Meyvələr ingilis dilində
Bu dərsdə meyvələr ingilis dilində mövzusuna dair yeni sözlər öyrənəcəyik. İngilis dilində meyvələrin adları ilə yanaşı, biz bu dərsdə həmçinin ingilis dilində giləmeyvələr və ingiliscə quru meyvələrin adlarını öyrənəcəyik.
İngilis dilində meyvələrin adları
İngilis dilini öyrənərkən başlanğıc səviyyəsi olaraq götürülən bəlli mövzular vardır, hansı ki, bir çox öyrənmə metodlarında mövzular eyni şəkildə götürülür. Kəlimələrin çətinlik səviyyəsi ölçülərək onları hansı mərhələdə öyrənəcəyimizi müəyyən edər və addım-addım hamısını öyrənməyə cəhd göstərərik. ilkin olaraq A1 səviyyəsinə aid olan mövzulardan başlayaraq, gündəlik həyatımızda və yeri gəldiyində peşə həyatımızda istifadə edə biləcəyimiz kəlimələri öyrənəcəyik. İngilis dilini öyrənən hər kəsin ilkin mərhələlərdə mütləq öyrənməsi gərəkən asan mövzulardan tutmuş, ardıcıl olaraq ingilis dilini akademik səviyyədə bilinməsi vacib olan əsas kəlimələrdən ibarət mövzuları öyrənəcəyik. Çünki, ingilis dilini öyrənərkən əsas mövzular gündəlik həyatımızda tez-tez istifadə edə biləcəyimiz, hər an qarşımıza çıxa biləcək, fəaliyyəti olduqca aktiv olan kəlimələrdir. Hətta birinci dərəcəli mövzudur deyə bilərik. Ona görə "asandır, gərəksizdir" demədən, bizə hər an lazım ola biləcəyini düşünərək, asan, lakin bir o qədər önəmli olduğunun fərqində olaraq İngilis dilində meyvələrin adları mövzusunu yaxşıca öyrənməyinizi məsləhət görərdik.
Hamımız dadlı meyvələri və xeyirli qoz - fındıqları sevirik. Bəs meyvələr ingilis dilində nəcə adlanır? Gəlin öyrənək!
Qeyd etmək lazımdır ki, ingilis dilində meyvə sözünün iki çoxluq forması var: "fruit" və "fruits". Əgər biz hər hansı bir meyvə növünü aydınlaşdırmadan, konkretləşdirmədən demək istəyiriksə o zaman "fruit" işlədirik. Yəni, ümumiyyətlə meyvə. Məsələn: It’s hard to buy fresh fruit in winter. - Qışda təzə meyvə almaq çox çətindir.
Fərqli meyvələri nəzərdə tutsaq, yəni onların müxtəlif çeşidlərini o zaman "fruits" istifadə olunur: I want to try the tropical fruits of this country. - Bu ölkənin tropik meyvələrini dadmaq istəyirəm.
İngilis dilində quru meyvələr
Burada bir məqamı nəzərinizə çatdırım, ingilis dilində quru meyvələr üçün siz həm "dry fruits" həm də "dried fruits" sözlərinin hər ikisini işlədə bilərsiniz. Lakin, daha dərin mənada "dry fruits" dedikdə püstə, fındıq, qoz, badam və s. bu kimi meyvələr başa düşülür. Digər tərəfdən, təbii və ya sintetik üsulla qurudulmuş ətli meyvələrə "dry fruits" deyilir. Məsələn, qurudulmuş əncir, kişmiş, ərik, alma, banan, kivi və s. meyvələr "dried fruits" adlanır. Yəni diqqət yetirsəniz "dry fruits" - quru meyvə, "dried fruits" isə qurudulmuş meyvə deməkdir.
İngilis dilində meyvə adları ilə əlaqəli frazeoloji birləşmələr
Like a sucked orange - İnsan həddindən artıq yorulduqda və özünü sıxılmış limon kimi hiss edildikdə istifadə olunur.
To pick the plum - Ən yaxşısını (qaymağını) seçmək.
Plum job - Yağlı yer (vəzifə mənasında).
Big Apple - Böyük alma (Nyu-Yorka verilən ləqəb).
Apples and oranges - Fərqli, müxtəlif şeylər (portağal və alma kimi fərqli bir şey).
Apple of one's eye. - Birinin göz bəbəyi (Birini qorumaq, yaxşı baxmaq mənasında).
Lemon - Yararsız, artıq istifadə olunmayan nəqliyyat vasitəsi.
Banana skin (banana peel) - Sürüşkən bir vəziyyəti müzakirə edərkən istifadə olunur. Banan qabığının sürüşkən olması səbəbindən bu cür istifadə edilir.
Pear-shaped - Bədən fiqurası armuda oxşayanlara deyilir.
Not give a fig - Heç nəyə maraq göstərməmək, biganə qalmaq.
Hard nut to crack - Çətin yola gələn adam və ya güclü adam mənasında istifadə edilir.
Cool as cucumber - Soyuqqanlı, rahat, sakit.
İngiliscə meyvə adlarının yazılış və tələffüzü.
|
[ fruːts ] | Meyvə |
|
[ peər ] | Armud |
|
[ bəˈnɑː.nə ] | Banan |
|
[ ˈæp.l̩ ] | Alma |
|
[ ˈɒrɪndʒ ] | Portağal |
|
[ ˈeɪ.prɪ.kɒt ] | Ərik |
|
[ ˈtʃer.i ] | Albalı |
|
[ piːtʃ ] | Şaftalı |
|
[ plʌm ] | Gavalı |
|
[ ˈwɔː.təˌmel.ən ] | Qarpız |
|
[ ˈkəʊ.kə.nʌt ] | Kakos |
|
[ fɪɡ ] | Əncir |
|
[ pəˈsɪm.ən ] | Xurma |
|
[ ˈkiː.wiː ] | Kivi |
|
[ ˈmel.ən ] | Yemiş |
|
[ ˈpaɪnˌæp.l̩] | Ananas |
|
[ fāˈjōə ] | Feyxoa |
|
[ ɡriːn plʌm ] | Alça |
|
[ ˈpɒm.ɪˌɡræn.ɪt ] | Nar |
|
[ kwɪns ] | Heyva |
|
[ ˈɒl.ɪv ] | Zeytun |
|
[ ˈmedlə ] | Əzgil |
|
[ draɪ fruːts ] | Quru meyvə |
|
[ ˈɑː.mənd ] | Badam |
|
[ deɪts ] | Xurma |
|
[ ˈreɪ.zən ] | Kişmiş |
|
[ ˈheɪ.zəl.nʌt ] | Fındıq |
|
[ ˈwɔːl.nʌt ] | Qoz |
|
[ ˈtʃes.nʌt ] | Şabalıd |
|
[ ˈpiː.nʌt ] | Fıstıq |
|
[ pɪsˈtɑːʃɪəʊ ] | Püstə |
|
[ ˈkæʃ.uː nʌt ] | Anakardiya |
|
[ ˈber.i ] | Giləmeyvə |
|
[ ˈrɑːz.bər.i ] | Moruq |
|
[ ˈstrɔː.bər.i ] | Çiyələk |
|
[ ˈbluːˌbər.i ] | Qaragilə |
|
[ ˈblæk.bər.i ] | Böyürtkən |
|
[ ˈel.dəˌber.i ] | Gəndalaş |
|
[ ˈkrænˌber.i ] | Quşüzümü |
|
[ ˈmʌlˌber.i ] | Tut |
|
[ ˈbɑːbərɪ ] | Zirinc |
|
[ ˈhɔː.θɔːn ] | Yemişan |
|
[ ˈrəʊzɪp ] | İtburnu |
|
[ ˈkɔːnəl ] | Zoğal |
|
[ ɡreɪps ] | Üzüm |
Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var. Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.