Şam yeməyi ingiliscə
Bu dərsdə şam yeməyi ingiliscə mövzusuna dair yeni sözlər öyrənəcəyik.
"Breakfast", "lunch", "dinner" və "supper" arasındakı fərq
Çox vaxt, xüsusən də ingilis dilini öyrənməyə yeni başlayanlar üçün "Breakfast", "lunch", "dinner" və "supper" sözlərini təyin etmək çətin olur. Bu barədə biz keçən dərslərimizin birində qəlyanaltı mövzusunda ingilis dilində sözlər öyrənərkən danışmışdıq. Bu dərsimizdə isə bütün bu biliklərimizi yekunlaşdıracağıq. Eyni zamanda nahar yeməyi mövzusuna dair ingilis dilində sözlər dərsini də öyrənin. Bu dərslərin hamısını cəmləşdirdikdən sonra Sizin artıq ingilis dilli ölkələrin qida qəbulu vaxtları barədə tam anlayışınız olacaqdır.
Bu dərsimizdə biz "supper" yəni şam yeməyi mövzusunda ingiliscə sözləri öyrənməzdən əvvəl doğurdanmı "supper" sözünün azərbaycan dilinə tərcüməsi şam yeməyi olduğunu araşdıraq. Keçən dərslərimizdə dediyimiz kimi, əslində şam yeməyi ingilis dilində "dinner" deməkdir. "Supper" dedikdə isə onlar gecə yatmamışdan əvvəl qəbul etdikləri qidanı nəzərdə tuturlar. Lakin, çox təəssüflər olsunki uzun illər məktəblərdə və ali təhsil müəssisələrində, və hətta nəşr edilən ingilis dili öyrədən ədəbiyyatlarda bu anlayışlar bizə səhv öyrədilirdi. Yəni, əslində şam yeməyi ingiliscə "supper" deyil.
"Breakfast" - Səhər yeməyidir. Günün ilk qida qəbulu vaxtıdır. Bir çox ölkələrdə səhər yeməyini çox və müxtəlif çeşiddə yeyirlər ki, bütün gün ərzində və ya növbəti qida qəbuluna qədər aclıq hiss etməsinlər. Yəni günün əsas qida qəbulu məhz səhər yeməyidir. Lakin, Azərbaycanda bir çox insanlar ümumiyyətlə səhər yeməyini yemirlər: "Many Azerbaijanis don't eat breakfast." "Bir çox Azərbaycanlılar səhər yeməyini yemirlər." "Lunch" - Qəlyanaltı və ya nahar yeməyidir. Günorta vaxtı təqribən 12:00 və 16:00 arası edilən qida qəbuludur. Bu vaxt adətən yüngül yemək yeyirlər. "I'm just going to have salad for lunch." "Mən nahara sadəcə salat yeməyi düşünürəm." "Dinner" - Şam yeməyi. Axşam vaxtı yeyilən yeməkdir. Şam yeməyi vaxtı adətən yenə də çox və çeşidli yemək qəbul olunur. "I don't have any plans for dinner tomorrow." "Sabah şam etmək üçün heç bir planım yoxdur." "Supper" - Şam yeməyi. Yatmamışdan təqribən 1-1.5 saat əvvəl yeyilən yeməkdir. Şam yeməyi vaxtı adətən yüngül və az kalorili yeməklər yemək qəbul olunur. "All I wanted for supper was fruit." "Şam yeməyinə istədiyim tək şey meyvə idi."
Beləliklə bəzi xüsusiyyətləri yenidən təkrar edək: Adətən "dinner" sözü rəsmi görüşlərdəki yeməklərə deyilir. Eyni zamanda "dinner" və "lunch" sözləri ikisi də nahar mənasında işlədilə bilir.
Kanada misalında qida qəbulları vaxtlarına nəzər yetirək: Kanadada səhər yeməyini (breakfast) təqribən saat 8-də edirlər. Səhər yeməyi tutumlu və çox çesidli olur. Təqribən 12:00 və 12:30 radələrində nahar (lunch) edirlər. Bu zaman adətlərindən və ya ilin fəsillərindən asılı olaraq ya içki ilə şirniyyat kimi yüngül qida qəbul edirlər, ya da yenə də tutumlu qida qəbul edirlər. 15:00 və 15:30 radələrində şam yeməyi və ya yenə də nahar - növbəti qida qəbulu (dinner) vaxtı əsasən tutumlu və çox doyumlu yeməklər yeyirlər. Və nəhayət sonda yatmağa 1 saat qalmış son qida qəbulu olan şam yeməyini (supper) yüngül salat və ya az kalorili digər yeməklə günlərini başa vururlar.
ABŞ-ın mərkəzi ştatlarında "dinner" adətən günorta vaxtı rəsmi görüşlərdə yeyilən yeməkyə deyilir. Eyni zamanda sutkanın istənilən vaxtı yəni, günorta və ya axşam hər hansı bir restorana getdikdə də "dinner" sözünü işlədirlər. "Supper" sözü isə adətən şam yeməyini qeyri-formal şəraitdə evdə yeyərkən işlədirlər.
Şam yeməyi mövzusunda ingiliscə sözlərin yazılış və tələffüzü.
|
[ ˈsʌp.ər ] | Şam yeməyi |
|
[ raɪ bred ] | Çovdar çörəyi |
|
[ brɒθ ] | Bulyon |
|
[ ˈnuːdlz ] | Əriştə |
|
[ ˈpɪk.l̩ ] | Turşu |
|
[ ˈsæləd ] | Salat |
|
[ ˈskræmbld eɡz ] | Qayğanaq |
|
[ sməʊkt fɪʃ ] | Hisə verilmiş balıq |
|
[ paɪ ] | Piroq |
|
[ ˈmʌf.ɪn ] | Keks |
|
[ ˈpʊd.ɪŋ ] | Pudinq |
|
[ ˈsuː.fleɪ ] | Sufle |
|
[ waɪn ] | Şərab |
|
[ suːp ] | Şorba |
Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var. Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.