Nahar yeməyi ingiliscə
Bu dərsdə ingilis dilində nahar yeməyi mövzusuna dair yeni sözlər öyrənəcəyik.
İngilis dilində nahar yeməyi
Fərz edin ki, ingilis dilində danışan dostunuz sizə aşağıdakı məzmunda bir mesaj göndərdib: I'm waiting for you for dinner at 7 o'clock. Dəvətə bənzəyir. Bəs sizi hara dəvət edirlər? Bildiyimiz qədərində "dinner" - ingilis dilində nahar yeməyi deməkdir. Ancaq saat yeddi nahar üçün biraz gecdir, elə deyilmi? O zaman, gəlin İngiltərədə nə vaxt nahar etməyin adət edildiyini anlamağa çalışaq.
Bu barədə biz keçən dərslərimizin birində qəlyanaltı mövzusunda ingilis dilində sözlər öyrənərkən danışmışdıq. İndi isə bu mövzuya daha ətraflı toxunaq.
Köhnə məktəb dərsliklərində İngiltərədə üç əsas qida qəbulu vaxtının olduğu deyilirdi: "Breakfast" - səhər yeməyi, (səhər tezdən) "Dinner" - nahar, (günorta) "Supper" - şam yeməyi (axşam). Təəssüf ki, dərsliklər reallıqdan iki yüz il geri qalırmış. Orta əsrlərdə həqiqətən belə idi: səhər tezdən, sübh çağı orta əsr insanı səhər öz "breakfast" yeməyini yeyirdi, günorta bol "dinner" yəni nahar yeməyini edirdi, və nəhayət gün batanda yüngül bir "supper" - şam yeməyini yeyib, yatırdı. Bu sistemdəki əsas rol nahara verildi.
Lakin, insan və bəşəriyyət daim inkişaf edirdi - tədricən insanların həyatı gün işığından ciddi şəkildə asılı qaldı, bir çoxları gecə vaxtları da artıq aktiv fəaliyyətlə məşqul olmağa başladılar. Yuxudan əvvəl qidalanan şam yeməyi, daha sonra, öz növbəsində artıq axşam vaxtlarından gecə vaxtlarına doğru uzaqlaşmağa başladı və günorta vaxtı qəbul edilən "dinner" - nahar yeməyi öz növbəsində axşama yaxın əvvəllər şam yeməyinə məxsus vaxta yaxınlaşmağa başladı. Belə olduqda artıq səhər yeməyindən gec nahara (və ya erkən şam yeməyinə) qədər bütün günü dözmək çətin idi, buna görə də günün ortasına "lunch" qida qəbul vaxtı daxil oldu. Əslində "lunch" daha əvvəllər də var idi . Bu "luncheon" - yəni "breakfast" ilə "dinner" -in arasında günün ortasında yüngül qıda qəbulu idi. Tədricən isə yüngül qəlyanaltıdan tam bir nahara çevrildi.
Beləliklə, indi İngiltərə və ABŞ-ın əksər bölgələrində sistem belədir: "Breakfast" - səhər yeməyi "Lunch" - nahar - günorta vaxtı qəbul edilir "Dinner" - şam yeməyi - adətən axşam saat altı və yeddi radələrində qəbul edilir "Supper" - şam yeməyi - bu da şam yeməyidir, lakin gecəyə yaxın vaxt qəbul edilir və yüngül qıda olur. Beləliklə, Amerikanın bəzi bölgələrində nahara köhnə qayda ilə "dinner", şam yeməyinə isə "supper" deyilə bilər. İngiltərədə nahar yeməyinə "dinner" deyənlər əsasən daha aşağı sosial təbəqədən olan insanlar olur.
Lunch nədir?
İlkin olaraq "Lunch nədir" sualını aydınlaşdıraq. "Lunch" sözü ingilis dilli ölkələrdə işlədilir, "luncheon" sözünün qısaltmasıdır və günorta vaxtı qəbul edilən qidanı bildirir. Azərbaycan dilində biz bu qida qəbulu vaxtını qəlyanaltı adlandıra bilərik. XVII əsrə qədər ingilis dilli ölkələrdə bu vaxt qəbul edilən qida "dinner" adlanırdı, və bugünkü gündə də İngiltərə və nisbətən də Kanada da hələdə bu vaxt qəbul edilən qida "dinner" adlandırılır. ABŞ-da da "dinner" sözü işlədilir, lakin, günortadan nisbətən sonra qəbul edilən qida nəzərdə tutulur. XIX əsrdən etibarən isə ümumiyyətlə axşam vaxtı qəbul edilən qidanı nəzərdə tutmağa başlayaraq, bununla da, axşam yeməyi olan "supper"-ı əvəzləmişdir. "Supper" isə öz növbəsində axşam yeməyindən sonra, hətta gecə yarısına qədər qəbul edilən qidanı bildirmək üçün işlədilməyə başlamışdır.
"Lunch" sözü ondan asılı olan anlayışların formalaşması üçün əsas oldu, məsələn: "Lunch break" - işdə və məktəbdə nahar fasiləsi. "Bag lunch " - içərisində sendviç, meyvə, şirniyyat və bişmiş un məlumatı olan standart bir Şimali Amerika paketi. "Lunchbox" - içərisində sendviç, meyvə, şirniyyat və bişmiş un məlumatı olan standart bir Şimali Amerika paketi. "Business lunch" - Restoran tərəfindən gündüz endirimlə və ya müəyyən sabit bir qiymətə verilən nahar dəsti.
Sovet məktəblərində "Lunch" sözü ümumiyyətlə İngilis dili proqramında yox idi. Nahar yeməyini bildirmək üçün "dinner" sözündən istifadə edilirdi. Müasir ingilis dilində isə "dinner" şam yeməyi mənasında işlədilir.
Onu da qeyd edim ki, orta əsrlərdən bəri "dinner" hələ də günün əsas yeməyi olmağa davam edir, ona görə də yeməyə xüsusi əhəmiyyət vermək istədikdə, vaxtından asılı olmayaraq onu "dinner" adlandırırlar. Bazar günü ailənin təntənəli süfrə başında görüşü zamanı və ya bir bayram tədbiri olduqda da onu "dinner" adlandırırlar.
Qrammatikanı da unutmaq lazım deyil. Əgər "dinner" və ya "lunch" sözü günün müəyyən bir vaxtında qida qəbulu ilə bağlı bir proses kimi işlədilirsə, bu söz heç bir artikl olmadan istifadə olunur: "We usually have dinner at about 6.30 p.m., then supper before we go to bed." "We were just having our breakfast." Əgər masadakı hər hansı bir yemək nəzərdə tutularsa o zaman artikl işlədilir: "The lunch was delicious."
İngiliscə nahar yeməyi mövzusuna aid sözlərin yazılış və tələffüzü.
|
[ ˈdɪnər ] | Nahar (şam yeməyi) |
|
[ ˈdʌm.plɪŋ ] | Pelmeni |
|
[ fraɪd pəˈteɪtəʊz ] | Kartof qızartması |
|
[ bɔɪld ˈtʃɪkɪn ] | Qaynadılmış toyuq |
|
[ mæʃt pəˈteɪtəʊz ] | Kartof püresi |
|
[ ˈmiːtbɔːlz ] | Küftə |
|
[ ˈpæs.tə ] | Makaron |
|
[ raɪs ] | Düyü |
|
[ rəʊst biːf ] | Mal əti qovurması |
|
[ stjuː ] | Pörtləmə |
|
[ dʒuːs ] | Şirə |
Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var. Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.