İnsan orqanları ingiliscə

Bu dərsdə insan orqanları ingiliscə mövzusuna dair yeni sözlər öyrənəcəyik.


İnsanın daxili orqanlarının adları ingilis dilində

İnsanın daxili orqanlarının adları ingilis dilində

Bu gün "daxili orqanlar mövzusunda ingilis sözləri" mövzusunda olan yeni bir dərsdə insan bədəninə dərindən nüfuz edəcəyik və bütün sirlərini açacağıq. Keçən dərsimizdə biz xarici orqanların adlarını ingilis dilində öyrəndik. Əgər həmin dərsi izləməmisinizsə o zaman İngilis dilində bədən üzvləri mövzusunda olan dərsimizə keçin.

İngilislərin oğlan və qızların nədən hazırlandıqları haqqında gülməli bir uşaq şeiri var (What Are Little Boys and Girls Made Of?). Qızların konfet və tortlardan və digər şirniyyatdan hazırlandığını söyləyən bəndini xüsusilə çox sevirəm. Gəlin bədənimizə bir nəzər salaq və ingilis dilində daxili orqanların necə adlandırıldığını öyrənək.

İnsan bədəni və daxili orqanları haqqında söz düşən kimi, dərhal çox populyar olan "House, M.D." və "Grey’s Anatomy" seriallarını xatırlayıram. İngilis dilinizi inkişaf etdirmək istəyirsinizsə, bu serialları orijinal səs ilə izləməyinizi məsləhət görürəm. Eyni zamanda, "The Good Doctor" serialına da baxa bilərsiniz - məsləhət görürəm.

İnsan orqanları ingiliscə

İnsan orqanları ingiliscə

İnsan bədəni, bütün orqanların bir - birinə bağlı olduğu kompleks bir mexanizmlə müqayisə edilə bilər. Hər hansı bir orqanda problem olarsa, bütün bədənin işinə təsir göstərir. Vücudumuzdakı problemlər xəstəliklərə və ağırlaşmalara səbəb olur, bunun qarşısını almaq üçün mütəmadi olaraq müayinədən keçmək lazımdır.

İngilis dilində daxili orqanlarla əlaqəli frazeoloji birləşmələr.

Biz danışarkən leksikonumuzda "Dişimi sümüyümə sıxmaq", "Ürəyim ağzıma gəldi" və s. bu kimi ifadələrdən istifadə edirik. İngilis dilində də bu tip frazeoloji birləşmələr mövcuddur:

"A skeleton in the cupboard/closet" - sirr, kənar şəxslərdən gizlədilən, utancverici sirr (olduğu kimi tərcümədə: Şkafda skelet)
Tommy never talks about his job. I wonder if he has a skeleton in the cupboard?
Tommi heç vaxt öz işi barədə danışmır. Maraqlıdır, onun hamıdan gizlətdiyi bir sirrimi var?

"By the skin of one’s teeth" - çətinliklə, güclə, möcüzəvi şəkildə (olduğu kimi tərcümədə: dişlərinin dərisindən)
They managed to complete the project on time by the skin of their teeth.
Onlar möcüzəvi şəkildə layihəni vaxtında başa çatdıra bildilər.

"To put someone’s nose out of joint" - birinin burnunu ovmaq, kimisə üstələmək; kimisə incimiş, qanı qaralmış və ya təhqir olunmuş kimi hiss etməsinə məcbur etmək. (olduğu kimi tərcümədə: Birinin burnunu oynaqdan çıxarmaq)
Edgar’s nose was really put out of joint when Rose was promoted and he wasn’t.
Edqarı, özünün yox lakin, Rozanın vəzifədə qalxması, həddən artıq kədərləndirmişdi.

"To be a bundle of nerves / a bag of nerves" - həyəcanlanmaq, əsəbləşmək (olduğu kimi tərcümədə: Bir bağlama/çanta əsəb olmaq)
John was a bundle of nerves before her big job interview.
Con vacib iş müsahibəsindən əvvəl çox həyəcanlı (əsəbi) idi.

"To have nerves of steel" - soyuqqanlı olmaq (olduğu kimi tərcümədə: dəmirdən əsəbləri olmaq)
I think all cardiac surgeons have nerves of steel.
Düşünürəmki, bütün ürək cərrahları soyuqqanlı olurlar.

"At the top of (one’s) lungs" - çox yüksək səslə, ucadan (olduğu kimi tərcümədə: Ağciyərlərin yuxarı hissəsində)
We hardly slept because our neighbour’s infant was crying at the top of her lungs all night.
Biz güclə yatdıq, cünki qonşumuzun körpəsi bütün gecə var gücü ilə ağlayırdı.

"Lily-livered" - qorxaq (olduğu kimi tərcümədə: zanbaq qaraciyərli)
I’m not surprised that Richard didn’t skydive – he’s too lily-livered to risk his precious life.
Mən Riçardın paraşutla atlanmadığına təəccüblənmədim - o, öz qiymətli həyatını riskə atmayacaq qədər qorxaqdır.

"A man of my (own) kidney" - yoldaş, yaxın dost (olduğu kimi tərcümədə: Öz böyrəyimdən olan adam)
Dexter and I like the same things and get along really well – he is a man of my own kidney.
Deksterlə mənim eyni şeylər xoşumuza gəlir və biz çox yaxşı yola gedirik - o, mənim yaxın dostumdur.

"Bladdered" - sərxoş, içkili (olduğu kimi tərcümədə: sidik kisəli)
Does your brother remember last night at the bar at all? He was really bladdered.
Sənin qardaşın dünən barda olanları ümumiyyətlə xatırlayır? O, çox sərxoş idi.

"To have no stomach for (something)" - cəsarət etməmək, ürəksiz (qorxaq) olmaq (olduğu kimi tərcümədə: mədəsinin olmaması)
My wife has no stomach for scary movies, but my daughter loves them.
Mənim arvadımın qorxu filmlərinə baxmağa ürəyi çatmır, lakin qızımın xoşuna gəlir.

"To get (one’s) brain in gear" - beynini işə salmaq, fikirləşmək, produktiv olmaq (olduğu kimi tərcümədə: beynini işə salmaq)
Well, we’d better get our brain in gear because we need to solve this problem.
Beynimizi işə salsaq yaxşı olar, cünki, biz bu problemi həll etməliyik.

"A bag of bones" - bir dəri - bir sümük, çox arıq adam (olduğu kimi tərcümədə: bir çanta sümük)
Fred was just a bag of bones when he came home from hospital.
Fred xəstəxanadan qayıdanda bir dəri - bir sümük idi.

İnsan orqanları mövzusunda ingiliscə sözlərin yazılış və tələffüzü.

[ ˈɔːɡən ] Orqan
[ breɪn ] Beyin
[ ˈkɪd.ni ] Böyrək
[ ɪnˈtes.tɪn ] Bağırsaq
[ hɑːt ] Ürək
[ ˈlɪv.ər ] Qaraciyər
[ ˈstʌmək ] Mədə
[ ˈblæd.ər ] Sidik kisəsi
[ ˈmʌsl ] Əzələ
[ bəʊn ] Sümük
[ lʌŋ ] Ağciyər
[ spliːn ] Dalaq
[ ˈθaɪrɔːɪd ] Qalxanabənzər vəzi
[ trəˈkiː.ə ] Nəfəs borusu
[ ˈgɒlblædər ] Öd kisəsi

Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var.
Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.