Mebel ingiliscə

Bu dərsdə ingilis dilində mebel mövzusuna dair yeni sözlər öyrənəcəyik.


Mebel ingilis dilində

İngilis dilində mebel adları

İngilis dilində söz ehtiyatımızı zənginləşdirməyə davam edirik, buna görə də bu dərsimizdə ingilis dilində interyer əşyaları və mebellər mövzusundan danışacağıq. Bu sözlər ingilis dilini öyrənmək istəyən yeni başlayanlar üçün, həm də daha qabaqcıl tələbələr üçün faydalı olacaq, çünki ingilis dilində mebel adları danışıq dilinin və hətta gündəlik ingilis dilinin ayrılmaz mövzusudur.

Mebel ingiliscə mövzusu ilə yanaşı siz həmçinin ingilis dilində ev əşyaları mövzusuna aid digər sözləri də bilməlisiniz. Bunun üçün bizim saytda olan digər məqalələrimizdən də istifadə edə bilərsiniz. Eyni zamanda Mətbəx mövzusuna dair ingiliscə sözləri də bilməyiniz yaxşı olardı. Bu dərslərin hər biri sizin söz ehtiyatınızı artıraraq, ingilis dilində ev mövzusuna aid lüğət bilginizi zənginləşdirmiş olacaqdır.

İngilis dilində mebel mövzusu, ingilis dili öyrənərkən mənimsənilməsi məcburi olan mövzulardan biridir. İngilis dilində mebel əşyalarının adlarını öyrənmək çətin deyil, çünki bu mövzu tələbələr tərəfindən çox maraqla qarşılanır, beləki, praktiki tapşırıqlarda yeni sözləri tətbiq etməklə öz otaqları və ya evləri haqqında məqalələr yazmaq və nitqlər söyləməkdən məmnun olurlar.

Yeni sözləri öyrənərkən yüksək səslə söyləməyi unutmayın. Həm görmə, həm də eşitmə yaddaşı nəticəsində öyrənilən yeni sözləri tez yadda saxlamağa mümkün olacaqdır.

İngilis dilində mebel adları

İngilis dilində mebel adları

İngilis dilində mebellərlə əlaqəli frazeoloji birləşmələr

Frazeoloji birləşmələrdə ən gözlənilməz ifadələrə rast gəlmək olar. Frazeoloji birləşmənin mənasını bilmirsinizsə, tərcümə qəribə və hətta gülməli ola bilər. Demək olar ki bizi əhatə edən istənilən bir əşya və ya mövzular bir sıra İngilis deyimlərinin bir tərkib hissəsidir. Bu gün mebel əşyalarının adlarının işləndiyi frazeoloji birləşmələrlə tanış olacağıq. Bu məqalədə, biz izahatlar və nümunələrlə, mebel əşyalarının adlarının yer aldığı idiomatik ifadələr və atalar sözlərini nəzərdən keçirəcəyik.

"To be part of the furniture." - Olduğu kimi tərcümədə: mebel əşyası olmaq, interyerin bir hissəsi olmaq. Frazeoloji birləşmə kimi: Bir insan uzun müddət eyni yerdə qalırsa və ya eyni təşkilatda, idarədə işləyirsə, sanki bu yerin bir hissəsinə - interyerinə çevrilir. Ətrafdakılar belə insanlara öyrəşir və artıq onların fərqinə varmırlar.
"Eldar has been working in our company for many years. He has become part of the furniture here."
"Eldar uzun illərdirki bizim şirkətdə işləyir. O, burada mebelin bir hissəsinə çevrilib."

"Skeleton in the cupboard." - Olduğu kimi tərcümədə: Şkafdakı skelet. Frazeoloji birləşmə kimi: yad adamlardan gizlədilən tərcümeyi-haldan bir sirr və ya fakt. (Amerikan ingiliscəsində "cupboard" əvəzinə "closet" işlədilir. )
"He certainly has a skeleton in the cupboard and we must find out what he keeps secret."
"Şübhəsiz ki, onun keçmişi ilə bağlı sirri var və biz nəyi gizli saxladığını öyrənməliyik."

"Сupboard love." - Olduğu kimi tərcümədə: Şkaf sevgisi. Frazeoloji birləşmə kimi: eqoist sevgi, hesablama ilə sevgi, kimsə (xüsusən də uşaqlar) sevgisinin müqabilində bir şey almaq istəyənlərin sevgisinin saxta olmasını bildirmək üçün istifadə edilən idiom.
"Do you really believe that she loves him? She only wants to get his money. It’s just cupboard love."
"Sən doğurdanda inanırsan ki, o, onu sevir?. O, sadəcə onun pulunu əldə etmək istəyir. Bu şkaf sevgisidir (saxta sevgidir). "

"To turn the tables." - Olduğu kimi tərcümədə: Masaları çevirmək. İdmanda istifadə edilən bir termindir - masaları dəyişmək, meydançanın hissəsini dəyişmək (oyunun 2-ci taymında), yerləri dəyişmək və s. mənalarda işlədilir. Frazeoloji birləşmə kimi: qisas almaq, rolları dəyişdirmək, düşmənlə yer dəyişdirmək, cavabını eyni qaydada vermək. "Tables are turned." ifadəsi də məhz bu ideomdan götürülüb, mənası - hər şey dəyişdi, vəziyyət əksinə (180 dərəcə) dəyişdi deməkdir.
"Now when the tables are turned we can claim our ancestral lands."
"İndi vəziyyət kəskin şəkildə dəyişdiyindən, biz ata-baba torpaqlarımıza iddia edə bilərik."

"Under the table." - Olduğu kimi tərcümədə: Masa altında. Frazeoloji birləşmə kimi: gizli, pərdə arxasında.
"The documents were signed under the table so nobody knew about them."
"Sənədlər masanın altında imzalanmışdı, buna görə də heç kimin onlardan xəbəri yox idi."

"To get round the table." - Olduğu kimi tərcümədə: Masanın ətrafında çevrə yaratmaq. Frazeoloji birləşmə kimi: danışıqlar masasına oturmaq, danışıqlara başlamaq.
"Azerbaijan is always ready to get round the table for the solution of the Karabakh problem."
"Azərbaycan hər zaman Qarabağ probleminin həlli üçün danışıqlar masasına oturmağa hazırdır."

"To be on the table." - Olduğu kimi tərcümədə: Masada olmaq. Frazeoloji birləşmə kimi: Bu ifadə hər hansı bir plan və ya layihə müzakirə edildikdə, nəzərdən keçirildikdə istifadə olunur.
"Your proposal is on the table. We will inform you about the decision of the committee."
"Təklifiniz masadadır (müzakirədədir). Komitənin qərarı barədə sizə məlumat verəcəyik."

"Take the chair." - Olduğu kimi tərcümədə: Stulu götürmək. Frazeoloji birləşmə kimi: rəhbər vəzifəni tutmaq, təşkilatın sədri, rəhbəri keçmək.
"After Mr. Kazımov retired Mr. Guliyev took the chair and started reforming the department."
"Cənab Kazımov təqaüdə getdikdən sonra, cənab Quliyev sədr oldu və şöbəni islah etməyə başladı."

"To keep somebody on the edge of their seat." - Olduğu kimi tərcümədə: Birini oturacağının kənarında saxlamaq. Frazeoloji birləşmə kimi: tamaşaçıları gərgin vəziyyətdə saxlamaq, həyəcanlandırmaq, gərgin intizarda saxlamaq. (Amerikan ingiliscəsində "seat" əvəzinə "chair" sözü işlədilir.)
"The movie was so gripping that it kept me on the edge of my seat until the last moment."
"Kino o qədər həyəcanlı idi ki, sona qədər gərgin idim."

"Armchair critic." - Olduğu kimi tərcümədə: Kreslo tənqidçisi. Frazeoloji birləşmə kimi: tənqid edən və məsləhət verən, lakin vəziyyəti yaxşılaşdırmaq üçün heç bir şey etməyən və problemlərin həllində praktiki təcrübəsi olmayan bir insan.
"This armchair critic is getting on my nerves. He doesn’t really know about the problem."
"Bu kreslo tənqidçisi mənim əsəblərimdə oynayır. O, problem haqqında heç bir şey bilmir."

"Armchair traveller." - Olduğu kimi tərcümədə: Kreslo səyahətçisi. Frazeoloji birləşmə kimi: kresloda oturan bir səyahətçi, heç bir yerə səyahət etməyən, başqa ölkələri yalnız internet və televiziyadan bilən, ancaq orada dəfələrlə olmuş kimi fərqli yerlərdən danışan bir adamdır.
"Mamed is armchair traveller. He is keen on giving advice about holiday destinations but he actually doesn’t even have a foreign passport."
"Mamed kreslo səyahətçisidir. O, tətilə hara getmıklə bağlı məsləhət verməyi sevir, amma əslində özünün heç xarici pasportu da yoxdur."

"To fall off one's chair." - Olduğu kimi tərcümədə: Kreslodan yıxılmaq. Frazeoloji birləşmə kimi: çox təəccüblənmək, təəccübdən stuldan yıxılmaq.
"The decision of court was so surprising that I nearly fell off my chair."
"Məhkəmənin qərarı o qədər təəccüblü idi ki, az qala oturacaqdan yıxılacaqdım."

"To lay on the shelf." - Olduğu kimi tərcümədə: Rəfdə qalmaq. Frazeoloji birləşmə kimi: lazımsız bir şeyi kənara qoymaq (hökmən rəfdə olmalı deyil), lazımsız şeylərdən qurtulmaq. Eyni zamanda bu idiomadan törəmə "To be on the shelf." idioması da mövcuddur. İki halda istifadə edilə bilər. Birinci halda - lazımsız, yararsız olduğundan müəyyən bir işdən kənarda qalmaq, kənarlaşdırılmaq. İkinci halda isə - qız olaraq qalmaq, ailə qurmamaq (Azərbaycanca analoqu - "Evdə qalmaq.")
"After his department was closed he was laid on the shelf."
"Şöbəsi bağlandıqdan sonra o işsiz qaldı."
"Is she married? – No, she is still on the shelf although she is not young."
"O, evlidirmi? - Xeyr, gənc olmasa da hələ də bekardır."

"Shelf life." - Olduğu kimi tərcümədə: Rəf həyatı. Frazeoloji birləşmə kimi: Saxlanma müddəti.
"Before buying dairy products you should check their shelf life."
"Süd məhsulları almadan əvvəl onların saxlama müddətini yoxlamaq lazımdır."

"Fall between two stools." - Olduğu kimi tərcümədə: İki taburetka arasına düşmək. Frazeoloji birləşmə kimi: Bu birləşmə iki müxtəlif cəlbedici seçim arasında qalaraq düzgün və vaxtında qərar verə bilməmək səbəbi ilə şansları qaçırdıqda istifadə edilir. (Azərbaycanca analoqu - "Əli aşından da olmaq, Vəli aşından da.")
"You should apply to one of these Universities or you’ll miss the deadline for applications and fall between two stools."
"Bu Universitetlərdən birinə sənəd verməlisən, yoxsa müraciətlərin son tarixini qaçıracaq və Əli aşından da olacaqsan, Vəli aşından da."

"Stool pigeon." - Olduğu kimi tərcümədə: Taburetka göyərçini. Frazeoloji birləşmə kimi: xəbərçi, satqın.
"We must figure out who is a stool pigeon that informs the police about our plans."
"Planlarımızı polisə çatdıran xəbərçinin kim olduğunu tapmalıyıq."

"Rob the cradle." - Olduğu kimi tərcümədə: Beşiyi qəsb etmək. Frazeoloji birləşmə kimi: Bu idiom birinin özündən çox gənc biriylə evlənəndə və ya eşq əlaqəsi olduqda istifadə olunur. Belə məqamlarda biz "Filankəs filankəsin qızı (oğlu, atası, anası)" yerindədir deyə kəlimələr işlədirik.
"Her flirting with him is robbing the cradle."
"Onun onla flirt etməsi beşiyi qəsb etməsidir."

"Сouch potato." - Olduğu kimi tərcümədə: Divan kartofu. Frazeoloji birləşmə kimi: tənbəl, çox passiv bir həyat tərzi keçirən və vaxtının çox hissəsini divanda oturaraq və ya uzanaraq televizora baxaraq keçirən insan.
"My sister is a coach potato. Instead of going for a walk she lies on the coach and watches TV."
"Mənim bacım divan kartofudur (tənbəldir)". Gəzmək əvəzinə, divanda uzanıb televizora baxır.

"Tidy desk, tidy mind." - Olduğu kimi tərcümədə: Təmiz masa, təmiz zehin. Frazeoloji birləşmə kimi: Bu birləşmə səliqəli bir iş sahəsinin daha iş məhsuldarlığının artmaq səbəbi olduğunu söyləməküçün istifadə edilir. Səliqəsiz bir iş yeri insanın fikrini cəmləməyə mənfi təsir göstərir.
"Why don’t you clear up your desk? Tidy desk, tidy mind."
"Nəyə görə masanızı yığışdırmırsınız? Təmiz masa, təmiz zehin.

"To be out of the top drawer." - Olduğu kimi tərcümədə: Üst rəfin xaricində olmaq. Frazeoloji birləşmə kimi: Ali təbəqəyə mənsub olmaq, yaxşı tərbiyə və təhsil almaq. (Azərbaycanca analoqu - "Cəmiyyətin qaymağı olmaq.")
"Only people out of the top drawer were invited to the wedding."
"Toya yalnız cəmiyyətin qaymaqları dəvət olunub.

"To go to bed in one's boots." - Olduğu kimi tərcümədə: Çəkmələrlə yatmaq. Frazeoloji birləşmə kimi: Hədsiz dərəcədə sərxoş olmaq.
"It was a party yesterday. Eldar drank the most and went to bed in his boots. "
"Dünən şənlik idi. Eldar həddən artıq içdi və çəkmələriylə (yəni soyunmadan) yatağına girdi.

"To get out of bed on the wrong side." - Olduğu kimi tərcümədə: Səhv tərəfdən yataqdan qalxmaq. Frazeoloji birləşmə kimi: Pis əhval ruhiyədə olmaq. (Azərbaycanca analoqu - "Tərs ayağından durmaq.")

"A bed of roses." - Olduğu kimi tərcümədə: Qızıl gül ilə dolu yataq. Frazeoloji birləşmə kimi: İfadə, kimsə üçün çox asan, sadə, rahat bir vəziyyətlə yaşaması ilə əlaqədar istifadə olunur.
"After she married a millionaire her life is a bed of roses."
"Milyonçu ilə evləndikdən sonra asan bir həyat yaşayır.

"Early to bed and early to rise makes a man healthy, wealthy and wise." - Olduğu kimi tərcümədə: Erkən yatmaq və erkən qalxmaq insanı sağlam, zəngin və müdrik edir. Frazeoloji birləşmə kimi: Səhər erkən durmağın faydalı olmasından bəhs edilir. (Azərbaycanca analoqu - "Tez duran və tez evlənən peşman olmaz.")
"Staying up late can be harmful for your health. They say: Early to bed and early to rise makes a man healthy, wealthy and wise."
"Gec oyanmaq sağlamlığına zərər verə bilər. Eşitməmisən?: Tez duran və tez evlənən peşman olmaz.

İngiliscə mebel adlarının yazılış və tələffüzü.

[ ˈfɜːnɪtʃə(r) ] Mebel
[ ˈteɪbl ] Masa
[ tʃeə(r) ] Stul
[ desk ] Yazı masası
[ bed ] Çarpayı
[ ˈsəʊ.fə ] Divan
[ ˈbʊk.keɪs ] Kitab şkafı
[ ˈwɔː.drəʊb ] Qarderob
[ ˈɑːm.tʃeər ] Kreslo
[ stuːl ] Kətil
[ bʌŋk bed ] İkiqat çarpayı
[ ˈmɪrə(r) ] Güzgü

Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var.
Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.