• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Word kursu.Sənədə baxış rejimləri

Sənədə baxış rejimləri

Sənədə baxış rejimini biz Word sənədinin istənilən menusunda seçə bilərik. Sənədə baxış rejimini tənzimləyən düymələr adətən redaktorun aşağısında vəziyyət sətrinin sağ küncündə əks olunur. Əgər bu düymələr, yarlıklar vəziyyət sətrində əks olunmayırsa o zaman mausun kursorunu vəziyyət sətrinin istənilən yerinə gətirib sağ düymə vurulur və açılan menyudan “Ярлыки режимов просмотра” əmri seçilir. Bu əmrləri həmçinin “Вид” menyusunda "Режимыпросмотра документа " qrupunda da vardır.

Ən çox istifadə edilən rejim “Разметка страницы” rejimidir. Bu rejimdə mətnin, şəkillərin, cədvəllərin və digər elemetlərin vəziyyəti çap vərəqində necə yerləşdiriləcəksə o cür də əks olunur. “Разметка” rejimindən sənədin ilkin yaradılması və həmçinin sənədin yekun qeydiyyatının aparılması zamanı həmçinin kolontitullar və sahələrlə, mətnin kalonları ilə həmçinin qrafik elemetlərlə iş zamanı istifadə etmək çox rahatdır. Susmaya görə də məhz bu rejim quraşdırılmış yəni Word redaktrunu işə salan zaman yaradılan ilk sənəddə məhz bu rejimdə yaradılır.

“Черновик” rejimi mətnin daxil edilməsi, redaktəsi və qeydiyyatında istifadə etmək çox rahatdır. Bu rejimdə sənədin razmetkası sadə şəkildə əks olunur. Bu bir növ bloknot kimi adi mətn redaktorlarında olduğu kimi əks edilir. Səhifələrin sərhədləri, kolontitullar, fon, qrafik obyektlər və şəkillər bu rejimdə əks olunmur.

“Веб-документ” rejimi sənədin veb bələdçidə necə əks olunacaqsa məhz o cür əks etdirir. Bu həmçinin ekranda baxılacaq elektron sənədlərə də aiddir. Bu rejimdə fon əks olunur, mətn pəncərənin divarlarına qədər qeyd edilir, şəkillərin mövqeyi isə veb bələdçidə tutacağı mövqeyə uyğun əks etdirilir.

“чтения” rejimi sənədin kompyüterin ekranında oxunması üçün nəzərdə tutulmuşdur. Rejimin sazlanması üçün sağ yuxarı küncdə “Параметры просмотра” düyməsini sıxın və menunun lazım olan əmrini seçə bilərsiniz. Burada siz həmçinin mətinin şriftlərinin ölçüsünü dəyişə bilərsiniz. Bu zaman şriftin ölçüsü yalnız “чтения” rejiminə aid edilir, əsl sənəddə heç bir təsir göstərmir – öz ölçüsünü saxlayır. Həmçinin ekranda 1 və ya 2 səhifənin əks olunmasını təmin etmək mümkündür. Sənədin çapa verilməmişdən əvvəl nece çap olunacağını görmək üçün “Показать печатную страницу” düyməsini sıxın.

“чтения” rejimində sənədin redaktə etmək üçün “Разрешить ввод” əmrini seçmək lazımdır. “чтения” rejiminin bəzi əlavə parametrlərindən istifadə etmək üçün yuxarı sol küncdən “Сервис” əmri seçmək olar. Məsələn buradan sənədin axtarılması üçün “Найти” əmri seçilir. Həmçinin “Создатьпримечание”, “Цвет выделения текста” və s. kimi əmrlər də mövcuddur. “чтения” rejimindən çıxmaq üçün ekranın yuxarı sağ küncündəki “Закрыть” düyməsini sıxırıq və ya ESC klavişini basırıq.

“Структура” rejimini başqa rejimlərdə olmayan bir çox funksiyalara sahib olsa da çox az işlənən rejimdir.

Sənədin görünüşünün ölçüsünün dəyişdirmək üçün redaktorun aşağı sağ küncündə “+” ”-” işarələri vardır, böyütmək üçün “+” düyməsini, kiçiltmək üçün isə “-” düyməsini sıxmaq lazımdır. Sənədin görünüşünün ölçüsünü dəyişmək üçün həmçinin polzunoku sağa və sola sürüşdürməklə də dəyişmək mümkündür. Əgər bu ölçü xətkeşi yoxdursa o zaman vəziyyət sətrinin istənilən yerində mausun sağ düyməsini sıxıb oradan “Масштаб.” əmrini seçirik. Sənədin görünüşünün maksimal ölçüsü 500%, minimal ölçüsü isə 10%dır. Sənədin görünüşünün ölçüsünü həmçinin “Вид” vkladkasında da dəyişmək mümkündür. Buradakı “Масштаб” qrupunda lazımı əmrləri seçə bilərsiniz.


Əfqanoğlu