• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Word kursu.Şriftin parametrlərinin sazlanması I

Şriftlərin parametrlərini sazlayarkən biz onları 2 qrupa böləcəyik. Əsas parametrlər və əlavə parametrlər. Bu dərsimizdə biz əsas parametrlərdən danışacağıq. Şriftlər mətnin xarici görünüşünü müəyyən edir. Susmaya gorə Word 2007 –də yeni boş sənəd yaradarkən şriftlər əsas mətndə CALIBRI başlıqlarda isə CAMBRIA kimi əks olunur. Əlbətdə Siz şriftləri öz zövqünüzə və yaxud sənədin dizaynına uyğun olaraq dəyişə bilərsiniz. Şriftlərin seçilməsində bir qədər diqqətli olun. Bir sənəddə çox sayda şriftlərdən istifadə edilməsi məsləhət görülmür. Çünki bele sənədlər oxucu tərəfindən oxunmasına çətinlik yaradır. Ümümilikdə isə şriftlərin seçilməsinin xüsusi bir qaydası yoxdur. Sadəcə olaraq bəyəndiyiniz və sənədinizə uyğun olan şrifti seçə bilərsiniz. Sadəcə olaraq dövlət orqanlarında kargüzarlığın aparılmasına dair TƏLİMAT vardır. Bu təlimatda qeyd edilirki, Sənədlərin kompüter üsulu ilə hazırlanması dövlətlərarası standartın tələbinə uyğun surətdə həyata keçirilir. Kompyuter üsulu ilə yazılan sənədlərin (maliyyə, statistik və digər cədvəllər istisna olmaqla) mətni Arial 12 şrifti ilə A4 formatda bir və ya bir yarım sətirarası intervalla yazılmalıdır. Bu səbəbdən də əgər dövlət orqanlarında işləsəniz o zaman artıq şriftləri arial ilə yazmalı olacaqsınız. Digər məqam isə ondan ibarətdirki, Siz şriftləri seçərkən bir məsələyə də diqqət yetirməlisiniz ki, bütün şriftlərin azərbaycan əifbasında olan hərfləri əks etdirmir. Məsələn MONOTYPE CORSIVA şriftində Ə hərfi əvəzinə kvadrat və ya başqa simvol əks oluna bilər. Şriftlərin ölçüsü xüsusi vahidlərlə qeyd edilir. Bu punktlarla və ya mm ilə qeyd edilə bilər. Mümkün minimal ölçü 1 PT dir, maksimal isə 1638 pt dir. Şriftin ölçüsünü yarım pt-yə kimi dəqiqliklə vermək mümkündür. Ümümilikdə isə şriftlərin ölçüsünün seçilməsinin xüsusi bir qaydası yoxdur. Sadəcə olaraq bəyəndiyiniz və sənədinizə uyğun olan şrift ölçüsünü seçə bilərsiniz. Adətən sənədin əsas hissəsinin ölçüsü 10pt ilə 14 pt arasında qeyd edilir. Dövlət orqanlarında kargüzarlığın aparılmasına dair Təlimatda isə 12pt ilə qeyd edilməlidir. Biz həmçinin şriftlərin rəngini də verə bilərik. Susmaya görə Worddə şriftlər avto kimi verilir. Bu ağ fonda qara rəngdə şriftlərin əks olunmasıdır. Ümümilikdə isə şriftlərin rənginin seçilməsinin xüsusi bir qaydası yoxdur. Sadəcə olaraq bəyəndiyiniz və sənədinizə uyğun olan rəngi seçə bilərsiniz. Sadəcə olaraq ağ fonda açıq rənglərdən istifadə məsləhət deyildir. Bu sənədin oxunuşunda və ya çapa veriləndə aydın əks olunmuya bilər.


Əfqanoğlu