Paltarlar ingilis dilində
Bu dərsdə ingilis dilində paltarlar mövzusuna dair yeni sözlər öyrənəcəyik.
İngilis dilində paltarlar
Bu məqalədə ingilis dilində geyim və paltar adlarına diqqət yetirilir. "Adamı geyiminə görə qarşılayarlar" - belə bir atalar sözümüz var. Biz hər səhər paltar seçimi ilə qarşılaşırıq, tez-tez mağazalara gedirik və ya internetdən paltar sifariş veririk. Beləliklə, qarderob əşyalarına, üslublarına, parçalarına və nəhayət geyim və paltar adlarına ingilis dilində nəcə adlandığını bilməliyik. Ona görə də, necə deyərlər - "roll up your sleeves" (qollarınızı çırmalıyın) paltar və geyim əşyalarının ingilis dilində necə adlandırıldığını, və ingilis dilində paltar və geyimlə əlaqəli geniş yayılmış ifadələr, frazeoloji birləşmələr və atalar sözləri öyrənəcəyik.
"Clothes" [ kləʊðz ] ingilis dilindən tərcümədə paltar deməkdir. Transkripsiyadan gördüyünüz kimi "Clothes " səsi burada tələffüz edilmir. Bir məqamı yadınızda saxlayın ki, "clothes " sözü hər zaman cəmdə işlənir, və onun sonunda "-s " cəm sonluğunu qeyd etməyi unutmayın. Əgər paltarın bir predmetini demək istəyirsinizsə, o zaman, "a piece of clothing" və ya daha formal olan variant - "an item of clothing" və ya "an article of clothing" kimi ifadələrdən istifadə edin. Ümumiyyətlə "clothes" paltar sözünün gündəlik məişətdə istifadə edilən variantıdır. Əgər daha rəsmi ifadə etmək istəsəniz paltar sözünü o zaman "clothing" sözünü işlədin.
Paltar sözünün ingilis dilində bir neçə sinonimi vardır. Beləki, "clothes" və "clothing" sözlərindən əlavə, " wear", "apparel", "garment", "outfit", "dress" və ya "costume" sinonim sözləri də vardır.
Paltar mövzusunda ingiliscə atalar sözləri
Paltar mövzusu o qədər yayılmış bir mövzudur ki, Azərbaycan dilində olduğu kimi ingilis dilində də paltar mövzusuna dair bir çox frazeoloji birləşmələr və atalar sözləri vardır. Məqalənin əvvəlində qeyd etdiyimiz "qollarınızı çırmalıyın" (roll up your sleeves) ifadəsi bizim dilimizdə olduğu kimi ingilis dilində də hər hansı bir işin icrasına ciddi olaraq başlamaq mənasında işlədilir.
İndi isə gəlin ingilis dilində paltarlara aid bir neçə ideomaya nəzər yetirək: "Eat one's hat" - papağını yemək. Bu idioma həyata keçməsi inanılmaz olan, lakin, əgər belə olarsa insanın ciddi təəccüblənməsi və onunla əlaqədar olaraq ağlasığmaz bir hərəkət etməyi öz boynuna götürməsidir. Məsələn: "I do not think that our football team will win the cup in this year. If they do — I will eat my hat" -"Bu il bizim futbol komandamızın kuboku udacağını fikirləşmirəm. Əgər udsalar - papağımı yeyərəm." "A feather in one’s cap " - birinin şlyapasında lələk. Hər hansı bir hərəkət və ya nailiyyətlə qürurlanmaq. Məsələn: "Getting an A+ in Math was a feather in her cap" -"Riyaziyyatdan 5+ qiyməti almağı onun qürurunun səbəbi idi." "To wash one’s dirty laundry in public" - birinin çirkli paltarlarını hamının gözü qarşısında yumaq. Yəni birinin şəxsi işlərini başqalarına danışmaq. Məsələn: "Nick and Elizabeth often argue when there is a lot of people nearby. Why do they wash their dirty laundry in public?" -"Nik və Elizabet tez-tez ətrafda çox insan olanda mübahisə edirlər. Nəyə görə onlar evlərinin içini çölə çıxardırlar. " "Down-at-the-heels" - dikdabanlarla taptalanmış. Pis görsənən, çökmüş biri. Məsələn: "She appeared down-at-the-heels after her divorce" -"O boşandıqdan sonra çökmüş kimi görünürdü. " "Wolf in sheep’s clothing" - qoyun cildində canavar. Görsəndiyi kimi olmayan biri. Özünü yaxşı insan kimi qələmə verən,lakin, əslində isə pis adam haqqında deyilən ifadədər. Bu idioma mənbəsini Qırmızı papaq nağılından götürüb. Məsələn: "Our boss is a wolf in sheep’s clothing. Inside the office, he verbally abuses everybody, but at the meetings with shareholders he is nice and polite all of a sudden." -"Bizim müdir quzu cildində canavardır. Ofis daxilində o hər kəsi təhqir edir, lakin səhdarçılarla görüşlərdə birdən sevimli və nəzakətli olur"
İngiliscə geyim və paltarların yazılış və tələffüzü.
|
[ kləʊðz ] | Paltar |
|
[ ʃɜːt ] | Köynək |
|
[ ˈeɪ.prən ] | Önlük |
|
[ ˈtiː.ʃɜːt ] | Futbolka |
|
[ belt ] | Kəmər |
|
[ taɪts ] | Kolqotka |
|
[ blaʊz ] | Kofta |
|
[ brɑː ] | Büstqalter |
|
[ ˈpæn.tiz ] | Tuman |
|
[ ˈstɒk.ɪŋz ] | Kolqotka |
|
[ suːt ] | Kostyum |
|
[ kæp ] | Papaq |
|
[ sɒks ] | Corab |
|
[ kəʊt ] | Palto |
|
[ daʊn kəʊt ] | Palto |
|
[ reɪn kəʊt ] | Plaş |
|
[ fɜː(r) kəʊt ] | Şuba |
|
[ dres ] | Don |
|
[ skɜːt ] | Ətək |
|
[ ʃɔːts ] | Şort |
|
[ ˈdʒækɪt ] | Gödəkcə |
|
[ ˈəʊ.vər.ɔːlz ] | Kombinzon |
|
[ ˈleɡ.ɪŋz ] | Lasina |
|
[ hæt ] | Şlyapa |
|
[ skɑːf ] | Şərf |
|
[ ɡlʌv ] | Əlcək |
|
[ skɑːf ] | Əlcək |
|
[ ˈhæŋ.kə.tʃiːf ] | Dəsmal |
Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var. Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.