə gətirin ki, onun üzərində dairə şəkili əks olunsun, daha sonra isə mausun sol düyməsinə sıxaraq onu lazımı istiqamətdə sürüşdürün.

Siz həmçinin şəkili 90 dərəcə sağ və ya sol istiqamətdə dəyişmək, və ya tərs istiqamətdə də əks etdirə də bilərsiniz. Bunun üçün şəkili qeyd edin, “Формат” vkladkasında “Упорядочить” qrupunda “Повернуть” düyməsini sıxın və dönmə variantlarından birini seçin.

Şəkilin parametrlərinin dəqiq sazlanması üçün şəkili qeyd edin, “Формат” vkladkasında “Размер” düyməsini və ya başqa vkladkalarla işləyərkən kontekst menudan “Размер” düyməsini sıxın. Açılacaq “Размер” pəncərəsinin “Размер” vkladkasında lazımı parametrlərini qeyd edin. şəkilin daxil edilmiş parametrlərdən silmək üçün sadəcə olaraq “Сброс” düyməsini sıxın.


Əfqanoğlu