• Baş səhifə
  • Kitabxana
  • Rəy, təklif və iradlar
  • Haqqımızda
  • Əlaqə
reklam reklam reklam reklam reklam
saytda reklam
reklam yeri

Azərbaycan Respublikasının Konstitusiyası

Azərbaycan Respublikasının Kostitusiyası

Adı: Azərbaycan Respublikasının Kostitusiyası

Müəllif: Qanunvericilik

Kitabın ili: 2009

Kitabın dili: Azərbaycan

Səhifə sayı: 55

Faylın növü: PDF

Kateqoriya: Qanunvericilik

Kitabı Yüklə

Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir:
1. Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;
2. Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;
3. vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;
4. xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;
5. ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək;
6. ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.
Yuxarıda sadalanan ülvi niyyətlərlə ümumxalq səsverməsi — referendum yolu ilə bu Konstitusiya qəbul edilir.

Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər etmiş sənədlərin siyahısı

1. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 iyun 2002-ci il tarixli Qərarı — «Azərbaycan» qəzeti (22 iyun 2002-ci il, № 140);
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 29 avqust 2002-ci il tarixli 99/372 nömrəli Qərarı — «Azərbaycan» qəzeti (19 iyun 2002-ci il, №216)

2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2008-ci il tarixli Qərarı — «Azərbaycan» qəzeti (25 dekabr 2008-ci il, № 288);
Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum) Komissiyasının 30 mart 2009-cu il tarixli 19/86 nömrəli Qərarı — «Azərbaycan» qəzeti (31 mart 2009-cu il, № 66)

Əfqanoğlu