• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Word kursu.Sənədin yadda saxlanılması

Bu dərsdə Siz sənədi yadda saxlanılmasını öyrənəcəksiniz. Beləki Siz mövcud sənədi redaktə etdikdə, yəni onda hər hansı bir dəyişiklik etdikdə hökmən onu yadda saxlamalısınız. Əks təqdirdə sənədə edilən dəyişikliklər yadda saxlanılmayacaq və sənəd redaktə olunmamış vəziyyətində qalacaqdır. Əvvəlcədən mövcud olan sənəddə hər hansı dəyişiklik etdikdə onu yadda saxlamaq üçün standart alətlər panelindəki disket düyməsini sıxmaq kifayətdir. Yeni sənəd ilə işləyərkən isə yadda saxlamaq üçün disket düyməsinə sıxdıqda dialoq pəncərəsi aılacaqdır. Bu pəncərə ona görə açılırki, bu sənəd yeni yaradılıb və belə bir fayl mövcud deyildir, və bu faylı yaradıb yadda saxlamaq lazımdır. Bu fayl ilə növbəti iş zamanı hər hansı dəyişiklik edildikdən sonra yadda saxladıqda artıq dialoq pəncərəsi açılmır, çünki fayl artıq mövcuddur və etdiyiniz dəyişiklik bu fayl üzərində yadda saxlanılır. Mövcud faylı başqa direktoriyada yəni hər hansı başqa bir qovluqda və ya başqa bir adla yadda saxlamaq üçün isə “office” düyməsini seçirik, daha sonra “Сохранить как” əmrini qeyd edirik. “Сохранение документа” pəncərəsində lazımı qovluğu seçirik və ya yeni qovluq yaradırıq sənədin adının qeyd edilən sahəsində isə sənədin adını qeyd edirik və “Сохранить” düyməsini sıxırıq. Sənədin adını verərkən onun genişlənməsini yazmaq lazım deyil. Program genişlənməni avtomatik özü qeyd edir. Ümumiyyətlə susmaya görə mövcud sənədi yadda saxlayarkən əvvəlcədən o hansı formatda idisə dəyişiklik edildikdən sonra yadda saxlanarkən əvvəlcədən olduğu formatda yadda saxlanılır. Yeni sənəd yaradılarkən isə əgər onun formatı seçilməyibsə susmaya görə Word sənədi formatında yadda saxlanılır. Siz həmçinin fayla hər hansı dəyişiklik etdikdən sonra onu yadda saxlayarkən onun formatını da dəyişə bilərsiniz. Bunun üçün sadəcə olaraq dialoq pəncərədə faylın tipini dəyişirsiniz. Onu da qeyd edimki seçilmiş hər hansı fayl tipi sənəddə olan bəzi elementləri dəstəkləməyə də bilər, məsələn əgər Siz Worddə diaqram yaratmısınızsa və onu yadda saxlayarkən adi mətn redaktoru faylı kimi yadda saxlayırsınızsa o zaman əlbətdəki bu diaqram yadda saxlanılacaq mətn faylında olmayacaq, çünki bu blaknotlar diaqramları, şəkilləri və bunun kimi digər elementləri dəstəkləmir. Belə anlarda sənədi yadda saxlayarkən Word bu barədə xəbərdarlıq edəcəkdir. Həmçinin faylı adi mətn redaktoru kimi yadda saxladıqda onun kodirovkasını da qeyd etməlisiniz. Word 2007 də yaradılan sənədi Word 97-2003 formatında yadda saxladıqda onda avtomatik olaraq bəzi dəyişikliklər olacaqdır. Sənədin standart bloklarındakı həmçinin avtomətnlərin elementlərindəki verilənlər avtomatik itə bilər, istinadlar və ədəbiyyat siyahısı statik mətn kimi əks oluna bilər, formullar şəkilə çevriləcəkdir və onları redaktə etmək mümkün olmayacaqdır, həmçinin smart art şəkilləri də adi şəkilə çevriləcək və onları da redaktə etmək mümkün olmayacaqdır. Bu dərsdə Siz sənədin yadda saxlanılması üsullarını və formatlarını , həmçinin Wordün daha öncəki versiyaları ilə uyğunluğu haqqında biliklərə yiyələnəcəksiniz. Uğurlar…


Əfqanoğlu