İngilis dilində mətbəx mövzusu
Bu dərsdə ingilis dilində mətbəx mövzusuna dair yeni sözlər öyrənəcəyik.
Mətbəxdə ingilis dili
Bu dərsimizdə ingilis dilində mətbəx əşyaları mövzusunda yeni sözlər öyrənəcəyik. İngiliscə mətbəx əşyaları mövzusu ilə yanaşı ev əşyaları və həmçinin ingilis dilində mebel mövzularını da öyrənsəniz oxşar tematikaya aid söz bazanızı xeyli genişləndirmiş olarsınız.
Mətbəx - yemək bişirməyi sevsən də, sevməsən də insan həyatının ayrılmaz hissəsidir. Bu səbəbdən ingilis dilində mətbəx mövzusu çox aktualdır. Bu dərsdə məhz mətbəxdə ingilis dili mövzusu ilə tanış olacağıq. İngilis dilində mətbəx əşyaları və avadanlıqlarının necə adlandırıldığını öyrənəcəyik.
Mətbəx ingilislərin gündəlik həyatında mühüm yer tutur. İngilislərin mətbəx anlayışları sadəcə yemək bişirilən yer kimi məhdudlaşmır. İngilislərin mətbəxində yalnız soba, çanaq və ya soyuducu deyil, eyni zamanda paltaryuyan maşın, divan, masa və televizor da görə bilərsiniz. Çünki, ingilislər mətbəxdə nəinki yemək bişirir, eyni zamanda yemək yeyir, istirahət edir və hətta televizora da baxa bilərlər. Əlbəttə deyə bilərsiniz ki, biz də mətbəxdə bu cür vaxt keçiririk və bizim mətbəxlərdə də paltaryuyan, televizor və divan da vardır. Qeyd edim ki, biz bu tendensiyanı məhz qərbdən götürmüşük. Hərhalda 90-cı illərdə və hətta indi də sovet dönəmindən qalan və mətbəxinin sahəsi cəmi 5-8 kv.m. olan mənzillərimiz bizim əvvəllər mətbəxdən yalnız təyinatı üzrə istifadə etdiyimizin göstəricisidir. Lakin, ingilislər evdə olarkən vaxtlarının əsas hissəsi məhz mətbəxdə keçir.
Şübhəsiz ki, yeni yeməklər bişirib dadmağı sevməyənlər azdır. Bir çox insanlar fərqli reseptlər sınamaq istədikləri üçün rasiyonlarına müxtəliflik əlavə etməyi üstünlük verirlər. Bəs lazım olan resept ingilis dilində yazılsa necə olacaq? Bunun üçün ingilis dilində reseptlərin xüsusiyyətlərini bilməlisiniz. İngilis reseptində ortaya çıxa biləcək əsas çətinlik, reseptdə istifadə olunan söz ehtiyatıdır. Adətən müəyyən bir addımların ardıcıllığına əməl etməlisiniz. Tərəvəz və ya meyvələrlə işləsəniz bu onların qabıqlarının soyulması - "peel" ola bilər. Demək olar ki, hər hansı bir yeməyi hazırlamaq üçün bir şey kəsmək və ya dilimləmək - "slice" lazım gəlir, və ya nəisə rəndədən keçirmək - "grate" lazım gəlir. Beləliklə ərzaqların bişirmək üçün ilkin hazırlığımızı tamamladıq. Sonra onların üzərinə bir şey tökə "pour" bilərik, daha sonra ərzaqlarımızı bir-biri ilə qarışdıra - "mix" bilərik, yumurtaları çırpa - "whisk" və ya xəmiri yaya - "roll" bilərik. Bütün bunları yerinə yetirdikdən sonra nəhayət, yeməyimizi bişiririk. Ola bilsin qaynatmalı - "boil" olarıq, lakin, arada bir qarışdırmağı - "stir" unutmayın. Eyni zamanda siz qızarda da - "fry" bilərsiniz, və ya sobada ət qızarda - "roast" hətta manqalda və ya qrilldə də qızarda - "grill" bilərsiniz. İngiliscə olan reseptdəki yeməyi hazırlayarkən bu hərəkətlərdən hər hansı biri edilməlidir. Bu səbəbdən, bu fellərin də sizə müəyyən xeyri toxunacağını düşünərək, onları da bu dərsdə qeyd etməyi vacib bildim.
Mətbəx mövzusunda ingilis dilində idiomlar
"To grill someone." - Birini qızartmaq (manqalda, qrildə). (Kimisə sorğu-suala tutmaq)
"Be in a stew." - Pörtdəmək (Azərbaycanca analoqu: "Canına qorxu düşmək.")
"Cut and dried." - Kəsilib və qurudulub. ("Qəti qərar verildi.")
"Flash in the pan." - Tava içərisində flaş (Fiasko, uğursuzluq, tərslik)
"Cook someone’s goose." - Birinin qazını bişirmək.(Kiminsə planlarını dağıtmaq.)
"To stir the pot." - Qazanı qarışdırmaq (Təhrikçilik etmək, ara qarışdırmaq, yanan ocağa nöyüt tökmək Azərbaycanca analoqu: "Oda yağ tökmək.")
"To turn up the heat." - İstiliyi (dərəcəni) artırmaq. (Təzyiq göstərmək)
"To go out of the frying pan into the fire" - Tavadan odun içinə düşmək (Azərbaycanca analoqu: "Oddan çıxıb alova düşmək.")
İngiliscə mətbəx əşyalarının yazılış və tələffüzü.
|
[ ˈkɪtʃɪn ] | Mətbəx |
|
[ ˈʌvn ] | Soba |
|
[ stəʊv ] | Qaz plitəsi |
|
[ frɪdʒ ] | Soyuducu |
|
[ ˈfriː.zər ] | Dondurucu |
|
[ ˈmaɪ.krə.weɪv ˈʌvn ] | Mikrodalğalı soba |
|
[ ˈdɪʃˌwɒʃ.ər ] | Qabyuyan |
|
[ ˈtəʊ.stər ] | Toster |
|
[ ˈdʒuː.sər ] | Şirəçəkən |
|
[ ˈket.l̩ ] | Çaydan |
|
[ ˈæʃ.treɪ ] | Külqabı |
|
[ ˈbəʊl ] | Kasa |
|
[ kʌp ] | Fincan |
|
[ ˈnæp.kɪn ] | Salfet |
|
[ ɡlɑːs ] | Stəkan |
|
[ dʒʌɡ ] | Küpə |
|
[ fɔːk ] | Çəngəl |
|
[ naɪf ] | Bıçaq |
|
[ spuːn ] | Qaşıq |
|
[ ˈleɪ.dl̩ ] | Çömçə |
|
[ pæn ] | Tava |
|
[ pɒt ] | Qazan |
|
[ ˈsɔː.spən ] | Qazan |
|
[ mɪlk pɒt ] | Süd qabı |
|
[ ˈʃʊɡə(r) pɒt ] | Qənd qabı |
|
[ ˈtiː.pɒt ] | Dəm çayniki |
|
[ pleɪt ] | Boşqab |
|
[ ˈsɔː.sər ] | Nəlbəki |
|
[ sɔːlt ˈsel.ər ] | Duz qabı |
|
[ sɪv ] | Ələk |
|
[ sɪŋk ] | Çanaq |
|
[ treɪ ] | Podnos |
Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var. Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.