• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Word kursu.Word ilə tanışlıq

Bu dərsimizdə biz Word redaktoru ilə tanış olacağıq. Word redaktorunun ən vacib düymələrindən biri Office düyməsidir. Düyməni sıxdıqda fayllarla iş zamanı lazım olan ən zəruri əmrlər, son sənədlərin siyahısı və proqramın parametrlərinin sazlanması əmrini əks etdirən menyu açılır. Bu düymə Word redaktoru ilə işləyərkən hər dəfə istifadə edilən ən vacib əmrləri özündə cəmləmişdir. Sənədlə iş zamanı istifadə edilən digər vacib panel isə standart alətlər panelidir. Standart alətlər paneli susmaya görə redaktorun yuxarı hissəsində yerləşir və daha çox, tez-tez işlədilən funksiyalara cəld müraciət edilməsində istifadə edilir. Bu paneli özümüz də sazlaya bilərik, yəni daha çox müraciət etdiyimiz funksiyaları panelə əlavə edə və ya istifadə etmədiyimiz funksiyaları paneldən çıxarda bilərik. Ms Office 2007 versiyasından başlayaraq XML dili əsasında faylların yeni formatı da əlavə edilmişdir. Susmaya görə Word 2007 – də yaradılan sənədlər əvvəlki versiyalarda olduğu kimi .doc genişlənməsinin sonuna X və ya M suffiksləri əlavə edilir. X suffiksi olan sənəddə XML faylının makroslardan istifadə edilmədiyini, M suffiksi isə XML faylında makroslardan istifadə edildiyini bildirir. Buna görə də Word 2007 və daha yuxarı versiyalarda sənədin adı öyrəşdiyimiz .doc deyil, .docx kimi qeyd edilir. XML formatlarının bir çox üstünlükləri vardır, beləki fayl avtomatik sıxılır və bəzi hallarda əvvəlki Word versiyalarına nisbətən fayl 75 faizə qədər sıxıla bilir və nəticədə faylın ölçüsü az olur. Bu formatın digər üstünlüyü isə zədələnmiş faylların daha yaxşı bərpasını təmin etməkdir. Onu da qeyd edim ki, yeni formatlı sənədlər Word -ün daha öncəki versiyalarında işləmir. Onların işlənməsi üçün isə onlara ayrıca xüsusi konvertorlar quraşdırmaq lazımdır. Word -ün fayl sistemi ilə işin təmin olunması üçün bir çox pəncərələrdən istifadə edilir. Onlar hamısı demək olarki bir birinə oxşardırlar. Xarici görünüşünə görə isə onlar kompyüterin əməliyyat sisteminə görə fərlənə bilərlər. Lakin, onların sintaksisi eyni olduğu üçün mahiyyətcə eyni funksiyanı yerinə yetirirlər.


Əfqanoğlu