İngilis dilində yeni sözlər
Bu dərsdə ev mövzusuna dair ingilis dilində yeni sözlər öyrənəcəyik.
İngilis dilində ev mövzusu
"My house is my castle". Çoxu üçün ev dəmir - beton və ya kərpic konstruksiyalar deyil, hər axşam evə qayıdışını gözləyən insanlardır. Düşünürük ki, ingilis dilində ev mövzusu söz ehtiyatlarının artırılması üçün faydalı olacaq. Ayrıca, ingilis dilində ev mövzusu üzrə lüğət ehtiyatlarının doldurulması, məsələn, səyahət zamanı oteldə olarkən, otel otağı haqqında istəklərinizi qəbulda idarəçiyə izah etmək istəyən səyahət həvəskarları üçün də faydalı olacaq.
Home və house arasında fərq nədir?
Hər bir insanın öz evi var: kiminsə üçün ev indi, hal-hazırda yaşadığı yer, kiminsə üçün ailəsinin yaşadığı yer, kiminsə üçünsə öz doğma vətənidir. İngilis dilində "home" və "house" olmaqla iki söz vardır. Hər ikisi ev kimi tərcümə olunur. O zaman Home və house arasında fərq nədir? Gəlin bu sözlərin hansını hansı hallarda istifadə edildiyini öyrənək. "House" dedikdə biz insanların yaşadıqları bina növlərindən bəhs edirik. Tipik olaraq, bu tip ev birdən çox mərtəbəyə malik ola bilər və tək bir ailə üçün nəzərdə tutulmuşdur. "Home" dedikdə isə hər hansı bir yerə duyğusal bağlılıqdan danışanda bu sözü işlədirik. İstənilən bir yer ola bilər: böyüdüyünüz yer, yaşadığınız ev, və ya mənzil və ya hətta bütün bir ölkəyə də bu cür ithaf edilə bilər. Beləliklə "Home" hər hansı bir yer ola bilər, bu söz emosiya, sevgi, ailə, rahatlıq və istilik deməkdir. Məsələn, bir adam işləmək və ya oxumaq üçün başqa bir şəhərə köçmüşdür, ola bilsin orada kirayə qalır, və ya qohumları gildə qalır, ola bilsin orada ev də alıb və orada yaşayır, amma yenə də ailəsinin qaldığı yeri "Home" adlandıracaqdır. Son olaraq home və house arasındakı fərqi elə ingilislərin öz deyimi ilə aydınlaşdıraq - "A house is made of bricks and beams. A home is made of hopes and dreams." Yəni, - "house" - kərpic və dirəklərdən hazırlanır. "Home" isə ümid və arzulardan hazırlanır.
Flat və apartment arasında fərq nədir?
İngilis dilində eyni zamanda "flat" və "apartment" sözləri də vardır. Bunlarda ev mənasını bildirir. Daha doğrusu Azərbaycan dilində biz bunlara mənzil deyirik. O zaman flat və apartment arasında fərq nədir? "House" ayrıca yalnız bir ailənin yaşadığı 1 və ya daha çox mərtəbəli evlərdir. "Flat" və "apartment" isə bir binada yerləşən çox sayda olan mənzillərdə ayrı-ayrı ailələrin yaşadıqları bina evlərdir.
Beləliklə həm "flat" həm də "apartment" sözləri mənzil mənasında işlədilir. Fərqləri isə ondan ibarətdir ki, "flat" britan ingilis dilində işlədilir. Bu şotland sözündən götürülmüş bir evin və ya binanın mərtəbəsi deməkdir. "Apartment" isə amerikanların işlətdiyi alternativ sözdür. Bu söz fransız dilindən alınıb - fərdi istifadə üçün verilən otaq anlamını bildirir. Amerikanlar ümumiyyətlə "flat" sözündən istifadə etmirlər. Eyni zamanda "apartment" sözü hər hansı bir vacib insanın, tutaq ki, prezident, nazir, və ya kralın qaldığı mənzilllərə deyilə bilər. "Apartment" dedikdə hər hansı bir çoxmənzilli binada olan geniş, çoxotaqlı, VİP mənzillər də nəzərdə tutula bilər.
İngilis dilində ev mövzusu ilə yanaşı siz həmçinin ingilis dilinə mebel mövzusuna aid digər sözləri də bilməlisiniz. Bunun üçün bizim saytda olan digər məqalələrimizdən də istifadə edə bilərsiniz. Eyni zamanda Mətbəx mövzusuna dair ingiliscə sözləri də bilməyiniz yaxşı olardı. Bu dərslərin hər biri sizin söz ehtiyatınızı artıraraq, ingilis dilində ev mövzusuna aid lüğət bilginizi zənginləşdirmiş olacaqdır.
İngilis dilində siz həmçinin "country house" sözünə də rast gələ bilərsiniz. Buna biz Azərbaycan dilində kənd evi və ya bağ evi deyirik.
Ev mövzusunda ingilis dilində deyim və atalar sözləri
"East or west – home is the best." - Şərq və ya qərb - ev ən yaxşısıdır. (Azərbaycanca analoqu: - Gəzməyə gərib ölkə, ölməyə vətən yaxşı.(Bir sözü konkret olaraq deməmək, ətrafında fırlanmaq mənasında. Bu ifadə, bir adam bir şey konkret demədikdə, işarə ilə danışaraq, bəzi məlumatları çatdırmağa çalışarkən istifadə olunur.))
"Home, sweet home" - Ev, şirin ev.
"There’s no place like home." - Ev kimisi yoxdur.
"Dry bread at home is better than roast meat abroad." - Evdə quru çörək xaricdə qovrulmuş ətdən daha yaxşıdır.
İngiliscə ev mövzusundakı sözlərin yazılış və tələffüzü.
|
[ haʊs ] | Ev |
|
[ əˈpɑːrtmənt ] | Mənzil |
|
[ ˈskaɪˌskreɪ.pər ] | Göydələn |
|
[ ˈɡɑːdn ] | Bağ |
|
[ ɡeɪt ] | Darvaza |
|
[ wɔːl ] | Divar |
|
[ fens ] | Çəpər |
|
[ wel ] | Su quyusu |
|
[ ˈbʌk.ɪt ] | Vedrə |
|
[ ˈkləʊðz.laɪn ] | Zivə |
|
[ ˈskeə.krəʊ ] | Müqəvva |
|
[ ˈbeɪs.mənt ] | Zirzəmi |
|
[ ruːf ] | Dam |
|
[ ˈtʃɪm.ni ] | Baca |
|
[ dɔː(r) ] | Qapı |
|
[ frʌnt dɔː(r) ] | Giriş qapısı |
|
[ dɔː(r) ˈhændl ] | Qapı dəstəyi |
|
[ kiː ] | Açar |
|
[ ˈkiː.həʊl ] | Açar deşiyi |
|
[ ˈwɪndəʊ ] | Pəncərə |
|
[ steərz ] | Pilləkən |
|
[ flɔː(r) ] | Döşəmə |
|
[ ˈsiːlɪŋ ] | Tavan |
|
[ ˈwɔːlˌpeɪ.pər ] | Divar kağızı |
|
[ ˈbɑːθruːm ] | Hamam otağı |
|
[ ˈʃaʊə(r) ] | Duş |
|
[ tʌb ] | Vanna |
|
[ taʊəl ] | Dəsmal |
|
[ ˈwɒʃɪŋ məˈʃiːn ] | Paltaryuyan maşın |
|
[ mæt ] | Ayaqaltı |
|
[ ˈbedruːm ] | Yataq otağı |
|
[ læmp ] | Lampa |
|
[ ˈmæt.rəs ] | Döşək |
|
[ ˈblæŋ.kɪt ] | Yorğan |
|
[ ˈpɪl.əʊ ] | Yastıq |
|
[ ˈpɪl.əʊkeɪs ] | Balışüzü |
|
[ ˈhiː.tər ] | Qızdırıcı |
|
[ ˈaɪən ] | Ütü |
|
[ ˈsəʊɪŋ məˈʃiːn ] | Tikiş maşını |
|
[ ˈhuː.vər ] | Tozsoran |
|
[ ˈlɪvɪŋ ruːm ] | Qonaq otağı |
|
[ rʌɡ ] | Xalça |
|
[ kaʊtʃ ] | Divan |
|
[ ˌʃæn.dəˈlɪər ] | Çıl-çıraq |
|
[ ˌtiː ˈviː ] | Televizor |
|
[ laɪt swɪtʃ ] | Elektrik açarı |
|
[ ˈsɒk.ɪt ] | Taxıclıq |
|
[ plʌɡ ] | Taxıc |
|
[ ˈfaɪə.pleɪs ] | Buxarı |
|
[ ˈkɜːtn ] | Pərdə |
|
[ ˈteɪ.bl̩.klɒθ ] | Süfrə |
|
[ bruːm ] | Süpürgə |
Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var. Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.