Rusca aile üzvləri

Bugünkü dərsimiz xarici dil öyrənirkən ən vacib mövzulardan biridir, bu mövzu - Rusca aile üzvləri mövzusudur. Ailə üzvlərinin adları bir çox dillərdə universaldır, lakin əksər ailə üzvlərinin adları dildən dilə çox dəyişir. Hansı cəmiyyətdə yaşamağınızdan asılı olmayaraq, ailə önəmlidir. Ancaq mədəniyyətdən asılı olaraq, onun rolu bir qədər dəyişə bilər. Rusiya və Avropa icmalarında gənclər tək yaşayır və ailə həyatı quran kimi öz evlərini tərk edirlər. Beləliklə, ailə üzvləri və qohumlar rus dilində mövzusunda yeni sözlər öyrənək.


Ailə və qohumlar rusca

Ailə üzvləri və qohumlar rus dilində

Ailənizin böyük və ya kiçik olmasından asılı olmayaraq, Ailə üzvləri və qohumlar rus dilində mövzusundakı sözləri öyrənməyiniz vacibdir. İlkin olaraq bilməli olduğunuz bütün əsasları bir araya topladıq. Bu dərsdə biz təkcə rus dilində ailə üzvlərinin adlarını deyil, həm də rus dilində qohum adları öyrənəcəyik. Lüğəti sadalamazdan əvvəl ailə üzvləri üçün rus və azərbaycan sözlərinin fərqləri haqqında bir neçə qeyd etmək istərdim. Ən böyük fərqlər cinsi adlarda özünü göstərir. Eyni zamanda, rus dilində xala və bibi hər ikisi yalnız bir sözlə - "тётя" sözü ilə ifadə edilir. Eyni şey dayı və əmi sözləri üçün də keçərlidir: "дядя". Gördüyünüz kimi Rusca qohum adları çox sadədir.

Rus dilində qardaşınızın sizdən böyük olduğunu bildirmək üçün "брат" sözünün qarşısına "старший" sözünü əlavə etməlisiniz. Bacınızın sizdən böyük olduğunu bildirmək üçün "сестра" sözünün qarşısına "старшая" sözünü əlavə etməlisiniz. Amma qardaşınız sizdən kiçikdirsə, ona "младший брат", kiçik bacınıza isə "младшая сестра" deyə bilərsiniz.

Ailə üzvləri və qohumlar rus dilində

Rus dilində ailə üzvləri və qohumlar

Eyni zamanda Azərbaycan dilindən fərqli olaraq rus dilində əmi oğlu və dayı oğluna fərq qoyulmadan "двоюродный брат", əmi qızı və dayıqızına isə - "двоюродная сестра" deyilir.

Ailə və qohumlar haqqında rusca atalar sözləri

"Бабушка - вторая мать." - Nənə ikinci anadır.

"Брат с братом на медведя ходят." - Qardaş qardaşla ayı üstünə gedər. (Qardaşlar birlikdə yaxşı yola gedirlərsə, və problemlərini bir yerdə həll edib, bir birlərinə dəstəkdirlərsə o zaman onlar üçün heç bir maneə ola bilməz)

"Родных много, а как тонуть - не за кого ухватиться." - Qohumlar çoxdur, amma necəki suda boğulmalı oldun - tutunacaq heç kim tapılmaz.

"От тёщи не спрячешься в рощи." - Qayınanadan meşədə də gizlənə bilməzsən.

"Бедному зятю и тесть не рад." - Kasıb kürəkən qaynataya da xoş deyil.

"От хорошего братца ума набраться; от худого братца рад отвязаться." - yaxşı qardaşdan ağıl qazanmağıma; Pis qardaşımdan qurtulduğuma sevinirəm.

"Муж с женой, что вода с мукой, а тёща дрожжи." - Ər və arvad, unla su kimidir, qaynana ise mayadır.

"Свекровь злится, что невестка веселится." - Qayınana gəlinin əylənməsinə əsəbiləşir.

"Такой зять, что ни дать ни взять." - Elə bir kürəkən ki, nə verir, nə də alır.

Ailə üzvlərinin və qohumların adlarının rusca yazılışı və tələffüzü

[ с’им’й’а ] Aile
[ ат’`эц ] Baba
[ м`ат’ ] Anne
[ бр`ат ] Erkek kardeş
[ с’истра ] Kız kardeş
[ с`ын ] Oğul
[ д`оч’ ] Kız evlat
[ д’`эт ] Büyükbaba
[ б`абушка ] Büyükanne
[ м`уш ] Koca
[ жына ] Karı
[ д’`ад’а ] Amca, Dayı
[ т’`эт’а ] Teyze, Hala
[ р’иб’`энак ] Çocuk
[ бл’изн’иц`ы ] İkiz

Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var.
Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.