İngiliscə xəstəliklər

Bu dərsdə ingilis dilində xəstəlik adları mövzusuna dair yeni sözlər öyrənəcəyik.


İngiliscə xəstəliklər

İngilis dilində xəstəlik adları

Bu məqalədə ingilis dilində xəstəlik adlarından danışacağıq. Hər əsr yeni xəstəliklər və insana bilinməyən infeksiyalar gətirdi. Bir xəstəliyin müalicəsi nə vaxt tapılsa, başqa bir xəstəlik ortaya çıxardı. Məsələn, bir neçə əsr əvvəl çiçək xəstəliyi ölümcül bir xəstəlik sayılırdı. Hal - hazırda bu xəstəliklə mübarizə aparmaq üçün kifayət qədər dərman var.

Bu dərsdə ingilis dilində xəstəlik adlarından danışacağıq. İngiliscə xəstəliklə əlaqəli söz ehtiyatına baxacağıq, bu sözlərin və ifadələrin mənalarını və istifadəsini araşdıracağıq. Ümumiyyətlə ingilis dilli insanlar "xəstələnmək" sözünü vəziyyətdən asılı olaraq "xəstə olmaq", "özümü xəstə hiss etmək" və ya "xəstəlikdən əziyyət çəkmək" kimi ifadə edirlər.

İngilis dilində xəstəlik bir neçə sözlə ifadə edilə bilər: "illness", "sickness", "disease", "disorder", "ailment", "malaise", "malady" və s. Bunların hər birinin işlənmə fərqlərini araşdıraq:

"Sickness" - Bu uzun sürməyən və öz - özünə keçib gedən bir vəziyyətdir. Həkimə getməyə ehtiyac duyulmayan vəziyyətlərdə işlədilir:
I stayed at home through sickness. - Özümü yaxşı hiss etmədiyim üçün evdə qaldım.

"Illness" - Bu söz xəstəlik anlamında ən çox istifadə edilən termindir. İnsanın sağlam olmadığı bir vəziiyətdə istifadə edilir. İnsan özünü çox pis hiss edir, və həkimin köməyinə ehtiyac duyur:
What are the symptoms of your illness? - Xəstəliyinizin əlamətləri nələrdir?

"Ill" və "sick" sifətləri sinonim sözlər kimi qəbul edilir. Hər iki sifət "xəstə" kimi tərcümə olunur. Lakin, onlar arasında müəyyən fərqlər vardır. Onları "to be", "become", "seem", "look", "feel" fellərindən sonra işlətmək olar:
She was sick/ill last month but now she feels fine. - O, keçən ay xəstələndi, amma indi özünü yaxşı hiss edir.
He looked ill/sick so his wife called to the doctor. - O, xəstə görünürdü, buna görə də həyat yoldaşı həkim çağırdı.

"Sick" sözü isimdən əvvəl istifadə edilə bilər lakin, "Ill" sözü bir qayda olaraq, isimdən əvvəl istifadə edilmir:
A sick boy was in his bed. - Xəstə oğlan öz yatağında idi. (An ill boy - səhv ifadədir. Bu cür işlətmək olmaz.)

Britan ingilis dili variantında "sick" sözü həm də ürəkbulanma vəziyyətini də ifadə edir (nausea [ 'nɔːsɪə ] - qusma (vomiting) ):
I am sea sick. I am nauseous every time I sail. - Məndə dəniz xəstəliyi var. Hər dəfə üzəndə (gəmi/qayıq ilə) ürəyim bulanır.
Tom is sick. He must have eaten something gone off. - Tomun ürəyi bulanır. Çox güman ki, korlanmış bir şey yedi.
Amerika İngilis dilində "sick" daha çox "özünü yaxşı hiss etməmək" mənasında istifadə olunur.

İngilis dilində xəstəlik adları

İngilis dilində xəstəlik adları

"Disease" - Bu adətən ciddi və konkret bir xəstəlikdir. "Disease"-in səbəbi virus və ya bakteriya olur. "Disease" "illness" ilə müqayisədə daha ciddi vəziyyətdir və hökmən diaqnozun mövcudluğun tələb edən vəziyyətdir. "Disease" bədənin müəyyən bir hissəsinə aid ola bilər:
A lung disease - Ağciyər xəstəliyi

Burada sözün tələffüzünə diqqətli olun, çünki səhv bir səs [dɪ'ziːz] (disease) [dɪ'siːs] (decease) çevirə bilər - "ölmək", "məhv olmaq" deməkdir.

"Disease" - həmçinin orqan, hansısa bədən üzvü haqqında "xəstələnmiş", "xəstəlikdən zədələnmiş" mənasında da işlədilir:
a diseased kidney - Xəstə böyrək
diseased parts of brain - Beyinin zədələnmiş hissələri.

"Disorder" - bir şeyin bədəndə düzgün işləmədiyi bir vəziyyətdir. Səbəb psixoloji və ya fiziki səbəblər ola bilər:
He’s got a speech disorder after the accident. - Onda qəzadan sonra nitq qüsuru yarandı.
The old man suffered from mental disorder. - Yaşlı adam psixi pozğunluqdan əziyyət çəkirdi.

"Malady" - uzun sürən xəstəlik:
I am sorry to hear about your father’s malady. - Atanızın xəstəliyini eşitməyimə çox təəssüflənirəm.

"Ailment" - halsızlıq, ciddi olmayan, tez keçən xəstəlik. Bu "illness" sözünün daha çox bədii, ədəbi formasıdır:
I could treat that minor ailment myself. - Bu naxoşluğu özüm müalicə edə bildim.

"Ailing " - "sick" sözünün sinonimidir. Ağır, ciddi xəstəlik mənasında istifadə edilir:
We should visit out ailing friend. - Xəstə dostumuzu ziyarət etməliyik.

"Malaise" - Halsızlıq. Sifət deyil, isimdir və "feel", "suffer from " və s. fellərlə işlədilə bilər:
People who are infected often suffer from malaise. - İnfeksiyaya yoluxmuş insanlar tez - tez halsızlıqdan əziyyət çəkirlər.

Bu dərsimizdə biz ingilis dilində xəstəlik adlarının yazılışını və tələffüzünü öyrənəcəyik. Lakin, ingiliscə xəstəliklərin adları ilə yanaşı siz tibb sahəsinə aid digər sözləri də bilməlisiniz. Bunun üçün bizim digər məqalələrimizdən də istifadə edə bilərsiniz. Bunlardan Aptek mövzusuna dair ingiliscə sözlər məqaləsi, Xəstəxanada olarkən ingilis dilində işlədilən sözlər mövzusunda hazırladığımız məqalələrdən faydalana bilərsiniz. Eyni zamanda ingiliscə insan orqanlarının necə adlandırıldığını və ingilis dilində bədən üzvlərini də bilməyiniz məsləhətdir.

İngiliscə xəstəlik adlarının yazılış və tələffüzü.

[ ˈɪlnəs ] Xəstəlik
[ ˈkænsə(r) ] Xərçəng
[ njuːˈməʊ.ni.ə ] Sətəlcəm
[ ˌdaɪəˈbiː.tiːz ] Diabet
[ ˈdʒɔːn.dɪs ] Sarılıq
[ ˈɡæŋ.ɡriːn ] Qanqren
[ bruːz ] Qançır
[ ˈfræk.tʃər ] Sınıq
[ ˌæn.əsˈθiː.zi.ə ] Anesteziya
[ ˈhedeɪk ] Baş ağrısı
[ ˈbæk.eɪk ] Bel ağrısı
[ ˈsʌn.bɜːn ] Günəş yanığı
[ ˈstʌmək eɪk ] Mədə ağrısı
[ ˈkəʊld ] Soyuqdəymə
[ ˈfiːvə(r) ] Hərarət
[ ˌdaɪ.əˈriː.ə ] İshal
[ fluː ] Qrip
[ kɒf ] Öskürək
[ hɑːt əˈtæk ] İnfarkt
[ ˈmiː.zl̩z ] Qızılca
[ ˈpɔɪ.zən.ɪŋ ] Zəhərlənmə
[ ræʃ ] Səpki
[ sɔː(r) θrəʊt ] Boğaz ağrısı
[ ˈʌl.sər ] Xora
[ ˈrʌn.i nəʊz ] Burun axması
[ ˈhɑːt.bɜːn ] Mədə qıcqırması
[ wuːnd ] Yara
[ spreɪn ] Burxulma
[ ˈruː.mə.tɪ.zəm ] Revmatizm
[ ˈhɜː.ni.ə ] Qrıja
[ sɪk ] Xəstə
[ prɪˈskrɪp.ʃən ] Resept

Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var.
Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.