• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Word kursu.Siyahı

Siyahı

Sənədlərin qeydiyyatı zamanı abzasların nömrələnməsinə ehtiyac duyula bilər. Klaviaturadan istifadə edərək nömrələnmə vaxt aparır həm də əgər bu nömrələnmiş siyahıya hər hansısa əlavə etdikdə o zaman bütün nömrələnməni yenidən qeyd etmək lazımdır. Bu isə sənədlə iş zamanı çox səmərəsiz və vaxtaparan olur. Bu səbəbdən də avtomatik nömrələnmədən istifadə etmək daha səmərəlidir.

Bəzi hallarda isə siyahının nömrələnməsi deyil, onun markerlənməsi lazım olur. Bu cür markerlənmə bəzən yalnız siyahılara deyil, həmçinin sənədlərin abzaslarında qeyd edilir.

Nömrələnmə və markerlənmə siyahılarnan yanaşı həmçinin çoxmərtəbəli siyahılar da olur. Bu cür siyahılarda həm nömrələnmədən həm də markerlənmədən və yaxud hər ikisindən eyni anda istifadə etmək mümkündür. adətən bu cür siyahıların qeydiyyatı başlıqlar üçün aparılır, lakin, adi mətndə də istifadə etmək mümkündür.

Onu da qeyd edimki, siyahı yaradərkən onun elementi yalnız abzas ola bilər, yəni sətr daxilində avtomatik nömrələnmə və ya markerlənməni həyata keçirmək olmur. Yəni, npvbəti nömrələnmə və ya markerlənmə ENTER düyməsi ilə müəyyənləşir.

Beləliklə, bir neçə abzası nömrələmək üçün qeyd edin. “Главная” vkladkasının “Абзац” qrupundakı “Нумерация” düyməsinin yanındakı oxu sıxın. Açılan siyahı qalereyasından lazımı nömrələnmə növünü seçin. Mausun kursorun bu siyahıdakı variantların üzərinə gətirdikdə ilkin baxış rejimi avtomatik işə düşür və siz seçilmiş fraqmentin həmin variantla necə əks olunacağı əvvəlcədən görə bilirsiniz. Son istifadə olunmuş numerasiyalar qalereyada xüsusi bölmədə cəmlənir. Siyahıların parametrlərini əvvəlcədən və ya sonradan sazlamaq da mümkündür.

“Главная” vkladkasının “Абзац” qrupundakı “Нумерация” düyməsinin yanındakı oxu sıxın. Açılan siyahı qalereyasından “Определить новый формат номера” əmrini seçin. Açılacaq “Определение нового формата номера” dialoq pəncərəsində açılan “Нумерация” siyahısından nömrələnmənin lazımı növünü seçin. Nömrələnmə ərəb və rum rəqəmləri, latın və ya kiril hərfləri və ya sıra rəqəmləri ilə qeyd etmək mümkündür. “Формат номера” sahəsində lazım olduqda hər hansı bir mətn qeyd edə bilərsiniz. Bu mətn hər nömrədə əks olunacaqdır. Bu zaman onu həm nömrədən əvvəl həm də nömrədən sonra qeyd etmək mümkündür. Adətən nömrələnmə nömrələnən siyahının parametrlərini ilə əks olunur. Lakin siz nömrələnmənin və ona əlavə olan mətnin şriftini dəyişə bilərsiniz. Bunun üçün “Шрифт” düyməsini sıxın və açılan “Шрифт” dialoq pəncərəsindən “Шрифт”və“Интервал” vkladkalarından istifadə edərək parametrləri dəyişə bilərsiniz. “Выравнивание” açılan siyahıdan isə nömrənin nğmrələnməyə uyğun pozisiyasını qeyd edə bilərsiniz.

Mövcüd siyahının başlanğıc nömrəsini dəyişmək də mükündür. Hansı ki, bu rəqəmdən başlayaraq nömrələnmə gedəcəkdir. Həmçinin siyahını sənəddəki əvvəlcə qeyd edilmiş siyahının davamı kimi də qeyd edilməsini təmin etmək olar. Bunun üçün siyahı kimi qeyd edilmiş abzsı seçin, “Главная” vkladkasının “Абзац” qrupundakı “Нумерация” düyməsinin yanındakı oxu sıxın. Açılan siyahı qalereyasından “Задать начальное значение” əmrini seçin. Açılacaq “Определение нового формата номера” dialoq pəncərəsindən lazımı qeydiyyatı aparın. Həmçinin Hansı rəqəmdən başlayaraq nömrələnmə gedəcəyini və siyahını sənəddəki əvvəlcə qeyd edilmiş siyahının davamı kimi də qeyd edilməsini təmin etmək üçün siyanın ilk abzası üzərində mausun sağ düyməsini sıxılır açılan kontekst menudan lazımı əmrlər seçilir.

Nömrələnmiş siyahı növlərinin hər birinin özünün abzas üçün otstup parametləri və nömrələri nömrələnmiş abzaslardan ayıran tabulasiyanın pozisiyaları mövcüddur. Bununla belə bu parametrlər dəyişdirilə bilər. Otstupları abzaslarda qeyd etdiyimiz kimi siyahılarda da qeyd edə bilərik. Lakin siyahılar üçün otstupların qeydiyyatının aparılmasını üçün olan xüsusi nastroykalardan istifadə etmək daha yaxşıdır. Bunun üçün siyahının istənilən abzsının üzərində mausun sağ düyməsini sıxın və açılan kontekst menudan “Изменитьотступы в списке” əmrini seçin. Açılacaq “Изменение отступов в списке” dialoq pəncərəsindən lazımı parametrləri seçin. “Положение markera” sayğacında markerin pozisiyası ilə səhifənin sol sahəsi arasında məsafəni qeyd edə bilərsiniz. “Отступ текста” sayğacında birinci abzasdan başqa yerdə qalan digər abzasların səhifənin sol sahəsinə qədər olan məsafəni qeyd edə bilərsiniz. “Символ после номера” açılan siyahısında isə nömrədən abzasdakı mətni ayıran simvol seçilir. “Знак табуляции” seçə bilərsiniz. Bu zaman “Добавить позицию табуляции” çekboksunu qeyd edib, sayğacda mətnlə nömrələr arasındakı məsafəni qeyd edə bilərsiniz. “Пробел” seçdikdə isə nömrə ilə mətn arasında 1 probel qədər məsafə olacaqdır. Həmçinin “нет” əmrini seşsəniz o zaman nömrə ilə mətn arasında heç bir simvol olmayacaqdır.

Nömrələnmə onun hansı üsulla yaradılmasından asılı olmayaraq eyni qaydada pozulur. Bunun üçün pozulmalı abzasları seçin, “Главная” vkladkasının “Абзац” qrupundakı “Нумерация” düyməsinin yanındakı oxu sıxın. Açılan siyahıdan “нет” əmrini seçin.


Əfqanoğlu