• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Word kursu.Şəkillərin qeydiyyatı III

Şəkillərin qeydiyyatı III

Biz Word redaktorunda şəkillərin parlaqlıq və kontrastını da redakte edə bilərik. Şəkillərin parlaqlığı və kontrastının redaktə edilməsi üçün “Формат” vkladkasının “Изменить” qrupuna daxil olan elemetlərdən istifadə edilir.

Bunun üçün şəkili qeyd edin, “Формат” vkladkasının “Изменить” qrupuna daxil olan Яркость və ya Контрастность düyməsini sıxın. Açılacaq qalereyadan parlaqlığın və ya kontrastın variantlarından birini seçin. Mausun kursorunu variantların üzərinə gətirdikdə öncədənbaxış rejimi avtomatik olaraq işə düşəcəkdir və siz seçiləcək variantın şəkildə necə əks olunacağını əvvəlcədən görmüş olacaqsınız. Parlaqlığın və ya kontrastın dəqiq parametrlərini vermək üçün qalereyadan “Параметры настройки рисунка” düyməsini sıxmaq lazımdır. Açılacaq “Формат рисунка” pəncərəsinin “Рисунок” sahəsində lazımı parametrləri özünüz dəqiqliklə verə bilərsiniz.

Siz həmçinin şəkilin rəngini də dəyişə bilərsiniz. Bunun üçün şəkili qeyd edin, “Формат” vkladkasının “Изменить” qrupuna daxil olan “Перекрасить” düyməsini sıxın. Açılacaq qalereyadan şəkilin rəng qeydiyyatı variantlarından birini seçin. Mausun kursorunu variantların üzərinə gətirdikdə öncədənbaxış rejimi avtomatik olaraq işə düşəcəkdir və siz şəkili seçiləcək rəng variantlarında necə əks olunacağını əvvəlcədən görmüş olacaqsınız.

Indi isə gəlin şəkilimiz üçün çərçivə qeydiyyatını aparaq. Bunun üçün şəkili qeyd edin, “Формат” vkladkasının “Стили рисунков” qrupuna daxil olan “Граница рисунка” düyməsini sıxın. Açılacaq qalereyadan çərçivənin rəngini seçin. Ardından bir daha “Граница рисунка” düyməsini sıxın və açılacaq qalereyadan “Толщина” əmrini seçin, açılacaq alt menudan çərçivənin lazımı qalınlığını qeyd edin. Lazım gələrsə bir daha da “Граница рисунка” düyməsini sıxın və açılacaq qalereyadan “Штрихи” əmrini seçin və açılacaq alt menudan çərçivənin lazımı ştrixlərini qeyd edin. Qalereyada işləyərkən Mausun kursorunu variantların üzərinə gətirdikdə öncədənbaxış rejimi avtomatik olaraq işə düşəcəkdir və siz şəkilin seçiləcək variantlarda necə əks olunacağını əvvəlcədən görmüş olacaqsınız. Siz həmçinin xüsusi parametrli çərçivələr də qeyd edə bilərsiniz. Bunun üçün qalereyada “Толщина” və ya “Штрихи” əmrlərinin alt menularında “Другие линии” əmrini seçin. Açılacaq “Формат рисунка” pəncərəsində “Тип линии” və “Цвет линии” sahələrində lazımı qeydləri aparın.

Şəkilin çərçivəsini pozmaq üçün “Формат” vkladkasının “Стили рисунков” qrupuna daxil olan “Граница рисунка” düyməsini sıxın və açılacaq qalereyadan “Нет контура” əmrini seçin.

Indi isə gəlin şəkillərin formasının dəyişdirilməsi mövzusuna baxaq. Məsələn biz düzbucaqlı formasında olan şəkili oval edə bilərik. Bunun üçün “Формат” vkladkasının “Стили рисунков” qrupuna daxil olan “Форма рисунка” düyməsini sıxın, açılacaq qalereyadan hər hansı bir formanı seçin. Bu qalereyada işləyərkən öncədənbaxış rejimi işləmiyəcəkdir.

Növbəti mövzu isə şəkilin effekt qeydiyyatıdır. Effekt qeydiyyatı sənəddə şəkilin xarici görünüşünü dəyişdirmək imkanı verir. Bunun üçün “Формат” vkladkasının “Стили рисунков” qrupuna daxil olan “Эффекты для рисунка” düyməsini sıxın, açılacaq qalereyadan hər hansı bir ekkekt tipini seçin və açılacaq müvafiq alt menudan konkret effekt variantını seçin. Mausun kursorunu variantların üzərinə gətirdikdə öncədənbaxış rejimi avtomatik olaraq işə düşəcəkdir və siz şəkilin seçiləcək effekt variantında necə əks olunacağını əvvəlcədən görmüş olacaqsınız. Onu da qeyd edim ki, şəkil üçün bir neçə effekt qeyd edilə bilər.

Şəkilin qeydiyyatı zamanı bir məqamı da nəzərinizə çatdırmaq istəyirəm – şəffaf arxa fonu olan şəkillərə siz həmçinin fon rəngi də qeyd edə bilərsiniz. “Формат” vkladkasında konkret olaraq ele bir düymə yoxdur ki, sırf şəkillərə fon rəngi versin. Bunun üçün şəkilin üzərində mausun sağ düyməsini sıxın və açılacaq kontekst menudan “Формат рисунка” əmrini seçin. Açılacaq “Формат рисунка” pəncərəsində “Заливка” sahəsində arxa fonun rəngini və qeydiyyat növünü seçin.

Onu da qeyd edim ki, şəkillərin qeydiyyatı zamanı Vordün hazır şəkil stillərindən də istifadə etmək mümkündür. Bu stillərdən istifadə edildikə artıq əvvəlcədən şəkilə verilmiş çərçivələr, seçilmiş forma, effekt və arxa fon rəngi ləğv olacaqdır. Beləliklə, hazır stillərdən istifadə etmək üçün “Формат” vkladkasının “Изменить” qrupuna daxil olan “галереи стилей” düyməsini sıxın, açılacaq qalereyadan hazır qeydiyyat variantlarından birini qeyd edin. Mausun kursorunu variantların üzərinə gətirdikdə öncədənbaxış rejimi avtomatik olaraq işə düşəcəkdir və siz şəkilin seçiləcək stil variantında necə əks olunacağını əvvəlcədən görmüş olacaqsınız.

Şəkil üzərində aparılmış bütün qeydiyyatları ləğv etmək üçün isə “Формат” vkladkasının “Изменить” qrupuna daxil olan “Сброс параметров рисунка” düyməsini sıxmaq kifayətdir.

Beləliklə, bu dərsimizlə də biz Microsoft Vord kursunu yekunlaşdırmış olduq. Ümidvaram ki, bu kurs vord mətn redaktoru ilə işləməyi öyrənməyinizə yardımçı oldu. Yenə də əgər nəsə qaranlıq qalan məqam və ya hər hansı bir təklifiniz olarsa müvafiq videoların altında rəylərinizi bildirin, suallarınızı yazın və mən hökmən onları cavablandıracağam.


Əfqanoğlu