Meyvələr rus dilində

Bu dərsdə meyvələr rus dilində mövzusuna dair yeni sözlər öyrənəcəyik. Eyni zamanda quru meyvələr rus dilindərus dilində giləmeyvə adlarını da bu mövzumuzda öyrənəcəyik. Beləliklə gəlin ilk növbədə rus dilində meyvə adlarını öyrənək.


Meyvələr rus dilində

Rus dilində meyvə adları

Rus dilində meyvə adları və onların necə tələffüz edəcəyini bilmək üçün ən populyar meyvələrin rus dilində siyahısını hazırladıq. Rusiya çox isti bir ölkə olmadığı üçün, çox günəşə və isti havaya ehtiyacı olan meyvələri yetişdirmək olduqca çətindir. Alma və armud Rusiyada ən populyar meyvələrdir. Rusiyanın cənubunda şaftalı, ərik, avokado, xurma və hətta naringi yetişdirirlər.

Ümumiyyətlə rus dilini öyrənmək istəyirsinizsə ilkin olaraq sadə sözlərdən öyrənməyə başlamaq vacibdir. Bu baxımdan da ilk dərsimiz məhz rus dilində meyvə adları olacaq. Rus dilində meyvələrin və giləmeyvələrin adlarını bilsəniz, rus mətbəxi haqqında daha çox məlumat əldə edə, restoran və kafelərdə rus dilində desertləri sifariş edə və ya meyvələrinin satıldığı meyvə bazarında rus dilində alış - veriş edə biləcəksiniz. Rus dilində meyvə adlarını bilsəniz, giləmeyvə və meyvələrindən hazırlanan ənənəvi bir rus içkisi olan bir kompot sifariş verməyinizdə çətinlik yaşamazsınız. Bu dərsdə bilməli olduğunuz rus dilində ən çox işlədilən meyvə adları verilmişdir. Meyvələr rus dilində dərsini öyrəndikdən sonra, digər dərslərimizə də mütləq baxın. Məsələn, Tərəvəzlər rus dilində dərsi sizə tərəvəzlərin rus dilində necə adlandırıldığını öyrədəcək. Rus dilini tez öyrənin və yeni sözləri asan yadda saxlamaq üçün videolarımızda olan çalışmaları ardıcıllıqla yerinə yetirin. Təkrarlamaq da vacib şərtdir, necə deyərlər - təkrar biliyin anasıdır.

Bir məqamı da nəzərinizə çatdırım ki, siz rus dilində bəzi meyvələrin adlarını artıq bilirsiniz. Nəzərdə tutduğum meyvələr Azərbaycan dilində necə adlandırılırsa rus dilində də o cür adlandırılır, məsələn: "банан", "ананас", "киви", "кокос", "мандарин" və s. Əlbəttə sadaladığım meyvələr əsasən ekzotik meyvələrdir. Lakin, rus dilində meyvə adlarından elələri də vardır ki, biz öz dilimizdə də onlardan istifadə edirik, məsələn: bir çoxlarımız moruğa öz dilimizdə də "малина" deyirik, və yaxud tərəvəzlərə aid gözəl bir misal verə bilərik, məsələn: kökə biz "морковь" deyirik, və yaxud Azərbaycanca portağal deyən az sayda insanlar vardır, əksəriyyət "апельсин" deyir, halbuki bunlar rus sözləridir. Eyni zamanda ruslar da öz növbəsində Azərbaycan dilində istifadə edilən meyvə adlarını bilir və öz dillərində istifadə edirlər. Yəni, ruslar fındığa "фундук " deyə bilərlər. Yəni qısası onu demək istəyirəm ki, siz rus dilində meyvə adlarını öyrənməyə başlamazdan əvvəl artıq bir çoxlarının adlarını bilir və hətta gündəlik danışıqda istifadə edirsiniz. Demək ki, siz rus dilini heç də sıfırdan öyrənmirsiniz, beləki, bu misal nəinki rus dilində meyvələrə və ya tərəvəzlərə aiddir hətta gələcək dərslərimizdə keçəcəyimiz bir çox başqa mövzulara da şamil olunur.

Rusiyada çox sayda yabanı giləmeyvə yetişir - əsasən meşələrdə və Rusiyanın tundrasında. Amma, Rusiyadakı meyvələrin demək olar ki, hamısı Orta Asiya, Çin, İran, Qafqaz və Amerikadan idxal olunurdu. Qədim dövrlərdə isə ruslar meyvə yerinə giləmeyvə istifadə edirdilər.

Quru meyvələr rus dilində

Əlbəttə rus dilində meyvə adlarını öyrənərkən biz quru meyvələr rus dilində necə adlandırıldığını da bilməliyik. Eynilə Azərbaycan dilində olduğu kimi bir çox hallarda quru meyvələr rus dilində də həmin meyvənin adının qarşısına quru yəni - "сухой" və ya qurudulmuş - "сушеный" sözlərini artırmaqla düzəlir. Lakin, bu qayda bütün meyvələr üçün keçərli deyil, məsələn, rus dilində ərik qurusunun bir neçə adına rast gəlinir. Ərik qurusuna rus dilində əsasən "Курага" deyilir. "Курага" sözünün kökü Azərbaycan dilindəki "quru" sözündən götürülüb, tumsuz qurudulmuş ərik meyvəsi deməkdir.
Başqa bir nümunə kimi - rus dilində "Чернослив" adlı ilə bəlli olan gavalı və ya göyəmin istənilən növünün qurudulmuş meyvəsi başa düşülür.
Bildiyimiz kimi üzüm rus dilində "виноград" deməkdir. Üzümün qurudulmuşuna kişmiş deyirik, lakin, ruslar üzümə "виноград" desələr də nədənsə rus dilində kişmiş "изюм" deməkdir.

Rus dilində giləmeyvə

Rus dilində giləmeyvə adları quru meyvə adlarından fərqli olaraq rus dilinə xas sözlərlə adlandırılır. Çünki, mədəni bitki növləri rus təbiəti ilə əlaqədar olaraq Rusiya ərazisinə yad olan bitkilər olduqları üçün onların meyvələri də yalnız bu bitkilər yetişən ərazilərdən gətirildiyindən tarixən ruslar bu meyvələr barədə məlumatsız olduqlarından yerli dildən rus dilinə keçmişdir. Bu səbəbdən də üzüm, fındıq, alça və s kimi sözlər rus dilinə Azərbaycan dilində keçmişdir. Lakin, rus dilində giləmeyvə adları təmiz rus dilində olan meyvə adlarıdır. Beləki, əksər giləmeyvələr vəhşi təbiətdə, meşələrdə yetişmiş və Rusiya ərazisində də rast gəlinirdi. Buna görə də ruslar bu giləmeyvələrdən xəbərdar idilər və öz dillərinə xas olan, rus dilində giləmeyvə adları vardır.

Rus dilində meyvə adları

Rus dilində meyvə adları

Rus dilində meyvə adları ilə əlaqəli atalar sözləri

"Яблоко от яблони недалеко падает." - Alma heç vaxt ağacdan uzaq düşmür. (Azərbaycanca analoqu - "Anasının danası" (Ailə tərbiyəsinin və irsiyyətin bir şəxsiyyətin formalaşmasına təsiri haqqında deyilən bir atalar sözü. Uşaqların valideynləri ilə eyni şeyi etməyə meylli olduqlarını, oxşar xarakter xüsusiyyətlərinə, davranışlara, həyata baxışlarına sahib olduqlarını qeyd etmək istədiklərində bu atalar sözünü deyirlər. İfadə ən çox xoşagəlməz bir xasiyyət və ya mənfi bir tərbiyyə kimi qeyd edilərək danışıq dilində istifadə olunur.))

"Фрукты хороши в свое время." - Meyvələr öz vaxtında yaxşıdır. (Azərbaycanca analoqu - "Hər meyvənin öz vaxtı var")

"От яблони – яблоко, а от ели – шишки" - Alma ağacından - alma, şam ağacından - qoza. (Bu atalar sözünün mənası - hər bir insan bacardığı işi görməlidir. Bir ayaqqabıçı çörək bişirirsə, ondan yaxşı bir şeyin ərsəyə gələcəyi ehtimalı azdır.)

"Никакой лимон сладким не сделаешь." - Heç bir limonu şirin edə bilməzsən. (Olan artıq olub, nəisə düzəltmək artıq mümkün olmadıqda bu atalar sözü işlədilir.).

Rusca meyvə adlarının yazılış və tələffüzü.

[ фр`укты ] Meyvə
[ гр`уша ] Armud
[ бан`ан ] Banan
[ й’аблака ] Alma
[ ап’ил’с’`ин ] Portağal
[ абр’ик`ос ] Ərik
[ в’`ишн’а ] Albalı
[ п’`эрс’ик ] Şaftalı
[ сл’`ива ] Gavalı
[ арб`ус ] Qarpız
[ как`ос ] Kakos
[ инжыр ] Əncir
[ хурма ] Xurma
[ к’`ив’и ] Kivi
[ д`ын’а ] Yemiş
[ анан`ас ] Ananas
[ ф’ий’хаа ] Feyxoa
[ алыч’а ] Alça
[ гран`ат ] Nar
[ `ай’ва ] Heyva
[ ал’`ифка ] Zeytun
[ мушмула ] Əzgil
[ сухафр`укты ] Quru meyvə
[ м’ин’д`ал’ ] Badam
[ ф’`ин’ик’и ] Xurma
[ из’`ум ] Kişmiş
[ фун’д`ук ] Fındıq
[ гр’`эцк’ий’ ар’`эх ] Qoz
[ кашт`ан ] Şabalıd
[ ар`ах’ис ] Fıstıq
[ ф’ист`ашка ] Püstə
[ к’`эшй’у ] Anakardiya
[ й’агада ] Giləmeyvə
[ мал’`ина ] Moruq
[ клубн’`ика ] Çiyələk
[ ч’ирн’`ика ] Qaragilə
[ й’ижыв’`ика ] Böyürtkən
[ буз’ина ] Gəndalaş
[ кл’`уква ] Quşüzümü
[ шылкав’`ица ] Tut
[ барбар’`ис ] Zirinc
[ бай’арышн’ик ] Yemişan
[ шып`овн’ик ] İtburnu
[ к’из’`ил ] Zoğal
[ в’инагр`ат ] Üzüm

Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var.
Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.