• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Word kursu.Stil II

Stil II

Stilləri əsasən sənədin artıq qeydiyyatı aparılmış fraqmenti əsasında yaradırlar. Yeni stil yaradıb onu həmən “Экспресс-стили” qalereyasına əlavə etmək mümkündür. Yeni stil yaratmaq üçün istifadə ediləcək fraqmenti qeyd edin və mausun sağ düyməsini bu fraqmentin üzərində bir dəfə klik edin və açılan kontekst menudan “Стили” əmrini seçin. Açılacaq alt menudan “Сохранить выделенный фрагмент как новый экспресс-стиль” əmrini seçin. Daha sonra açılacaq “Создание стиля” dialoq pəncərəsində “Имя” sahəsində yeni stilin adı verin və OK düyməsini sıxın.

Stillərin yaradılmasının digər növü də mövcuddur. Bunun üçün yeni stil yaratmaq üçün istifadə ediləcək fraqmenti qeyd edin və stil tapşırıqlar sahəsində “Создать стиль” əmrini seçin. Açılacaq “Создание стиля” dialoq pəncərəsində stilin parametrlərini qeyd edin. Məsələn, əgər bu stilin “Экспресс-стили” qalereyasında əks olunmasını istəmirsinizsə o zaman “Добавлять в список экспресс-стилей” çekboksunu qeyd etməyin. Avtomatik yenilənmə çekboksunu qeyd edə bilərsiniz. Həmçinin bütün yeni yaradılan sənədlərdə istifadə edilməsinin mümkün olmasə üçün bu yaradılan stili şablon kimi qey edə də bilərsiniz.

Əgər təsadüfən stil “Экспресс-стили” qalereyasından pozulubsa və ya stillərin siyahısında əks olunmursa o zaman onu kolleksiyaya əlavə etmək olar. Bunun üçün stillərin tapşırıq sahəsini çağırın və bu sahədən lazım olan stili qeyd edib mausu onun üzərində klik edin və açılan menudan “Добавить в коллекцию экспресс-стилей” əmrini seçin.

Stilləri pozmaq da mümkündür. Bunun üçün “Экспресс-стили” qalereyasında pozmaq istədiyiniz stilin üzərində mausun sağ düyməsini bir defə klik edin və açılan konteks menudan “Удалить из коллекции экспресс-стилей” əmrini seçin. Onu da nəzərinizə çatdırımki əgər siz stili “Экспресс-стили” qalereyasından pozursunuzsa o zaman o stillərin tapşırıq sahəsində qalır. Həmçinin stil “Экспресс-стили” qalereyasından pozularsa bu sənəddə heç bir dəyişiklik etməyəcəkdir. Stili sənəddən də pozmaq mümkündür. Bunun üçün stillərin tapşırıq sahəsini çağırın və bu sahədən lazım olan stili qeyd edib mausu onun üzərində klik edin və açılan menudan “Удалить” əmrini seçin. Açılacaq xəbərdarlıq pəncərədə pozulmanı təsdiq edin. Stili sənəddən pozduqda bütün fraqmentlər üçün “Обычный” stili qeyd ediləcəkir. Onu da qeyd edim ki bəzi quraşdırılmış stilləri məsələn, “Обычный” , “Заголовок” kimi stilləri pozmaq mümkün deyil.

“Экспресс-стили” stil dəstini dəyişdikdən sonra yeni stil dəstini stil dəstləri siyahısında yadda saxlamaq olar. Bundan sonra siz bu stil dəstini istənilən sənədin qeydiyyatında istifadə edə bilərsiniz. Bunun üçün “Главная” menusunun “Стили” qrupunda “Изменить стили” düyməsini sıxırıq və açılan siyahıdan “Набор стилей” əmrini seçin. Açılacaq alt menudan “Сохранить как набор экспресс-стилей” əmrini seçin. Açılacaq “Сохранение набора экспресс-стилей” pəncərəsində faylın adını qeyd edin. Faylın saxlanılacaq qovluğunu dəyişmək məsləhət görülmür. Sonradan yadda saxlanılmış dəst digər stil dəstlərinin siyahısında əks olunacaqdır.

Siz həmçinin sənədin fraqmentinə hansı stilin tətbiq edildiyini və həmçinin stilin parametrlərindən fərqlənən hər hansı bir qeydiyyatın sənədə həmçinin tətbiq edilib edilmədiyini də müəyyən edə bilərsiniz. Məhz bu prosesə “Инспекция стилей” deyilir. Yəni bir növ stilin yoxlanması kimi təsəvvür edə bilərik. Beləliklə fraqmentə istifadə edilmiş stili müəyyən etmək üçün həmən fraqmenti qeyd edin və stil tapşırıqlar sahəsindən “Инспектор стилей” düyməsini sıxın. “Инспектор стилей” tapşırıq sahəsində seçilmiş fraqmentin abzasının və digər elementlərin stili əks olunacaqdır. Istifadə edilən stilin parametrlərinə qayıtmaq üçün “Очистить формат” əmrini seçmək lazımdır.


Əfqanoğlu