Rənglər ingiliscə

Bu dərsdə rənglər ingiliscə mövzusuna dair yeni sözlər öyrənəcəyik.


İngiliscə rənglərin adları

İngilis dilində rənglər

Bu məqalədə ingilis dilində rənglərdən danışacağıq. İngilis dilində rənglərin öyrənilməsi mövzunun aydın olması səbəbindən o qədərdə çətin deyil. Bu dərsdə rənglərin ingilis dilində necə adlandırıldığını, tələffüzünü və yazılışını öyrənəcəyik. Eyni zamanda əsas rənglərlə yanaşı biz həmçinin əsas rənglərin digər çalarlarının da necə ifadə edilməsini də öyrənəcəyik.

Beləliklə, dünyada çox sayda rəng və çalar var. Əlbəttə bu çalarların nəinki ingilis dilində, hətta doğma dilimizdə belə bir sözlə ifadə edə bilmirik. İlkin olaraq ingilis dilində rənglər mövzusunda söz qıtlığı yaşamamaq üçün bütün mümkün rəng variantlarını öyrənmək lazım deyil. Sadəcə olaraq ən çox istifadə olunan əsas rəngləri ingiliscə bilmək kifayətdir.

İngilis dilində rənglərdən əlavə onların çalarlarını da bilmək lazımdır. İngilis dilində rənglərin çalarlarının adlarını əsas rəngə xüsusi sifətlər əlavə etməklə müəyyən edə bilərik. Məsələn: parlaq, tünd, açıq və s. Rəng çalarları vasitəsilə biz təsvir edilən hər hansı əşyanın və ya obyektin konkret rəngini çatdıra bilirik. İstədiyiniz rəngi təyin etməyə kömək edəcək bəzi sözlər:

"Light" - Açıq

"Dark " - Tünd

"Bright " - Parlaq

"Dull " - Sönük

"Pale " - Solğun

İngilis dilində rənglərin adlarını öyrəndikdən sonra, yaddaşınızda yaxşı qalması üçün ingilis dilində bildiyiniz obyektlərin adını çəkin və onun rəngini əlavə edin. Məsələn, "a brown wardrobe" - qəhvəyi qarderob, "a white cup" - ağ fincan, "dark green walls" - tünd yaşıl divarlar, və s. Bu cür məşqlərə başlamağın artıq vaxtıdır. Siz artıq kiçik cümlələr və ya söz birləşmələri vasitəsi ilə dilinizi açmalısınız.

Müəyyən bir obyektin hansı rəngdə olduğunu ingilis dilində necə düzgün soruşacağınızı da bilməlisiniz. Bunu etmək üçün "What color?" (Hansı rəngdir? - O hansı rəngdədir? ). Misal üçün:

"What color is it?" - O hansı rəngdədir?

İngilis dilində rənglər

İngilis dilində rənglər

Əgər siz ingilis dilində rənglərin adını uşaqlarınıza öyrədirsinizsə, o zaman sizə çox effektli bir oyun göstərim. Bunun üçün rəngli karandaşlara ehtiyac olacaq. Ümumiyyətlə, rəngli karandaşlar vasitəsilə siz uşağınıza bir sıra əyləncəli oyunlarla ingilis dilində rənglərin adını asanlıqla öyrədə bilərsiniz. Beləliklə, bu oyunun adı ingilis dilində "Guess" - yəni tap adlanır. İştirakçılardan biri arxasında bir qələm gizlədir, ikincisi isə bu qələmin hansı rəngdə olduğunu tapmağa çalışır. Bu oyun aşağıdakı kəlimə strukturlarından istifadə edilərək oynanılır:
"Is it … (rəngin adı)?" - O (rəngin adı) rəngdədirmi?
"Yes, it is. (No, it isn’t)" - Hə (Yox)
Məsələn:
Birinci oyunçu arxasında göy "a blue pencil" gizlədir və ardından ikinci oyunçuya sual verir:
"What color is the pencil?" - Karandaş nə rəngdədir?
İkinci oyunçu tapmağa çalışır:
"Is it red?" - O, qırmızıdır?
Birinci oyunçu:
"No, it isn’t" - Yox, (deyil)
Və beləliklə sonda karandaşın rəngini tapanadək oyun davam edir.

Eyni zamanda uşağınızla gəzintidə olarkən küçədə gördüyünüz obyektlərin rənglərini uşağınızdan ingiliscə deməsini istəyin, və ya evdə oyuncaqları yığarkən ingiliscə rənglərini soruşun. Bu cür manipulyasiyalar uşaqların ingilis dilində rəngləri öyrənməsinə çox gözəl təsir edir.

Bir məqamı nəzərinizə çatdırmaq istəyirəm. Ola bilsin ki, sizin qarşınıza "Colour""Color" sözləri çıxsın. Bu sözlər ekvivalentdir, eyni mənanı verir: (rəng) deməkdir. Sadəcə olaraq "Colour" - britan variantıdır, "Color" isə amerikan variantıdır.

Eyni şey "Gray""Grey" sözlərinə də aiddir: "Grey" - britan variantıdır, "Gray" isə amerikan variantıdır.

Eyni zamanda çalarlar əsas rəngə müxtəlif obyektlərin rəngini, həmçinin iki fərqli rənglərin birləşdirilməsindən istifadə edərək meydana gələ bilər:
"Cherry-red" - Albalı qırmızısı
"Yellow-green" - sarıya çalan yaşıl

Əgər hansısa rəngin çalarını ifadə edə bilmirsinizsə o zaman "-ish" şəkilçisindən istifadə edə bilərsiniz. Bu şəkilçi əlavə edildiyi əsas rəngin nisbətən açıq tonunu bildirmək üçün istifadə edilir. Məsələn:
"Reddish" - qırmızımtıl

İngiliscə rənglərin yazılış və tələffüzü.

[ ˈkʌl.ər ] Rəng
[ red ] Qırmızı
[ waɪt ]
[ ˈjeləʊ ] Sarı
[ ɡreɪ ] Boz
[ bluː ] Göy
[ ˈɒrɪndʒ ] Narıncı
[ pɪŋk ] Çəhrayı
[ ˈpɜːpl ] Bənövşəyi
[ blæk ] Qara
[ braʊn ] Qəhvəyi
[ ɡriːn ] Yaşıl
[ beɪʒ ] Bej
[ ˈɡəʊl.dən ] Qızılı
[ ˈsɪl.vər.i ] Gümüşü
[ ˈvaɪə.lət ] Bənövşəyi

Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var.
Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.