Microsoft Word proqramında faylın açılması

Bu dərsdə biz ofis proqramları içərisində ən vacib olan proqramlardan biri və hətta ən birincisi olan Microsoft Word ofis proqramında faylın açılması, faylın axtarışı və Microsoft Word şablonları mövzularını araşdıracağıq. Microsoft Word proqramında faylın açılması üçün "Office" düyməsini sıxırıq, açılan menyudan "Открыть" ( "Open" ) əmrini seçirik. Açılacaq pəncərədə faylın yerləşdiyi qovluqdan lazımı faylı seçib "Открыть" ( "Open" ) düyməsini sıxırıq, və ya sadəcə olaraq faylın üzərinə 2 dəfə klik edirik. Siz həmçinin eyni anda bir neçə Word faylı da aça bilərsiniz, bunun üçün açılacaq faylları seçib "Открыть" ( "Open" ) düyməsini sıxmaq kifayətdir.



Bütün ofis proqramları kimi Microsoft Word proqramında da daha əvvəllər açılmış faylı açmaq üçün isə "Office" menyusunun "Последние документы" ( "Recent documents" ) bölməsindən açmaq mümkündür. Daha əvəllər işlənilən faylı həmçinin "Пуск" ( "Start" ) düyməsindən word menyusunu seçirik. Bu zaman ən son işlənilən word fayllarının siyahısı əks olunur.

Worddə həmçinin müxtəlif formatlı faylları da açmaq mümkündür. Susmaya görə faylın açılması pəncərəsində yalnız word faylları əks olunur. Başqa formatlı faylları açmaq üçün açılacaq faylların tipini əks etdirən düyməni sıxırıq, və oradan lazımı formatlı faylları və ya "Все файлы" ( "All files" ) rejimini seçirik. Bu Microsoft Office paketinə daxil olan digər ofis proqramları üçün də keçərlidir.

Beləliklə, Worddə digər ofis proqramları vasitəsilə yaradılan fayllarla yanaşı həmçinin, txt, rtf və ya digər formatlı faylları açmaq da mümkündür. Txt formatlı faylları seçərkən sənədin emal olunması zamanı sənədin kodirovkasının seçilməsi üçün sorğu pəncərəsi də açıla bilər.

Ofis proqramları içərisində Word 2003, Word 2002 və ya Word 2000 də yaradılan faylları Word 2007 də açarkən avtomatik olaraq "Совместимость" rejimi işə düşür və Microsoft Word pəncərəsinin başlıq hissəsində isə "Режим ограниченной функциональности" yazısı qeyd olunur. "Совместимость" rejiminin qoşulması Word 2007 –nin yeni və genişlənmiş imkanlarının istifadə edilməməsinə zəmanət verir və bununla da Word ofis proqramının daha əvvəlki versiyaları ilə işləyən istifadəçilər sənədin istənilən hissəsini redaktə edə bilərlər. Onu da qeyd edim ki, "Совместимость" rejimində Word 97-2003 versiyalarında sənədi açmaq, yadda saxlamaq və redaktə etmək mümkün olsada Word 2007 –nin yeni imkanlarından istifadə etmək mümkün olmayacaqdır.

Microsoft Word şablonları

Ofis proqramları

Microsoft Word proqramında faylın axtarışı

Microsoftun ofis proqramları üçün xarakterik olaraq faylı tez tapmaq üçün faylın açılması pəncərəsinin aşağı hissəsində axtarış sahəsi vardır, Microsoft Word proqramında faylın axtarışı sahəsinə axtarılan faylın adını və ya adının bir hissəsini daxil edib axtarış verdikdə o zaman axtarış sahəsinə daxil edilən mətnə uyğun gələn faylların siyahısı əks olunacaqdır. Buradan lazımı faylı seçə bilərik.

Microsoft Word şablonları

Yeni sənəd Word ofis proqramını işə salarkən avtomatik özü yaranır. Yeni boş sənəd və ya müəyyən Microsoft Word şablonları əsasında yığılan sənədi iş prossesi zamanı yaratmaq mümkündür. Bunun üçün "Office" düyməsini sıxırıq və "Создать" ( "New" ) əmrini seçirik. Yeni boş sənədin yaradılması üçün "Шаблоны" bölməsindən "Пустые и последние" qrupunu seçirik və "Новый документ" üzərində iki dəfə klik edirik.

Microsoft Word şablonları əsasında sənəd yaratmaq üçün isə "Установленные шаблоны" bölməsini seçirik və oradan bizə uyğun olan şablonun üzərinə iki dəfə sıxırıq.

Əgər internetə qoşulmusunuzsa o zaman "Microsoft Office Online" bölməsindən istədiyiniz Microsoft Word şablonunu seçərək yükləyə bilərsiniz. Bunun üçün lazım olan Microsoft Word şablonları seçilir və "Загрузить" ( "Dowload" ) düyməsi sıxılır.

Beləliklə, bu dərsimizdə biz Microsoft Word ofis proqramında faylın açılmasını, Microsoft Word proqramında faylın axtarışı və həmçinin Microsoft Word şablonları ilə işləməyi öyrəndik.


Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var.
Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.