• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Word kursu.Şriftin parametrlərinin sazlanması II

Şriftin parametrlərinin sazlanması II

Əlavə parametrlər dedikdə biz hər hansı qeydiyyatın aparılması üçün “Шрифт” dialoq pəncərəsindən istifadə edəciyimiz parametrləri nəzərdə tuturuq.

“Шрифт” dialoq pəncərəsini çağırmaq üçün “Главная” vkladkasındakı “Шрифт” qrupunun aşağı sağ küncündəki ox işarəsi sıxılır. Digər üsul isə seçilmiş fraümentin üzərində mausun sağ düyməsi sıxılaraq kontekst menudan “Шрифт” əmri seçilir. “Шрифт” dialoq pəncərəsi 2 vkladkadan ibarətdir : “Шрифт” və “Интервал Шрифт” vkladkasında simvolların xarici görünüşünü müəyyənləşdirən parametrlər qruplaşdırılmışdır. Onlardan bir çoxu – məsələn şrift, ölçü, çəpəki əks etdirmə və s.ləri “Главная” vkladkasındakı “Шрифт” qrupunda və mini-alətlər panelində də mövcüddur. “Интервал” vkladkasında isə sətrdəki simvollar arasında interval, şriftlərin eni və s. Qeyd edilir. Bu parametrlər yalnız burada mövcüddur.

Şriftlərə xüsusi effet vermək üçün “Шрифт” vkladkasında “Видоизменение” bölməsi vardır. Buradakı effektlərdən istifadə etmək üçün onların qarşısındakı çekbokslardan istifadə etmək lazımdır. Onlardan bəziləri “Главная” vkladkasındakı “Шрифт” qrupunda vardır. “скрытый” effekti fraqmenti sənəddə gizlədir yəni əks etdirmir. Həmin fraqmentin əks olunması üçün Главная” vkladkasındakı “Абзац” qrupundakı “Отобразить все знаки” düyməsini sıxmaq lazımdır. Bu zaman həmin fraqment aşağıdan nöqtəli xəttlərlə əks olunacaqdır.

Simvolların eninin dəyişdirilməsi üçün “Шрифт” dialoq pəncərəsinin “Интервал” vkladkasında “Масштаб” açılan siyahısından istifadə edilir. Buradan istədiyiniz ölçünü qeyd edə və ya ümumiyyətlə siyahını aşmadan onun məzmun hissəsinə lazım olan ölçünü qeyd edə bilərsiniz. masştabın ölçüsünün artırılması adətən başlıqlar üçün istifadə edilir. Azaldılması isə adətən sətrlərin uzunluğunun padqonkası üçündür. Masştabın dəyişdirilməsi şriftin ölçüsünə heç bir təsir etmir yalnız simvolların enini dəyişdirir. Masştabın buraxılabilən ölçüsü 1% dən 600% dəkdir.

Simvollar arasındakı məsafəni yəni intervalı dəyişdirmək üçün isə “Шрифт” dialoq pəncərəsinin “Интервал” vkladkasında “Интервал” açılan siyahısından istifadə edilir. Açılan siyahıdan “Разреженный” və ya “Уплотненный” əmrini, “на” sayğacdan isə lazım olan ölçünü qeyd etmək olar. Susmaya görə bu sayğacda ölçü vahidi pt kimi qeyd olunur, lakin istəyə uyğun olaraq onu sm və ya mm ə də dəyişmək mümkündür. Bunun üçün “на” sayğacına lazımı ölçünü daxil etdikdən sonra probel işarəsindən sonra “см” və ya “мм” qısaltmalarını qeyd etmək lazımdır. əgər kiril şrifti ilə alınmasa o zaman latın ilə edin. Bu proqramın özünün hansı dildə quraşdırılmasından asılıdır. “Разреженный” əmrindən adətən başlıqların qeydiyyatında və ya mətndə hansısa sözün seçilməsi üçün istifadə edirlər. “Уплотненный” əmrindən isə əsasən mətnin podborkası üçün istifadə edilir və intervalları 0.1 – 0.3 pt arasında azaltmaq məsləhət görülür. Çünki bundan artıq kiçiltdikdə nəzərə çarpır.

Simvolların mətnin yerləşdiyi sətrə uyğun olaraq yerinin yuxarı va ya aşağı dəyişdirmək üçün “Шрифт” dialoq pəncərəsinin “Интервал” vkladkasında “Смещение” açılan siyahısından istifadə edilir. Açılan siyahıdan “da” və ya “NET” əmrini, “на” sayğacdan isə lazım olan ölçünü qeyd etmək olar. Susmaya görə bu sayğacda ölçü vahidi pt kimi qeyd olunur, lakin istəyə uyğun olaraq onu sm və ya mm ə də dəyişmək mümkündür. Bunun üçün “на” sayğacına lazımı ölçünü daxil etdikdən sonra probel işarəsindən sonra “см” və ya “мм” qısaltmalarını qeyd etmək lazımdır. Bu cür yerdəyişməni 0.5 pt və ya 0.1 mm dəqiqliklə etmək mümkündür. Bu “Шрифт” vkladkasındakı “ПОДСТРОЧНЫЙ” və “надстрочный” düymələrini xatırladır. Lakin onlardan fərqli olaraq bu zaman şriftlərin ölçüsü dəyişilmir. Bu əmrdən adətən indekslərin yazılışı zamanı istifadə edilir.

Bunlardan əlavə “Кернинг” əmri də vardır. Bu əsasən fərqli görünən intervallar üçün nəzərdə tutulmuşdur. Bəzi simvollar vardır ki onlar göze daha böyük intervallı görsənir TA, AT, AY və s. “Кернинг” çekboksunu qeyd etkidə bu intervallar qısalır. Sayğacda isə ölçü qeyd edilir. Ümumiyyətlə bu intervallar o qədər də hiss edilmir, yəni mən heç bir güclü fərq hiss etmirəm. Sadəcə olaraq bu əmr var redaktorda on görə də bu barədə də dedim. Kerninq əsasən iri şrift növlərində və baş hərflərlə yazılan simvollarda istifadə edilir.


Əfqanoğlu