İnsan anatomiyası ingiliscə
Bu dərsdə ingilis dilində insan anatomiyası mövzusuna dair yeni sözlər öyrənəcəyik.
İngilis dilində insan anatomiyası
Bugünkü mövzumuz insan anatomiyası ingiliscə mövzusudur. Həkim müayinəsinə gedərkən bədən hissələrinin adlarını bilmədən əlbəttə dərdimizi həkimlərə başa sala bilmərik. Biz keçən dərslərimizin birində ingilis dilində bədən üzvləri mövzusunu keçərkən artıq bir sıra bədən üzvlərininin adlarını ingilis dilində adlandırılmasını öyrənmişdik. Bu dərsimizdə isə ingilis dilində insan anatomiyası mövzusunda söz lüğətimizi daha da genişləndirəcəyik. Söz veririk ki, insan anatomiyası ingilis dilində olan bu dərsimiz sizin üçün darıxdırıcı olmayacaq.
Beləliklə bədənimiz haqqında bir az danışaq. Gündəlik söhbətdə nə qədər tez-tez özümüzün və ya başqasının bədən üzvlərini qeyd etməli oluruq. Məsələn, ənsə və ya ingilis dilində döş qəfəsini necə tələffüz edəcəyinizi dərhal xatırlamaq çox vaxt asan olmur. İngilis dilində insan anatomiyası mövzusu çox genişdir, çünki o, təkcə bədənin hissələrini deyil, həm də üzün, qolların, ayaqların və hətta daxili orqanların hissələrini də əhatə edir. Biz ingiliscə insan orqanları mövzusunu keçərkən daxili orqanlar haqqında sözləri öyrənmişdik. Bu dərsimizdə isə daxili orqanlara aid bilmədiyimiz yeni sözlərə də toxunacağıq. Ümid edirik ki, bu dərsi öyrəndikdən sonra xaricdə tətildə olarkən və ya digər səbəblərdən səyahət edərkən tibbi yardıma ehtiyacınız olduğu bir vəziyyətdə nə baş verdiyini və haranızın ağradığını bildirməkdə çətinlik çəkməyəcəksiniz. Ümid edirik ki, belə bir vəziyyətlə qarşılaşmazsınız. Ancaq bu baş verərsə, bu bilik sizin və ya dostunuzun həyatını xilas edə bilər.
Birincisi, bu dərsin lüğəti ilə siz öz xarici görünüşünüzü və dostlarınızın xarici görünüşünü ingilis dilində asanlıqla təsvir edə bilərsiniz. Belə bir vəziyyəti təsəvvür edin, bir dostunuzla xaricə tətilə getmisiniz. Siz onu turda itirdiniz. Bələdçidən dostunuzu görüb-görmədiyini soruşursunuz. Bəs bunu necə soruşmaq olar? Axı bələdçinin çoxlu sayda turisti var. Əlbəttə ingilis dilində insan anatomiyası mövzusunda lüğət sizin köməyinizə yetişəcək.
İngilis dilini öyrənərkən siz gec ya tez insan bədən üzvləri mövzusuna rast gələcəksiniz. İngilis dilində insan anatomiyası mövzusunda olan sözləri eyni zamanda bu sözlərlə əlaqəli ifadə və idiomları öyrənməklə siz ozünüzü və başqalarını rahatlıqla ingilis dilində təsvir edə biləcək, özünüzü bərbər və ya gözəllik salonlarında rahat hiss edəcək və dediyimiz kimi hər hansı bir tibbi yardım alarkən ingiliscə həkimi ağrayan bədən üzvünün hansı olduğunu asanlıqla başa sala biləcəksiniz.
İnsan anatomiyası mövzusunda ingilis dilində deyimlər.
"To get something off one's chest" - Sinəsindən bir şey çıxarmaq. Səmimi etiraf etmək mənasında. (Azərbaycanca analoqu: - Ürəyini boşaltmaq.)
"To learn by heart" - Ürəklə öyrənmək. (Əzbərləmək mənasında işlədilir.)
"A knuckle sandwich" - Yumruq sendviçi (Kimisə vurmaq mənasında)
"A pain in the neck" - Boyunda ağrı (dözülməz adam, bezdirici, yorucu, baş ağrısı və narahatlıq mənbəyi olan bir adam.)
"A skeleton in the cupboard/closet" - Şkafda skelet (kənar şəxslərdən gizlədilən, utancverici bir sirr)
"Turkey neck" - Hinduşka boynu (İngilis dillilər bu ifadəni çənə altındakı piy qatına deyirlər. Bunu eyni zamanda qoşa çənə də adlandırırlar "double chin".)
"Cankle" - Bu ifadə baldır (calf) və topuq (ankle) sözlərinin birləşməsindən götürülmüşdür və topuqla baldır arasındakı keçidin, incəlmənin praktiki olaraq görünməz olduqda, çox kök, dolu baldırlı insanlar haqqında deyirlər.
İngiliscə insan anatomiyası mövzusunda olan sözlərin yazılış və tələffüzü.
|
[ əˈnætəmi ] | Anatomiya |
|
[ səʊl ] | Pəncə |
|
[ ˈɑːmpɪt ] | Qoltuqaltı |
|
[ ˈtempl̩ ] | Gicgah |
|
[ ˈbækbəʊn ] | Onurğa |
|
[ ˈskæpjʊlə ] | Kürək sümüyü |
|
[ bɪld ] | Bədən quruluşu |
|
[ s ɪˈriːbrəm ] | Beyin |
|
[ ˈkl̩ævɪkl ] | Körpücük sümüyü |
|
[ dɪˈdʒestʃən ] | Həzm |
|
[ ˈaɪlɪd ] | Göz qapağı |
|
[ ˈfrekl ] | Çil |
|
[ ˈɡrɔɪn ] | Qasıq |
|
[ ˈlærɪŋks ] | Qırtlaq |
|
[ neɪp ] | Ənsə |
|
[ bʌtəks ] | Arxa, yan |
|
[ iːˈsɒfəɡəs ] | Qida borusu |
|
[ ˈpelvɪs ] | Çanaq |
|
[ ʧest ] | Döş qəfəsi |
|
[ rɪb ] | Qabırğa |
|
[ ˈbaʊəlz ] | Bağırsaq |
|
[ ˈskelɪtn̩ ] | Skelet |
|
[ ˈθɔːræks ] | Döş qəfəsi |
|
[ əˈkuːʃmɒŋ ] | Doğuş |
|
[ ˈtɒnsɪl ] | Badamcıq |
|
[ ˈjʊərɪn ] | Sidik |
|
[ wɔːt ] | Ziyil |
|
[ ˈɪə.ləʊb ] | Sırğalıq |
|
[ teɪl bəʊn ] | Büzdüm sümüyü |
|
[ ˈeɪnəs ] | Anal dəlik |
Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var. Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.