• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Word kursu.Yerdəyişmə və kopyalama

Sənədin fraqmentinin yerdəyişməsi və kopyalanması yalnız həmin fraqment qeyd edildikdə mümkündür. Sənədin görünən arealında fraqmentin yerdəyişməsi və kopyalanmasının ən rahat üsulu onu sürüşdürülməsidir. Bunun üçün sürüşdürüləcək fraqmenti qeyd edin və mausun kursorunu onun üzərinə gətirin. Bu zaman yuxarı sol istiqametli ox işarəsi yaranacaq. Bundan sonra isə mausun sol düyməsini sıxılı saxlayaraq həmin fraqmenti istədiyiniz yerə sürüşdürə bilərsiniz. Mausun sol düyməsi buraxılan kimi yerdəyişma baş verəcəkdir. Fraqmentin sürüşdürülmə üsulu ilə kopyalanmasını yerdəyişməni etdiyiniz kimi edə bilərsiniz. Sadəcə olaraq eyni prosesi CTRL düyməsini basılı saxlayaraq etməlisiniz. Bunun üçün kopyalanacaq fraqmenti qeyd edin və mausun kursorunu onun üzərinə gətirin. Bu zaman yuxarı sol istiqametli ox işarəsi yaranacaq. Bundan sonra isə mausun sol düyməsini sıxılı saxlayaraq CTRL düyməsini sıxıb həmin fraqmenti istədiyiniz yerə sürüşdürə bilərsiniz. CTRL düyməsi və ardından mausun sol düyməsi buraxılan kimi kopyalanma baş verəcəkdir. Fraqmenti sənədin görünməyən hissəsinə də yuxarı və ya aşağı da sürüşdürmək mümkündür. Bunun üçün fraqmenti sənədin sərhədinə kimi sürüşdürüb orada saxlamaq lazımdır. Sənəd avtomatik olaraq səhifələnəcəkdir. Bu zaman lazım olan moment kursoru sərhəddən səhifənin üzərinə gətirdikdə səhifələnmə dayanacaqdır. Fraqmentin lazımı yerə sürüşdürənədək mausun sol düyməsini buraxmaq olmaz. Siz həmçinin yerdəyişmə və kopyalamanı mübadilə buferi vasitəsilə də edə bilərsiniz. Mübadilə buferi özündə fayl və ya onun fraqmentini saxlaya bilən kompüterin yaddaşının xüsusi sahəsidir. Mübadilə buferi vasitəsilə fraqmentlərin yerdəyişməsi və kopyalanması prossesi hər zaman 2 hərəkətlə baş verir. Birincisi obyekti bufere göndərmək lazımdır sonra isə onu sənədə yerləşdirmək üçün oradan ixrac etmək. Yerdəyişmə və kopyalamanı biz həmçinin qısa düymələr vasitəsilə də edə bilərik. Yerdəyişmə üçün CTRL+X düymələrinin kombinasiyası vasitəsilə biz fraqmenti mübadilə buferinə kəsə bilərik. Daha sonra isə fraqmenti yerləşdirmək istədiyimiz yerə kursoru qeyd edib CTRL+V düymələrinin kombinasiyası sıxılır. Kopyalamaq üçün isə seçilmiş fraqmentin üstündə CTRL+C düymələrinin kombinasiyası sıxılaraq mübadilə buferinə göndərilir, daha sonra isə lazım olan yerə kopyalamaq üçün CTRL+V düymələri sıxılır. Offisin mübadilə buferində eyni zamanda 24 ə yaxın fraqment saxlanıla bilər.


Əfqanoğlu