Həşarat adları ingiliscə
Bu dərsdə həşarat adları ingiliscə mövzusuna dair yeni sözlər öyrənəcəyik.
İngilis dilində həşarat adları
Sizə "heyvanlar və canlılar" seriyasından yeni bir mövzu təqdim edirik. Bugünkü sözlərimiz "vızıldayır", "sürünür" və "altı ayaqlıdır". Yəqinki təxmin etdiniz, bunlar həşaratlardır. Kimsə onları görəndə sevinir, kimsə milçək öldürəni götürür, amma biz nə onu, nə də digərini etmirik, ancaq ingilis dilində həşarat adları mövzusunda yeni sözlərlə tanış olmağı təklif edirik. İngilis dilində həşarat adları mövzusunda lüğətinizi genişləndirin. Keçən dərslərimizdən "heyvanlar və canlılar" seriyasından ev heyvanları mövzusuna dair ingiliscə sözlər və həmçinin Vəhşi heyvanlar ingilis dilində mövzularını öyrəndik. Yeni sözlər öyrəndikcə əlbətdəki keçdiyimiz sözləri də təkrarlamaöınız yaxşı olardı. Bu ingilis dilində öyrənilən sözlərin yadda qalması üçün vacibdir. Bu məqalədə isə biz ingilis dilində həşarat adları mövzusuna baxacağıq.
Bu gün İngilis dilini tədris edərkən, söz ehtiyatınızı əhəmiyyətli dərəcədə genişləndirməyə imkan verən çox sayda mövzudan istifadə olunur. Eyni zamanda, "heyvanlar və canlılar" seriyasına aid ən vacib, əsas leksik baza sözləri biz keçən dərslərimizdə öyrəndik. Məsələn, dəniz heyvanları ingilis dilində və yaxud ingilis dilində quşlar mövzusuna aid sözlər daha çox istifadə olunan və nisbətən populyar sözlərdir. Eyni anda daha az populyar, lakin ingilis dilini daha dərin öyrənmək üçün mövzular da var - və ingilis dilində həşərat adları da onlardan biridir. İngiliscə həşarat adları bütün təlim kurslarına daxil deyil, ancaq ingiliscə söz ehtiyatını doğma dil səviyyədə mənimsəməyə çalışırsınızsa, bu sizin üçün çox faydalı olacaq.
Əlbəttə ki, "həşaratlar" mövzusunun özü çox xoş görünməsə də, çox geniş istifadə tezliyinə sahib olduğunu inkar etmək olmaz. Hətta bu dərsdə hər şey söz siyahısı ilə məhdudlaşmır: İngilis dilində həşərat adlarına əlavə olaraq, bəzilərinin əmələ gəlməsinin xüsusiyyətlərini, eləcə də nitqinizin əsasını təşkil edən ingiliscə orijinalda olan deyimləri və onların mənalarını öyrənə bilərsiniz. Bunun sayəsində sizin nitqiniz daha da zənginləşəcək və daha müxtəlif çalarlı, rəngarəng olacaq. Beləliklə, həşəratlar haqqında ingilis dilində daha çox məlumat əldə edək.
Beləliklə, dildə hər hansı bir mövzunun öyrənilməsi əsas lüğətdən başlayır. Sizi həşaratların ingilis dilində tərcümədə necə adlandırıldığını öyrənməyə dəvət edirik. Hazır olun - ingilis dilində həşarat adları həqiqətən çox maraqlıdır.
İngilis dilində həşərat adlarının siyahısına diqqətlə baxsanız, bir çoxunun iki sözdən ibarət olduğunu görərsiniz. Əlbəttə çəyirtkənin adının olduğu kimi - "otun üstünə tullanan" (grasshopper) kimi tərcümə edilməsi az - çox aydındırsa, bəzi sözlərin mənşəyi həqiqətən təəccübləndiricidir. Yalnız lüğətin özü ilə deyil, həm də söz quruluşu və bəzi mürəkkəb adların necə meydana çıxdığı ilə maraqlanırsınızsa, o zaman gəlin bunu daha dərindən öyrənək: Dragonfly - İngilislərin bu zərərsiz görünən həşəratı niyə "uçan əjdaha" adlandırdığını dərhal anlamaq olduqca çətindir. Cırcırama haqqında daha ətraflı məlumatlansanız, çox şey aydın olacaq. Uzun quyruq, nəhəng qanadlar, qorxulu gözlər və yırtıcı həyat tərzi bu qanadlı gözəlin uzaq əcdadlarının - yer üzündəki digər böcəklərin qorxuducu dərəcədə nəhəng olduqları dövrdən bəhs etdiyinin şahidi olacaqsınız. Cockroach - İlk baxışdan bu sözü daha iki tanış sözə bölmək çox asandır, amma sonra bir tarakanın adının xoruz və balığın adlarının birləşməsi ilə yaradılması insanı düşündürür və bu sualı cavablandırmağı çətinləşdirir. Ancaq sizi təəccübləndirəcəyik: beləki, bu söz heç də mürəkkəb bir söz deyil, İspan dilindəki cucaracha sözündən bir uyğunlaşmadır. Centipede - İngilis dilində qırxayaqla adı ilə bağlı məqam çox maraqlıdır. Adı iki Latın morfemindən gəlir: "yüz" kimi tərcümə olunan "centi" prefiksi və "ayaq" mənasını verən "ped" kökündən ibarətdir. İngilislər bizim kimi bu həşaratə şərti olaraq qırxayaq yox yüzayaq kimi ifadə edirlər. Yeri gəlmişkən, qırxayağın yüzayaq sayıldığı yeganə dil ingilis dili deyil - italyan, fransız, rumın, bolqar və çex dilində belə qəbul edilir. Ladybird - Uğurböcəyinin adını ingilis dilindən olduğu kimi tərcümə etsəniz o zaman yanılmış olarsınız. Bu həşaratın adındakı "lady" sözü bu adda, əfsanəyə görə, məhsulu qorumaq üçün insanlara quş kimi sürətli uçan bu gözəl böcəyi göndərən Məryəmin qədim adıdır. "Ladybird" sözünün mənası "Müqəddəs Məryəmin quşu" deməkdir. Butterfly - "Uçan yağın" bildiyiniz kimi, kəpənəklə heç bir əlaqəsi yoxdur və kəpənəklər üçün belə bir adın verilməsi barədə iki versiyası mövcuddur. Birinciyə görə, İngiltərədə çox sayda yaşayan sarı qanadlı kəpənəklər, qanadlarının rənginə görə təzə çırpılmış kərə yağının rənginə çox oxşadığından belə adlandırılırdı. Digər versiya isə mistik bir xarakter daşıyır: Beləki, orta əsrlərdə belə bir inanc var idiki, guya kəndlilərdən yağ, qaymaq və süd oğurlamaq üçün cadukarlar bu gözəl böcəklərdə çevrilirdilər.
Həşaratlara aid ingilis dilində deyim və atalar sözləri
ingilis dilində həşaratlar ilə bağlı olan bir sıra idiomlar var. İngilis dilində həşaratlar mövzusunda sözlər öyrənilməsi ilə yanaşı həşarat ilə bağlı bir neçə atalar sözündən bəhs etməsək, yarımçıq olardı. Yalnız bir neçəsini verəcəyik, amma inanın həşaratlara aid çoxlu deyim və atalar sözləri var. Aralarında son dərəcə gülməli olanlar da rastlanır.
"As busy as a bee." - Arı kimi məşqul. (Zəhmətsevər mənasında)
"Put a bug in someone’s ear." - Birinin qulağına böcək salmaq (Aydındır ki, qulağa girən böcək beyinə gedər) (Azərbaycanca analoqu: - Ağlına salmaq. (ideya vermək mənasında))
"To have ants in the pants." - Şalvarında qarışqaların olması (Azərbaycanca analoqu: - Canına vəl-vələ düşmək.)
"Bee line" - Arı xətti. (Azərbaycanca analoqu: - Kəsə yol.)
"To have butterflies (in one's stomach)." - Qarnında kəpənəklərin olması. (Azərbaycanca analoqu: - Canına vəl-vələ düşmək.)
"To lead the life of a drone." - Dron (arı növü) kimi həyat sürmək. (Azərbaycanca analoqu: - Ortada yeyib qıraqda gəzmək)
İngiliscə həşarat adlarının yazılış və tələffüzü.
|
[ ˈɪn.sekts ] | Həşaratlar |
|
[ mɒθ ] | Güvə |
|
[ ænt ] | Qarışqa |
|
[ biː ] | Arı |
|
[ məˈskiː.təʊ ] | Ağcaqanad |
|
[ ˈkæt.ə.pɪl.ər ] | Tırtıl |
|
[ ˈdræɡ.ən.flaɪ ] | Cırcırama |
|
[ ˈɡrɑːsˌhɒp.ər ] | Çəyirtkə |
|
[ ˈsen.tɪ.piːd ] | Qırxayaq |
|
[ ˈbiː.tl̩ ] | Böcək |
|
[ ˈleɪdibʌɡ ] | Uğur böcəyi |
|
[ fliː ] | Bit |
|
[ flaɪ ] | Milçək |
|
[ sneɪl ] | İlbiz |
|
[ ˈkɒk.rəʊtʃ ] | Tarakan |
|
[ ˈspaɪdə(r) ] | Hörümçək |
|
[ ˈmæn.tɪs ] | Dəvədəlləyi |
|
[ ˈbʌt.ə.flaɪ ] | Kəpənək |
Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var. Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.