İngilis dilində peşə adları
Bu dərsdə ingilis dilində peşə adları mövzusuna dair yeni sözlər öyrənəcəyik.
"What do you do?" və ya ingilis dilində peşə adları
Bu məqalədə ingilis dilində peşə adlarına diqqət yetirilir. Bir insanla tanış olanda ümumiyyətlə nə soruşuruq? Əlbəttə ki, nə işlə məşqul olduğunu. "What do you do?" sualını olduğu kimi tərcümə etsək - "nə edirsən?" kimi tərcümə olunacaq. lakin, bu sual ingilis dilində birinin harada işlədiyini soruşmaq üçün istifadə edilir. Əslində bu cür sual verilməsi maraqlı olduğumuz üçün deyil, sadəcə tanış olduğumuz insanla hər hansı bir əlaqə nöqtəsinin axtarılması və söhbətin davam etdirilməsi üçündür. Bir insanın karyerası haqqında məlumat əldə etdikdə, söhbəti şablon salamlamadan sonra davam etdirməyə imkan verir.
İngilis dilini öyrənəndə peşə adlarının istifadəsinə hər zaman ehtiyac duyulur. İngilis dilini öyrənən insan artıq başlanğıc səviyyədə ən azı geniş yayılmış ixtisasların heç olmasa bir neçəsini artıq bilməlidir. Əks təqdirdə, yaxınlarınız və dostlarınız haqqında qısa bir hekayə necə qura bilərsiniz? Eyni zamanda əlbətdə ki, ilk növbədə öz iş sahənizdən ixtisas adlarını öyrənməlisiniz. Məsələn, əgər teatrda işləyirsinizsə, yalnız "actor" (aktyor) sözünü deyil, eyni zamanda işıqlandırma, rejissor, makiyaj ustası və digər peşələrin ingilis dilində adlarını bilmək mantiqlidir. Bu, öz ixtisasınızla bağlı söhbətlərdə daha geniş monoloqlar qurmağa imkan verəcəkdir.
Bununla yanaşı, bütün peşələri ingilis dilində əzbərləməyə ehtiyac yoxdur. İngilis dilində peşə adlarının formalaşmasına dair bəzi qaydaları bilirsinizsə, bir çox ixtisasın adını təxmin edə bilərsiniz. Bir qayda olaraq, ingilis dilində peşə adları hər hasnı bir fəaliyyət sahəsini ifadə edən isim və ya felin sonuna "er / -or" və ya "-ist, -ian" şəkilçilərindən birini artırmaqla formalaşır. Məsələn, bir insan rəqqasdırsa, o zaman rəqslə məşğuldur. İngilis dilində rəqs "dance" kimi səslənir. "rəqqas" sözünü düzəltmək üçün "dance" sözünün sonuna "-er" şəkilçisi əlavə edirik. Bənzər bir şəkildə, fellərdən aşağıdakı peşə adları meydana gəlir: paint — painter (çəkmək - rəssam) write — writer (yazmaq - yazıçı) translate — translator (tərcümə etmək - tərcüməçi) art — artist (incəsənət - rəssam) və s.
Əlbəttə ki, hər peşə adı bu şəkildə formalaşmır. Bəzi ixtisas adlarının mənşəyini təyin etmək çətindir. Məsələn, "nurse" (tibb bacısı) sözünü sadəcə əzbərləmək lazımdır.
Bir qayda olaraq, İngilis dilindəki peşə adları cinsinə görə dəyişmir, lakin istisnalar var. Məsələn, "actor / actress" (aktyor / aktrisa) və ya "steward / stewardess" (stüard / stüardessa). İngilis dilində bəzi peşə adlarının sonun "man" (kişi) və ya "woman" (qadın) sözləri cinsi göstərmək üçün əlavə edilə bilər.
İngilis dilindəki bəzi peşə adları sözün kökünə "-ee" şəkilçisi əlavə edilərək düzəlir. Məsələn: "employ" (işə götürmək) - "employee" (işçi).
İngiliscə peşə adlarının yazılış və tələffüzü.
|
[ ˈɑːtɪst ] | Rəssam |
|
[ kənˈdʌk.tər ] | Dirijor |
|
[ ˈɑː.kɪ.tekt ] | Memar |
|
[ ˈpəʊ.ɪt ] | Şair |
|
[ ˈæktə(r) ] | Aktyor |
|
[ ˈraɪtə(r) ] | Yazıçı |
|
[ kəmˈpəʊ.zər ] | Bəstəkar |
|
[ ˈsɪŋə(r) ] | Müğənni |
|
[ ˈbɪl.dər ] | İnşaatçı |
|
[ ˈæθ.liːt ] | İdmançı |
|
[ mjuˈzɪʃn ] | Musiqiçi |
|
[ ˈdraɪvə(r) ] | Sürücü |
|
[ ˈheədresə(r) ] | Bərbər |
|
[ ˈbeɪ.kər ] | Çörəkçi |
|
[ ˈbʊtʃ.ər ] | Qəssab |
|
[ ˈɡɑː.dən.ər ] | Bağban |
|
[ ˈhʌn.tər ] | Ovçu |
|
[ ˈlɔːjə(r) ] | Hüquqşünas |
|
[ nɜːrs ] | Tibb bacısı |
|
[ ˈpeɪntə(r) ] | Rəngsaz |
|
[ ˈpaɪlət ] | Pilot |
Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var. Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.