İngilis dili məktəbdə
Bu dərsdə İngilis dili məktəbdə mövzusuna dair yeni sözlər öyrənəcəyik.
Amerika məktəbləri ilə Britaniya məktəbləri arasındakı fərq
Həyatda uğurlu olmağa nail olmuş insanlar, səbəbsiz yerə deməyiblər ki, ən gəlirli və etibarlı investisiyalar bank depozitlərinə və daşınmaz əmlaka deyil, gələcəyə qoyulmalı olduğunu iddia edirlər. Hər şeydən əvvəl, bu özünüzün və uşaqlarınızın sağlamlıq və təhsilidir. Azərbaycanlılar arasında xaricdə orta təhsil almaq üçün ən populyar ölkələr İngiltərə və ABŞ -dır. Düzdür qonşu olan ölkələrə də üz tutanlar az deyil. Lakin, hamıya məlumdur ki, övladına ciddi təhsil vermək istəyən valideynlər qarşısında 2 seçim olur - Amerika məktəbləri ilə Britaniya məktəbləri arasındakı seçim. Əlbəttə, uşaqları üçün Amerika və Britaniyada məktəb seçərkən hər bir ailə belə bir sual verir - Amerika məktəbləri ilə Britaniya məktəbləri arasındakı fərq nədir? Bir az təhlil aparaq və bu təhsil sistemlərinin hər birini araşdıraq.
Amerika orta məktəbi Britaniya məktəblərindən daha demokratik və daha yumşaqdır. Amerika məktəbində müəllimlər və şagirdlər Britaniya məktəbindəki müəllimlər və şagirdlərdən daha yaxındırlar. Amerikan məktəblərində uşaq, ilk növbədə müstəqil qərar qəbul etməyi və təşəbbüskarlığın təzahürünü inkişaf etdirməyi nəzərdə tutan tədris proqramı sayəsində daha məsuliyyətli və müstəqil olur. Tamaşaçı qarşısında danışmağı, öz fikirlərini müdafiə etməyi öyrədən, sözdə debat və natiqlik klubları yaradılır. Bu klubların əsas mahiyyəti sosiallaşmaq, kütlə arasında sərbəst olmaq, utanclıq və s. fobiyalardan qurtulmaq üçün uşaqlara kömək etmək və onları düzgün və səviyyəli tərbiyə verməkdir.
Amerika və Azərbaycan məktəbləri arasındakı fərq
Amerikan məktəblərinin bizim məktəblərdən fərqləndirən ən başlıca xüsusiyyət ondan ibarətdir ki, Azərbaycan da hətta 10 və 11-ci sinif şagirdlərinə hələ də uşaq gözünnən baxırlar, onların hər bir xırda məsələ və problemlərini özləri ilə deyil, valideynləri ilə həll edirlər. Bu isə Amerikan təhsil sistemi üçün yolverilməz bir haldır, beləki, Amerika məktəblərində oxuyan şagirdlərin hər biri şəxsiyyət kimi yetişdirilməli və öz problemlərini özləri həll etməyi məhz məktəbdə öyrənməlidirlər. Yəni Amerikan məktəblərinin ən gözəl özəlliklərindən biri şagirdlərə yalnız riyaziyyat, fizika, tarix və s. fənnləri tədris etmək deyil, gələcək həyata hazırlamaq və yetişdirməkdir.
Azərbaycanlı şagirdin harada yaşadığı, necə oxuduğu və nədən zövq aldığı önəmli deyil. Haqqında bir şey dəqiq bilinir: altıncı sinifdə o, Azərbaycan tarixi fənnindən İbtidai icma quruluşunu öyrənəcək. Köhnə və vahid standartlar mövcuddur, mövzular və ədəbi əsərlər təkcə dərslərə deyil, həm də akademik saatlara da möhkəm bağlıdır. Amerikada vahid təhsil planı yoxdur. Müəyyən bir baza var, hətta dövlət idarəsi tərəfindən hazırlanmış az - çox ümumi bir strategiya var. Ancaq müəllim hər hansı bir dərslik seçməkdə, metodlarla təcrübə aparmaqda sərbəstdir və hətta İbtidai icma quruluşunu tədris edərkən 6-cı sinif Azərbaycan tarixi dərsliyindən imtina edə bilər. Azərbaycanda uşaqlar eyni proqram üzrə təhsil alırlar və üzvi kimya ilə nə qədər yaxın olsalar da olmasalar da, və yaxud onu dərk etsələr də etməslər də, proqramda varsa, öyrənməlidirlər. Eyni zamanda, Azərbaycanlı müəllim Məmmədi heç olmasa üç qiymətinə çatdırmağı şəxsi problem və şərəf məsələsi olduğunu düşünür. Ştatlarda "lazım gələrsə, Məmməd bunu özü öyrənəcək" prinsipi işləyir. Orada heç kim heç kimi nəisə öyrənməkdə sıxmır və ya məcbur etmir. Üçüncü sinifdən başlayaraq amerikalı şagirdlər dövlət testləri verirlər. Müəllim Məmmədin üstün qabiliyyətlər nümayiş etdirdiyini görsə, əlavə bir imtahana göndəriləcək və imtahandan keçdikdən sonra istedadlı uşaqlar üçün "Gift and talented" proqramı çərçivəsində əlavə təhsil almaq imkanı əldə edəcək. Bundan əlavə, ABŞ -da fərqli təhsil səviyyələri var və orta məktəbdən başlayaraq hər bir şagird ən çox bəyəndiyi elmlərdən kurs seçir. Bir şagirdin bütün il ancaq bədən tərbiyəsi dərsinə və ya başqa dərsə getməsinin qarşısının alınması üçün isə bir sıra tələblər vardır: müəyyən fənlər qrupundan, yəni elmli fənnlərdən, dillərdən, incəsənətdən və s. qruplardan olan fənlərə müəyyən edilmiş dərs saatı mimumlarını şagird yerinə yetirməlidir.
Hər il sentyabrın 15 -də Azərbaycan uşaqlarını bir xətt üstündə dayanıb kiminsə ağ bantikləri və yekə gül buketlərinin arxasında itib batdığını görmək olar. Direktor mikrofonla çıxış edir, valideynlər gözyaşlarını gizlincə silirlər. Hər şey olduqca həyəcanlı və təntənəli görünür. Amerikalı şagirdlər Bilik Günü kimi bir bayram bilmirlər. Bəziləri üçün dərslər avqustda, digərləri üçün sentyabrın əvvəlində başlayır. Məktəbə isə onlar yekə bantik və gül buketi olmadan belə, hətta Hörümçək Adam geyimində də gələ bilərlər.
Məktəb mövzusunda ingilis dilində deyim və atalar sözləri
"A little knowledge is a dangerous thing." - Az bilik təhlükəli bir şeydir.
"Knowledge has bitter roots but sweet fruits." - Elmin acı kökləri var, amma şirin meyvələri var.
"Knowledge in youth is wisdom in age." - Gənclikdə bilik, yaşlaşdıqda müdriklikdir.
"A wise man changes his mind, a fool never will." - Ağıllı adam fikrini dəyişər, axmaq heç vaxt dəyişməz.
"Adversity is a great schoolmaster." - Çətinlik əla müəllimdir.
"Easy to forget what you do not know." - Bilmədiyini unutmaq asandır.
"Example teaches more than precept." - Nümunə təlimatdan daha çox şey öyrədir.
"It’s never too late to learn." - Öyrənmək heç vaxt gec deyil.
"Live and learn." - Yaşa və öyrən.
"Knowledge is power." - Bilik gücdür. (Azərbaycanca analoqu: - Qüvvət elmdədir, başqa cür heç kəs heç kəsə üstünlük eyləyə bilməz.)
"Learning makes a good man better and a bad man worse." - Öyrənmək yaxşı adamı daha yaxşı, pis adamı isə pisləşdirər.
"The knowledge of the disease is half the cure." - Xəstəlik haqqında məlumat, müalicənin yarısıdır.
"The lesson — the best wealth." - Dərs - ən yaxşı sərvətdir.)
"The love of money and the love of learning rarely meet." - Pul sevgisi ilə öyrənmə eşqi nadir hallarda rastlaşır.
"Better wise than wealthy." - Varlı olmaqdansa ağıllı olmaq yaxşıdır.)
"Speech is silver but silence is gold." - Danışıq gümüş, susmaq isə qızıldır.
İngiliscə məktəb ləvazimatları adlarının yazılış və tələffüzü.
|
[ skuːl ] | Məktəb |
|
[ ˌedʒuˈkeɪʃn ] | Təhsil |
|
[ ˈpjuːpl ] | Şagird |
|
[ ˌhedˈmɑː.stər ] | Direktor |
|
[ ˈbækpæk ] | Çanta |
|
[ ˈblæk.bɔːd ] | Yazı taxtası |
|
[ tʃɔːk ] | Təbaşir |
|
[ bel ] | Zəng |
|
[ ɪˈreɪ.zər ] | Pozan |
|
[ pen ] | Qələm |
|
[ ˈpensl ] | Karandaş |
|
[ ˈʃɑː.pən.ər ] | Qələm yonan |
|
[ ˈpensl keɪs ] | Qələm qabı |
|
[ ˈruːlə(r) ] | Xətkeş |
|
[ prəˈtræk.tər ] | Transportir |
|
[ ɡləʊb ] | Qlobus |
|
[ mæp ] | Xəritə |
|
[ ˈtaɪmteɪbl ] | Cədvəl |
|
[ ˈeksəsaɪz bʊk ] | Dəftər |
|
[ ˈtekst.bʊk ] | Dərslik |
|
[ baɪˈɒlədʒi ] | Biologiya |
|
[ ˈkemɪstri ] | Kimya |
|
[ dʒiˈɒɡrəfi ] | Coğrafiya |
|
[ ˈhɪstri ] | Tarix |
|
[ ˌmæθəˈmætɪks ] | Riyaziyyat |
|
[ ˈfɪzɪks ] | Fizika |
Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var. Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.