İngiliscə ixtisaslar
Bu dərsdə ingilis dilində ixtisas adları mövzusuna dair yeni sözlər öyrənəcəyik.
İngilis dilində bir insana ixtisası barədə necə sual vermək olar?
İngilis dilində peşə "profession" kimi tərcümə olunur. Ancaq bir insandan onun ixtisası barədə soruşmaq lazım gəldikdə bu söz çətin ki, sizin üçün faydalı olar. Çox vaxt həmsöhbətindən məşğuliyyəti barədə soruşmaq üçün ingilis dilində iki sualdan istifadə olunur: "What do you do?" "What do you do for a living?"
Əgər siz "What do you do?" əvəzinə "What are you doing?" deyə soruşsanız, o zaman ingilis dilində danışan şəxs ixtisas və peşə ilə bağlı sualınıza deyil, həmin anda onunla söhbət etdiyiniz an nə işlə məşğul olduğunu danışmağa başlayacaq.
İngilis dilində birinin ixtisası, yəni peşəsi barədə sual vermək üçün "to be" felindən istifadə edilir. Sadəcə olaraq sözü gedən şəxsdən asılı olaraq bu felin düzgün formasını seçirik. Yəni özünüz haqqında, məsələn, müəllim olduğunuzu deyirsiniz: "I am a teacher" (Mən müəlliməm). "What do you do for a living?" sualına gəldikdə isə, bu sualı yetkin insanlara deyil, cavan və ya tələbələrə vermək daha uyğun olar. Bu sualın cavabı adətən belədir: "I work as a waiter" (Mən ofisiant kimi işləyirəm.).
İxtisasın adını öyrəndikdən sonra söhbəti davam etdirmək üçün həmsöhbətinizin hansı işi gördüyünü soruşa bilərsiniz: "What sort of work do you do?" Bu sualın cavabı adətən belədir: "I am a journalist and I write articles." (Mən jurnalistəm və məqalələr yazıram.). "I am a teacher, I teach Spanish at school." (Mən müəlliməm, məktəbdə İspan dili öyrədirəm.).
Şirkətin və ya idarənin adını soruşmaq üçün isə "Whom do you work for?" sualından istifadən edirlər. Bu sualın cavabı adətən belədir: "I work for BBC" (Mən BBC-də işləyirəm.).
İngiliscə ixtisas adlarının yazılış və tələffüzü.
|
[ ˈtiːtʃə(r) ] | Müəllim |
|
[ ˈdɒktə(r) ] | Həkim |
|
[ ˌendʒɪˈnɪə(r) ] | Mühəndis |
|
[ kʊk ] | Aşpaz |
|
[ ˈfaɪə.mən ] | Yanğınsöndürən |
|
[ pəˈliːsmən ] | Polis |
|
[ ˌbæl.əˈriː.nə ] | Balerina |
|
[ fəˈtɒɡrəfə(r) ] | Fotoqraf |
|
[ ˈkɑː.pɪn.tər ] | Dülgər |
|
[ ˈæs.trə.nɔːt ] | Astronavt |
|
[ dɪˈtek.tɪv ] | Detektiv |
|
[ ˈdaɪ.vər ] | Dalğıc |
|
[ ˌɪl.ekˈtrɪʃ.ən ] | Elektrik |
|
[ ˈfɑːmə(r) ] | Fermer |
|
[ ˈfɪʃ.ə.mən ] | Balıqçı |
|
[ ˈplʌm.ər ] | Santexnik |
|
[ ˈsaɪəntɪst ] | Alim |
|
[ ˈsəʊldʒə(r) ] | Əsgər |
|
[ ˈweɪtə(r) ] | Ofisiant |
|
[ ˈwel.dər ] | Qaynaqçı |
Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var. Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.