Rus dilində vurğu

Biz Rus dili qrammatikası üzrə növbəti dərsimizə başlayırıq. Bu dərsimizdə biz sizinlə fonetikanın sonuncu bölməsi olan Rus dilində vurğu mövzusundan danışacağıq. İlk növbədə bu terminin nəzəri əsasını aydınlaşdıraq. Bildiyimiz kimi vurğu sözdə hecalardan birinin o birinə nisbətən daha qüvvətlə deyilməsidir. Lakin, tələffüz zamanı Rus dilində vurğu ilə yalnız sözün hansısa hecası yox, eyni zamanda bütünlüklə söz və ya söz birləşməsi də vurğulana bilir. Yəni vurğu, sözdəki hansısa hecanın və ya bütünlüklə sözün və ya söz birləşməsinin xüsusi intonasiya və ya tonla seçilməsidir. Rus dilində vurğu olan element daha böyük qüvvə ilə, daha aydın və daha uzun tələffüz olunur, və onun hansı vurğu elementi olmasından asılı olaraq, vurğu 2 yerə bölünür:
Məntiqi vurğusöz vurğusu.



Rus dilində məntiqi vurğu

İlkin olaraq rus dilində məntiqi vurğu nədir sualını araşdıraq. Məntiqi vurğu müəyyən bir ifadədə məna baxımından vacib olan sözün və ya sözlər qrupunun vurğulanmasıdır. Bunu başa düşmək üçün aşağıdakı missallara nəzər salaq:
"Эльдар купил вчера мне цветы."
Bu cümlə sırf məlumat xarakteri daşıyır və burada heç bir məntiqi vurğu yoxdur. Və buna görə də, indi bu cümlədəki sözləri sıra ilə məntiqi vurğu ilə vurğulasanız, cümlənin mənasının necə dəyişəcəyinin şahidi olacaqsınız. Məsələn:
"Эльдар купил вчера мне цветы."
Bu cümlədəki birinci sözü vurğu ilə tələffüz etdikdə biz bildirmiş oluruq ki, məhz Eldar dünən mənə gül alıb, yəni Orxan, Əfqan və ya başqası yox, məhz Eldar alıb.
İndi isə vurğunu ikinci sözün üzərinə vuraraq tələffüz edək:
"Эльдар купил вчера мне цветы."
Burada artıq məna dəyişir və mənası belədir ki, Eldar dünən gülü alıb, yəni kiminsə həyətindən qoparmayıb və ya oğurlamayıb, konkret olaraq pul verib alıb.
Növbəti sözü vurğulayaq:
"Эльдар купил вчера мне цветы."
Burada artıq cümləni işlədən insan zamanı müəyyənləşdirir.
Növbəti sözü vurğulayaq:
"Эльдар купил вчера мне цветы."
Burada isə cümləni işlədən insan aydınlaşdırır ki, güllər başqası üçün deyil, onun üçün alınıb.
Və nəhayət son sözü vurğulayaq:
"Эльдар купил вчера мне цветы."
Burada vurğu çiçək sözünə düşür və mənası belədir ki, alınan çiçəklərdir, şirniyyat və ya başqa hədiyyələr deyil.

Məntiqi vurğunun nə olduğunu artıq bildik. Rus dilində məntiqi vurğu haqqında ətraflı olaraq Rus dili sintaksisinin öyrənilməsi prosesində danışacağıq. Beləki, bu sırf cümlədəki məna ilə əlaqəlidir. Beləliklə, cümlədəki sözlərdən birinin digərinə nisbətən qüvvətli tələffüzünə məntiqi vurğu deyilir.

Rus dilində hecaların vurğulanması

Bu dərsimizdə bizi daha çox rus dilində hecaların vurğulanması məsələsi maraqlandırır. Rus dilində hecaların vurğulanması - biz sözü tələffüz edərkən bir hecanın digərinə nisbətən daha qüvvətlə, intonasiya və ya tonla ifadə etdiyimiz an baş verir. Məsələn, "передача" sözündə biz üçüncü hecanı daha qüvvətli bir qədər uzun tələffüz edirik. Çünkü o vurğulu hecadır. Verilmiş hecada iştirak edən sait isə vurğulu sait adlanır. Bütün digər hecalar, həm də onlarda olan saitlər isə vurğusuzdur. Şifahi nitqdə vurğunu intonasiya və ya tonu yüksəltməklə ifadə edirik. Yazılı nitqdə isə vurğu düşən hecadakı saitin üzərinə qoyulan vergül qrafik işarəsi ilə seçilir.

Rus dilində hecaların vurğulanması qaydası

Rus dilində vurğu

Rus dilinin vurğu xüsusiyyətləri

İndi isə gəlin rus dilinin vurğu xüsusiyyətlərinə nəzər salaq. Rus dilinin vurğusunu digər dillərin vurğularından fərqləndirən özünəməxsus xüsusiyyətləri vardır. Rus dilinin vurğusunun xüsusiyyətlərindən biri onun eyni sözün müxtəlif yerlərində, yəni müxtəlif hecalarında işlədilə bilinməsi xüsusiyyətidir. Bu o deməkdir ki, o, konkret hecaya təyin edilməyib. Bu məsələ barədə biraz ətraflı danışaq, çünki məhz rus dilinin vurğusunun bu xüsusiyyəti, yəni sözün müxtəlif hecalarında işlədilə bilinməsi xüsusiyyəti rus dilinin öyrənilməsində xarici vətəndaşlar üçün çox çətin məsələyə çevrilir. Çünki sözügedən vəziyyətdə sözlərin tələffüzü üçün dəqiq qaydalar yoxdur. Müxtəlif tendensiyalar var, və ümumiyyətlə, bir çox sözlərin düzgün vurğulanmasını sadəcə əzbərləmək lazımdır. Mən hətta deyərdim ki, bu məsələ nəinki təkcə rus dilini öyrənmək istəyən əcnəbilər üçün, hətta elə rusların özləri üçün də çətinlik yaradır. Rus dilli insanların çoxu sözlərin dəqiq tələffüzündə səhvlərə məhz vurğu zamanı yol verirlər.

Rus dilində vurğu istənilən hecaya düşə bilər. Sual yaranır - niyə başqa xalqların dilində belə bir problem yoxdur? Çünki bir çox dillərdə vurğu hər zaman konkret hecanın üzərinə düşür. Məsələn, fin və eston dillərində sözlərin əksəriyyəti birinci hecada vurğulanır. Lakin, polyak dilində vurğu sondan əvvəlki hecaya, fransız dilində isə bir çox sözlərdə vurğu sonuncu hecaya düşür. Yeri gəlmişkən, onu da qeyd edim ki, fransız dilindən rus dilinə daxil olan alınma sözlərin də vurğusu son hecanın üzərinə düşür. Məslən:
"Жалюзи", "диспансер" və s.

Rus dilində vurğuların başqa bir xüsusiyyəti onun hərəkətliliyidir. Bu o deməkdir ki, eyniköklü sözlərdə vurğu sözün müxtəlif hecalarına düşə bilər, yəni yerini dəyişərək hərəkət edə bilər. Bunu misal üzərində aydınlıq gətirək: "Город" sözündə vurğu birinci hecanın üzərinə düşür. Lakin, eyniköklü olan digər sözdə - "городской" sözündə vurğu son hecanın üzərinə düşür. Yəni Rus dilində vurğunun hərəkətliliyi xüsusiyyəti dedikdə məhz bu nəzərdə tutulur. Başqa bir misala da baxaq, məsələn, "начать" felində vurğu sözün son hecasına düşür. Lakin, biz bu feli kişi cinsində, keçmiş zaman formasında işlətdikdə - "начал" sözündə vurğu artıq birinci hecanın üzərinə düşür. Daha bir misala baxaq: "сирота" ismində vurğu son hecanın üzərinə düşmüşdür. Onu cəm formasında işlətdikdə isə - "сироты" sözündə artıq vurğunun ikinci hecaya hərəkət etdiyini müşahidə etmiş oluruq.

Bəs bu hər iki xüsusiyyət yəni vurğuların hərəkətliliyi və sözün müxtəlif yerlərində işlədilə bilinməsi bizə nə kimi üstünlük verir? İlk növbədə aydın məsələdir ki, Rus dilində vurğu işlədilirsə deməli həmin hecanın fərqləndirilməsi yəni seçilməsi üçün işlədilir, vurğulanır. Deməli, vurğunun yerini dəyişdikdə sözü məna və ya qrammatik cəhətdən dəyişirik və ya seçirik, fərqləndiririk. Bu misal üzərində daha aydın olacaqdır. Məsələn:
"замок" sözündə vurğu birinci hecanın üzərinə düşürsə deməli bu qəsr, qala deməkdir. Əgər biz bu sözdə vurğunu ikinci hecanın üzərinə qoysaq - "замок" o zaman bu söz qıfıl mənasını bildirəcəkdir. Digər misala baxsaq: "мука" sözündə vurğu son hecanın üzərinə düşürsə bu un deməkdir. Lakin, əgər eyni sözdə vurğu ilk hecanın üzərindədirsə - "мука" o zaman bu əzab, əziyyət mənasını bildirəcəkdir. Digər misala baxaq: рис" şirniyyat, konfet növüdür, "ирис" isə gül adıdır. Başqa bir misal: "атлас" sözündə vurğu son hecaya düşərsə ipək, atlas mənasını ifadə edir. Eyni sözün ilk hecasına düşdükdə isə - "атлас" yəni, coğrafi atlas mənasını ifadə edəcəkdir.

Beləliklə, gördüyünüz kimi əslində bu sözlər eyni yazılır, lakin tələffüz zamanı vurğunun hecalarda işlədilməsinə görə fərqlənirlər. Bu cür sözlərə omoqraflar deyilir – eyni cür yazılır, lakin fərqli tələffüz olunurlar. Aydın məsələdir ki, bu da yalnız vurğunun yerini dəyişməklə mümkün olur. Yəni omoqrafları omonimlərlə səhv salmayın.

Dediyimiz kimi, rus dilində vurğunun yerini dəyişdikdə sözü məna və ya qrammatik cəhətdən dəyişirik və ya seçirik, fərqləndiririk. Məna cəhətdən dəyişdirilməsi məsələsinə baxdıq. İndi isə görək rus dilində vurğunun yerini dəyişməklə qrammatik cəhətdən sözləri necə dəyişə bilərik. Bunu misal üzərində aydınlaşdıraq, məsələn: "стены" ismində vurğunu ilk hecanın üzərinə salsaq divarlar mənasında başa düşüləcəkdir, yəni ismin cəm halında. Lakin eyni isimdə vurğunu son hecaya qoysaq - "стены" o zaman divarın mənasını ifadə edəcəkdir. Yəni ismin yiyəlik halında işlətmiş olacağıq. Digər misala baxaq. Əgər "любите" sözündə vurğu birinci hecanın üzərinə düşürsə bu fel indiki zaman formasında işlədilən xoşlayırsınız kimi ifadə olunur. Lakin, əgər vurğu "любите" yəni ikinci hecanın üzərinə düşürsə felin əmr formasında işlədilir və sevin mənasını bildirəcəkdir.

Bəs rus dilində bütün sözlər vurğulu olurmu? Gəlin bu məsələni də araşdıraq. Xeyr bütün sözlər vurğulu olmur. İlkin olaraq gəlin müəyyənləşdirək ki, rus dilində hansı sözlər hökmən vurğulu olur:
1. Müstəqil leksik mənası olan sözlər, yəni əsas nitq hissələri. Məsələn: дёт" sözü feldir, "первый" sifətdir, "снег"isimdir.
2. İki və daha çox hecadan ibarət olan köməkçi nitq hissələri də hökmən vurğulu olur. Məsələn: "чтобы" bağlayıcısı, "вокруг" ədatı və s.
Lakin, tək hecadan ibarət olan köməkçi nitq hissələri vurğusuz olur. Məsələn: "под", "за", "у", "над" ədatları, "не" hissəciyi və s. Məsələn: "не нашёл" ifadəsində "не" hissəciyi vurğusuz tələffüz olunur, "под ногами" ifadəsində "под " ədatı vurğusuz tələffüz olunur. Lakin bəzi hallarda "под", "за", "у", "над" ədatları, "не" hissəciyi vurğu ilə tələffüz oluna bilir. Bu zaman ondan sonra gələn əsas nitq hissəsinə aid olan leksik mənalı söz artıq öz vurğusunu itirmiş olur. Məsələn: "не было" sözündə "не" hissəciyi vurğulu olsada "было" sözü artıq vurğusuz tələffüz olunur, "на руки""под ноги" kimi sözlərdə də bu hala rast gəlinir. Sanki, köməkçi sözlər leksik mənalı sözlərdən vurğuları özlərinə dartır. Bu məqamı da yadınızda saxlamalısınız.

Rus dilində bir sözdə hətta iki vurğu belə ola bilir. Bəli, belə hallar da olur. Bu sözlər mürəkkəb sözlərdir və vurğulardan biri əsas vurğu kimi tələffüz edilir, ikincisi isə bir növ ikindərəcəli vurğu rolunda çıxış edir. Bunlar yalnız mürəkkəb sözlərdə olur: "вечнозелёный" sözündə əsas vurğu "лё" hecasını üzərinə düşür. Amma ilk heca olan "ве" hecası burada artıq ikinci dərəcəli vurğu ilə tələffüz edilir. "Идолопоклонник" sözündə də eyni ilə "ло" hecası əsas vurğulu, birinci heca olan "и" hecası isə ikinci dərəcəli vurğulu hecadır.

Rus dilində vurğu haqda başqa nə demək olar? Tarixi inkişafın gedişində sözdəki vurğunun yeri dəyişə bilər. Məsələn, Puşkinin məşhur Yevgeniy Onegin əsərindən bir misal gətirim:
"Музыка уж греметь устала" ifadəsində "музыка" sözü XIX əsrdə məhz bu cür vurğu ilə tələffüz edilirdi, yəni vurğu ikinci hecanın üzzərinə düşürdü. Lakin, müasir dövrdə bu artıq səhv tələffüz sayılır.

Eyni zamanda rus dilində bir sözdə ikili vurğu da ola bilər. İkili vurğu dedikdə mən nəyi nəzərdə tuturam? – Bu o deməkdir ki, eyni sözdə vurğunun iki variantı var və onların hər ikisi ədəbi normadır. Məsələn, əgər mən eyni bir sözü həm "творог" həm də "творог" kimi işlətsəm onların hər ikisi eyni mənanı ifadə edəcəkdir və bu leksik normadır, səhv sayılmır. "баржа""баржа", "щепоть""щепоть" sözlərini də misal gətirə bilərik. Lakin bu cür sözlər çox azdır. Bu sözlərdən çoxunun ədəbi dildə istiadə edilən əsas variantı və istifadə edilməsi daha az arzuolunan əlavə variantları da vardır. Səhv sayılmasa da bir növ arzuolunmayan tələffüz sayılır. Rus dilinin çətinliyi də məhz belə mülahizəli olmasıdır. Məsələn: "девичий" sözündə əsas varinatda vurğu birinci hecaya düşən variantdır, lakin, "девичий" kimi tələffüz edilməsi eyni mənanı bildirsə də, səhv tələffüz sayılmasa da ikinci dərəcəli və istifadəsi daha az arzuolunan variantdır. Amma elə variantlar var ki, onlar qeyri-ədəbi, danışıq variantları hesab edilir. Məslən bir çoxları danışıq zamanı belə bir səhvlərə yol verirlər:
"занялся", "документ", "магазин", "километр", "квартал", "алкоголь" və bu kimi digər səhvlər. Gəlin görək bu sözlərin ədəbi tələffüzü əslində necə səslənir:
"занялся", "документ", "магазин", "километр", "квартал", "алкоголь".

Bu və ya digər sözün necə düzgün tələffüz edilməsinin öyrənilməsinin ən asan yolu orfoqrafik lüğətlərdir.


Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var.
Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.