• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Word kursu.Standart bloklar

Standart bloklar

Standart bloklardan tez-tez istifadə edilən mətn və qrafik obyektlər üçün istifadə etmək mümkündür. Bu məktubların, müqavilələrin, razılıqların, ünvanların və s. bu kimi verilənlərin standart məzmunları ola bilər.

Blok həmçinin yadda saxlanılan verilənlərin formatlaşdırma parametrlərinin yəni şriftlərin növünü, ölçüsünü, abzasların parametrlərini və s. bu kimi parametrləri də yadda saxlayır. Word 2007-nin həmçinin quraşdırılmış standart blokları da vardır. Quraşdırılmış standart bloklar kolontitullar yaradılması, səhifələrin nömrələnməsi, titul səhifələri, cədvəl və formulların əlavə edilməsi üçün nəzərdə tutulmuşdur. Onlarda adətən müəyyən mətn məzmunu olmur, onlar istifadəçi tərəfindən doldurulur. Blokları özünüz yaradıb və xüsusi bloklar kolleksiyasında və sənədin şablonunda yadda saxlaya bilərsiniz. Hər blok unikal ada malikdirki bunun hesabına da lazım olan bloku tez tapmaq mümkün olur. Bloklar bir növ avtomətnlərin analoqudur.

Standart blokun yaradılması üçün sənədin hər hansı bir fraqmentini yəni hər hansı bir mətni, cədveli və ya hər hansı bir qrafik elementi qeyd edin. Sonra “Вставка” menusunda “Текст” qrupundakı “Экспресс-блоки” düyməsini sıxın və açılmış menudan “Сохранить выделенный фрагмент в галерею экспресс-блоков” əmrini seçin. Və ya ALT+F3 klavişlərinin kombinasiyasını klaviaturadan daxil edin. Açılacaq yeni standart blokun yaradılması dialoq pəncərəsində lazımı parametrləri daxil edin.

Имя sahəsində standart blokun adını daxil edin. Blokun adı yadda saxlanılacaq kolleksiyada unikal olmalıdır yəni bu adda ikinci belə bir blok olmamalıdır. Müxtəlif kolleksiyalarda isə bu adda başqa bir blokun olması mümkündür. Açılan Коллекция sahəsində isə blokun yadda saxlanılacaq kolleksiyanı seçirsiniz. Bu blok məhz həmin o kolleksiyanın içərisində saxlanılacaqdır. Açılan Категория sahəsində blokun kateqoriyasını seçirsiniz. Kateqoriya Экспресс-блоки düyməsində blokun vəziyyətini müəyyən edir.Описание sahəsində istənilən mətni daxil edə bilərsiniz. Bu mətn blok haqqında aydınlaşdırıcı mətn olaraq blokun üzərinə gətirdikdə axıcı element kimi əks olunacaqdır. Bu sahənin doldurulması məcbur deyildir. Сохранить в açılan sahəsinda isə blokun yadda saxlanılacaq şablonun adını qeyd edirsiniz. Параметры açılan sahəsində Вставить содержимое на ту же страницу seçsəniz standart blok ayrıca səhifəyə yerləşdirilir. Вставить содержимое в тот же абзац seçsəniz məzmun başqa abzasın hissəsi olmayacaq hətta əgər kursor abzasın ortasında bele olsa. Digər hallarda isə sadəcə olaraq Вставить только содержимое parametri seçilir. Yeni standart bloku yaratdıqda və ya mövcud blokun parametrlərində dəyişiklik etdikdə Word 2007 ilə işi bitirdikdə sorğu pəncərəsi açıla bilər. Bu pəncərədə standart blokda edilən dəyişikliyin yadda saxlanılıb saxlanılmaması soruşulur. Yadda saxlamaq üçün Да düyməsini sıxın.

Standart bloku sənədə daxil etmək üçün standart bloku sənəddə daxil etmək istədiyiniz yerə qoyun. Sonra Вставка menusunda Экспресс-блоки düyməsini sıxın. Daxil etmək istədiyiniz standart bloku Экспресс-блоки kolleksiyası siyahısından həmən bloku tapın və onun üzərinə sıxın. İxtiyari kolleksiyadan sənədə standart blok daxil etmək üçün Организатор стандартных блоков əmrini seçin. Организатор стандартных блоков dialoq pəncərəsində lazımı bloku tapıb Вставить düyməsini sıxın. Axtarışı sadələşdirmək üçün blokları adlarına, kateqoriyalarına, kolleksiyalara görə sortlaşdırmaq mümkündür. Sortlaşdırmaq üçün müvafiq düyməyə sıxın. Məsələn Имя düyməsinə sıxdıqda adlar üzrə sortlaşdırmaq mümkündür.

Standart blokun məzmununu dəyişmək mümkün deyil. Lakin mövcud bloku pozmaq və sonradan o adda başqa bir blok yaratmaq mümkündür. Standart blokun adını, yerləşdiyi kolleksiyanı, məzmunu dəyişmək mümkündür. Bunun üçün Вставка menusunda Экспресс-блоки düyməsini və Организатор стандартных блоков əmrini seçin. Организатор стандартных блоков dialoq pəncərəsində lazım olan bloku seçib Изменить свойства düyməsini sıxın. Standart blokların dəyişdirilməsi dialoq pəncərəsində lazımı parametrləri dəyişin və OK düyməsinə sıxın. Açılacaq yenidən qeydiyyat haqqında sorğu pəncərəsində isə Да düyməsini sıxın.

Standart bloku pozmaq üçün Вставка menusunda Экспресс-блоки düyməsini və Организатор стандартных блоков əmrini seçin. Организатор стандартных блоков dialoq pəncərəsində lazım olan bloku seçib Удалить düyməsini sıxın. Açılacaq blokun pozulması haqqında sorğu pəncərəsində isə Да düyməsini sıxın.


Əfqanoğlu