Güllər ingilis dilində
Bu dərsdə güllər ingilis dilində mövzusuna dair yeni sözlər öyrənəcəyik.
İngilis dilində gül adları
Bu dərsdə ingilis dilində gül adlarından danışacağıq. Bu günkü öyrənəcəyimiz ingilis dili sözləri, təbiətin ən diqqətəlayiq əsərlərindən birinə - çiçəklərə həsr edilmişdir. Ən çox istifadə olunan və populyar olan gül adlarını ingilis dilində sizə təqdim etmək üçün bu dərsdə cəmlədik. Bu güllərə ev gülləri, yabanı çiçəklər və ekzotik güllər də daxildir.
Birincisi, güllərə İngiltərənin milli simvollarında rast gəlinir: "rose" (qızılgül) - İngiltərənin simvoludur, "thistle" (qanqal) - Şotlandiyanın simvolu, "shamrock" (üçyarpaq) - Şimali İrlandiyanın simvolu və "daffodil" (nərgiz) Galler'in bir simgesidir.
İkincisi, bir çox qadın adları olaraq istifadə olunur: Lily, Iris, Rose, Jasmine, Sage, Heather, Violet, Poppy, Daisy, Myrtle və s. çox sayda gül adları ingilis dilində qadın adları kimi də istifadə edilir.
Üçüncüsü, ingilis dilində gül rənglərini təkrarlayan bir çox rəng çalarlarının adı ingilis dilində gül adları ilə verilmişdir: "carnation" - tünd çəhrayı və ya qırmızı "lavender" - açıq bənövşəyi "periwinkle" - bənövşəyiyə çalan solğun mavi rəng "primrose" - açıq sarı (limon rəngi) "violet" - bənövşəyi "fuchsia" - bənövşəyiyə çalan parlaq çəhrayı rəng
Başlamazdan əvvəl, gül və çiçəklərlə birbaşa əlaqəli olan ümumi anlayışları nəzərdən keçirək, daha sonra isə ingilis dilində gül adları ilə tanış olaq: "Flower (-s) " - gül (-lər) "Pot flower " - ev gülü (dibçək gülü) "Bouquet " - buket "Plant " - əkmək (fel kimi) "Hearten " - gübrələmək "Water " - sulamaq (fel kimi)
Demək olar ki, qeyd etdiyimiz bütün bayramlarımız gül buketləri ilə müşayiət olunur: ad günləri, 8 Mart, yeni il, toy və s. Hisslərimizi və ya duyğularımızı ifadə etmək üçün bir - birimizə gül veririk. Qərbdə gülçülük populyarlıqda daha da irəlidədir və kiməsə bir buket sifariş etmək və ya ən sevdiyiniz gül haqqında ingilis dilində nəsə yazmaq və ya ifadə etmək istəyirsinizsə, gül adları ingilis dilində necə adlandırıldığını bilməlisiniz. ingilis dilində çiçəklərin adları leksik mövzusunu bilmək, söz ehtiyatınızı artırmağa və yeni və gözəl sözlərlə şaxələndirməyə kömək edəcək. Ümumiyyətlə ingilis dilində çiçəklərin adlarını öyrənmək çox zövqlüdür və eyni zamanda yadda qalan və çox asan tələffüz olunandır.
İngilis dilində gül adlarının bir çoxu 2 və daha çox sözün birləşməsi ilə yaranır, yəni mürəkkəb sözlərdir: "Dandelion" - zəncirotu (Bu ad ingilis dilinə fransız dilindən gəldi - dent-de-lion (aslanın dişi), bu bitkinin ləçəklərinin kəskin forması səbəbindən bu cür adlandırılmışdır.) "Snowdrop" - novruzgülü (Bu erkən sehrli çiçəklər bizə qar damlalarını xatırladır və iki ingilis sözündən "snow" (qar) və "drop" (damla) sözlərindən əmələ gəlmişdir.) "Sunflower" - günəbaxan (ingilis dilində bu gülün adı da mürəkkəb söz olub, "sun" (günəş) və "flower" (gül) sözlərinin birləşməsindən əmələ gəlmişdir.)
Bu dərsimizdə biz ingilis dilində gül adlarının yazılışını və tələffüzünü öyrənəcəyik. Lakin, ingiliscə çiçəklərin adları ilə yanaşı flora sahəsinə aid digər sözləri də bilməlisiniz. Bunun üçün bizim digər Bitkilər ingiliscə adlı məqaləmizdən də istifadə edərək bitkilər mövzusunda olan ingiliscə sözləri də öyrənə bilərsiniz.
İngilis dilində çiçəklərin adlarını tez - tez işlədilən və eyni zamanda demək olar ki, bütün insanlara məlum olan və İngilis dilinə "Garden flowers" (bağ gülləri) kimi tərcümə olunan bağ çiçəkləri ilə öyrənməyə başlamaq daha yaxşıdır. Ardından isə adı öyrənilməli olan növbəti güllər "Wildflowers" (yabanı güllər) kateqoriyasıdır. Bunlar özbaşına meşələrdə, çöllərdə, tarlalarda böyüyən çiçəklərdir. Güllərin ingilis dilində öyrənməli olduğumuz növbəti kateqoriyası ev və ya otaq gülləridir. Bunlar evdə yetişdirilən çiçəklərdir. İngilis dilində onlar "Pot flowers" (dibçək gülləri) və ya "Houseplants" (ev gülləri) kimi tərcümə olunur.
Güllərə aid ingilis dilində deyim və atalar sözləri
İngilis dilində gül adları ilə bağlı olan bir çox atalar sözləri və frazeoloji birləşmələr var:
"As welcome as flowers in May " - Çoxdan gözlənilən hadisə və ya xəbər.
"Flowery." - Bəzədilmiş (Kiminsə nitqi və ya yazısı lazımsız ifadələr və mənasız sözlərlə dolu olanda istifadə olunur.)
"Fresh as a daisy." - Qızçiçəyi kimi təzə (insanın güclü, enerjili və şən formada olması haqqında deyim)
"Gild the lily." - Zanbağı qızıllamaq.(bəzəmək, zərləmək) (Boş yerə, lazımsız bir şey etmək. Onsuz da yaxşı işləyən bir şeyi yaxşılaşdırmağa çalışarkən faydasız bir iş görülərkən bu ifadədən istifadə edirlər.)
"Have roses in one’s cheeks." - Birinin yanaqlarında qızılgül olması. (Bu ifadəni, sağlam, çəhrayı yanaqlı bir insan haqqında deyirlər.)
"In the flower of life." - Həyatın çiçəklərində. (Bir insanın cavan yaşı və ya sağlam səhhəti olan dövrü ifadə etmək istənildiyi zaman istifadə edilir.)
"Path strewn with roses." - Güllərlə dolu cığır. (Bu ifadə həyatda hər şeyin asanlıqla ərsəyə gəldiyi bir insan haqqında danışarkən istifadə olunur. Və yaxud onun əksi kimi "A path not strewn with roses." - Keşməkeşli həyat.)
"Shrinking violet." - Büzülmüş bənövşə. (Utancaq insan. Bu ifadə qəsdən başqalarından qaçan özünə güvəni olmayan və utancaq bir insana deyilir.)
"Wallflower " - Divar gülü. (Rəqs etməyə utanan insan. Bu ifadə adətən bir kluba və ya məclisə gələn, amma bütün axşam rəqs meydançasına çıxmağa ürək etməyən və sadəcə divarın yanında və ya uzaqda dayanmaqla vaxt keçirənlər barəsində deyirlər.)
"Under the rose." - Qızılgülün altında. (Azərbaycanca analoqu - Aramızda qalsın. Gizli söz, iki insanın arasında qalmaq şərti ilə edilən söhbət. (İfadə, gülün sükut simvolu hesab edilən Qədim Romanın dövrlərindən gəlir.))
Ümid edirik ki, siz nəinki ingilis dilində gül adları öyrənmiş oldunuz, həm də bu məqalədə özünüz üçün bir çox faydalı məlumat əldə etdiniz!
İngiliscə gül adlarının yazılış və tələffüzü.
|
[ ˈflaʊə(r) ] | Gül, çiçək |
|
[ ˈbluː.bel ] | Zəngçiçəyi |
|
[ ˈkaməˌmēl ] | Çobanyastığı |
|
[ ˈdæf.ə.dɪl ] | Nərgiz |
|
[ ˈdeɪ.zi ] | Qızçiçəyi |
|
[ ˌɡlæd.iˈəʊ.ləs ] | Qarğasoğanı |
|
[ ˈlɪl.i ] | Zanbaq |
|
[ mæɡˈnəʊ.li.ə ] | Maqnoliya |
|
[ ˈɔː.kɪd ] | Səhləb |
|
[ ˈpɒp.i ] | Lalə |
|
[ rəʊz ] | Qızılgül |
|
[ ˈsnəʊ.drɒp ] | Novruzgülü |
|
[ ˈsʌnˌflaʊər ] | Günəbaxan |
|
[ ˈtjuː.lɪp ] | Lalə |
|
[ ˈvaɪə.lət ] | Bənövşə |
Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var. Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.