İngilis dili əlifbası
Bu dərsdən etibarən biz ingilis dili kursuna başlayırıq. İngilis dili kursunu beginner səviyyədən başlayacağıq. Deməli, ilk dərsimizə ingilis dili əlifbasını öyrənməklə başlayacağıq. Əgər sizin ingilis dili səviyyəniz daha yüksəkdirsə o zaman sizə ilk dərsləri buraxmağı tövsiyyə edirəm. Çünki ingilis dili kursu üzrə ilk dərslər ingilis dili əlifbası, səs və hərflər, tələffüz qaydaları və s. üzrədir.
Xarici dil bilmək bu eyni zamanda ingilis dilinə də aiddir, ilk önce bu dildə çoxlu söz bilmək deməkdir. İngilis dili qrammatikası biliyiniz zəif olsa belə əgər siz ingilis dilində çoxlu söz ehtiyyatına maliksinizsə əcnəbi ilə fikir mübadiləsi apararkən bildiyiniz sözleri işlətməklə və bir sıra jestlərlə öz fikirlərinizi qarşınızdakına çatdıra bilərsiniz, o sizi çətinliklə də olsa başa düşəcəkdir. İngilis dili öyrənmək ilk növbədə əzbərçilikdi, bu ingilis dilini digər fənnlərdən fərqləndirən xüsusiyyətdir, ikinci növbədə isə ingilis dilini mütemadi olaraq təkrarlamaqdır, və ən əsası ingilis dilini daim işlətməkdir.
Əgər siz ingilis dilini öyrənmək istəyirsinizsə günde ən azı 2 saat ingilis dilində danışmalısınız. Ola bilsinki, sizin həmsöhbətiniz yoxdur, bu baxımdan da onlinekurs.az saytında sizin üçün ingilis dili bölməsində bir sıra şərait yaradılmışdır.
İlk öncə bir şad xəbər deyimki siz əslində ingilis dilini heç də sıfırdan öyrənməyə başlamamısıniz. Beleki, sizin artıq bir şox söz ehtiyyatınız vardır. Məsəlen: video, computer, university, jeans, address, sport, sweater, firm, steak, cosmos, office, hotel, distance, cafe, coffee, airport, baggage, no-smoking və bunlar kimi bir çox sözləri artıq bilirsiniz. Bu sözlər bütün dillərə siraət etmiş və beynəlmiləl sözlərə çevrilmişdir.
İngilis dilində sözlər yazıldığı kimi tələffüz olunmur, burda bir çox qaydalar vardır və biz bu qaydaları öyrənəcəyik. Lakin, ingilis dilində bu qaydalara riayət etməyen sözlər də vardır, biz bunlara şərti olaraq müstəsna sözlər deyəcəyik. Bunun səbəbi isə odurki, müasir ingilis dilindəki sözlər bir sira başqa dillərdən, əsasən - latın, alman, fransız dillərindən qaynaqlanır və o dillərin tələffüz qaydalarını müəyyən mənada tam və ya müəyyən dəyişikliklərə uğrayaraq tələffüz edilir. Buna görə də qaydaları dəqiq öyrənməliyik, lakin müstəsna halların da çox olmağı bizi çaşdırmamalıdır. Müstəsna sözlər vardırki, bu qaydalara tabe deyildirlər. Bunu gələcək dərsləri keçdikcə öyrənəcəyik.