Güllər rus dilində
Gül adları rus dilində mövzusunun sırf qadına aid bir mövzu olduğunu düşünürsünüzsə, yanılırsınız. Axı qadınları xoşbəxt etmək xüsusilə kişinin işidir. Qadınlar gül almağı xoşlayır və bu, onları sevindirir. Buna görə də, biz kişilər güllər rus dilində mövzusunu öyrənməlik. Gül adları rus dilində düzgün tələffüzünü yadda saxlamaq üçün videonu açın və diktordan sonra təkrarlayın.
Demək olar ki, hər bayramda bir-birimizə gül veririk. Bu, bir insan haqqında hər hansı bir hissi ifadə etməyin özünəməxsus bir yoludur. Müəyyən bir elm də var - gülçülük, müxtəlif güllər yetişdirməklə, onlardan müxtəlif kompozisiyalar yaratmaqla məşğuldur. Rusiyada bağçılıq da çox populyardır. Demək olar ki, hər bir fərdi evin öz kiçik bağçası var, onların çoxunda təkcə çiçək və güllər deyil, həm də bir çox digər bitkilər də yetişdirilir. Əlbəttə ki, həmsöhbətiniz rusdursa, o zaman güllər rus dilində mövzusunu açaraq söhbətə etibarlı şəkildə dəstək ola bilərsiniz. Rus dilində güllər mövzusunda danışmaq həmsöhbətinizi yormur, əksinə, çox maraqlıdır.
Çiçəklər zərif və gözəldir, onlara xüsusi qiymət verilir, və təbii ki, çiçəklər təkcə hisslərdən danışmır, həm də onların yetişdiyi ölkəni xarakterizə edir. Çiçəklər rituallar və əfsanələrlə ayrılmaz şəkildə bağlıdır, nağıllarda onlar sehrli gücə malikdirlər, həmçinin müəyyən bir dövlətin heraldikasında simvolları bəzəyirlər.
Rusca çiçəklər ( "цветы" ) ve rənglər ( "цвета" ) sözlərini qarışdırmayın. Rus dilində güllər və rənglər sözləri oxşar səslənirsə, Azərbaycan dilində iki tamamilə fərqli sözdür. "Цвета" gözlərimizin fərqləndirdiyi rənglərdir, lakin "цветок" sözünün Azərbaycan dilində qarşılığı çiçək olacaq. Cəm halında bu - "Цветы" olacaq. Bu çox vacib məqamdır, bu səbəbdən rus dilində güllər və rəngləri səhv salmayın.
Rus dilində çiçəklər mövzusu bitkilər ( "растения" ) kateqoriyasına aiddir. Bitkilər rus dilində mövzusunda son dərsdə biz artıq bəzi bitki adlarını öyrəndik və Gül adları rus dilində dərsini əvvəlki dərsin davamı hesab etmək olar. Beləliklə, hər iki dərsi mükəmməl öyrənin. Əslində, bağbanlar və çiçəkçi olmayanlar rus dilində çiçəklərin adlarını və tərcümələrini xatırlamaq bir yana, öz dillərində belə çoxlu bu çiçəklərin adlarını bilmirlər. Rus dilində bir dəqiqədə neçə çiçək adını öyrənə və xatırlaya bilərsiniz? Əgər rus dilində "Çobanyastığı" "Ромашка" çiçəyinin necə səslənəcəyini təxmin etmək çətin deyilsə, "Qarğasoğanı" ( "Гладиолус" ) adını xatırlamaq daha çətin olacaq. Öz dilimizdə çiçəklərin adlarını bilirsinizsə, rus dilində çiçəklərin adlarını xatırlamaq sizin üçün asan olacaq, çünki onların əksəriyyəti eyni və ya oxşar tələffüz olunur.
Təbii ki, bu dərsdən sonra rus dilində çiçəklər mövzusu sizə aydın olacaq. Rus dilində çiçəklərin adını necə aldığını heç düşünmüsünüzmü? Sevdiyiniz çiçəklərin nəyi simvolizə etdiyini və hansı əfsanələrin onlarla əlaqəli olduğunu bilirsinizmi? Beləliklə, rus dilində çiçəklər mövzusunda söz lüğətinizi genişləndirməyə və yeni maraqlı məlumatlara yiyələnməyə sizi dəvət edirik.
"Гвоздика" ( Qərənfil )
Yunanca adı "Dianthus" - "dios" ( "tanrı" ) və "anthos" ( "çiçək" ) sözlərindən əmələ gəmilşdir. Adın Latın versiyası "carnis" ( "bədən" ) ve "incarnacyon" ( "dirilmə, şəfa" ) sözlərindəndir. Bu cür birləşmə Müqəddəs İncil kitabi ilə əlaqələndirilir. Xristian inancına görə qərənfil ilk dəfə Yerusəlim küçələrində İsanın öz çarmıxını daşıdığını görən Məryəmin ağladığı anda çiçək açıb.
"Гладиолус" ( Qarğasoğanı )
Çiçəyin adını eramızın 1-ci əsrində Roma alimi qoyub. Bu çiçəklərin ləçəklərinin Roma əsgərlərinin istifadə etdiyi silahlarla oxşarlığı onu təəccübləndirib. "Гладиолус" adı, "qılınc" mənasını verən latın "gladius" sözündən gəlir. Qarğasoğanı güc və əxlaqi prinsiplərin simvolu hesab olunur. Ehtiraslı sevgini təcəssüm etdirir.
"Мак" ( Lalə )
Lalə gülünün vətəni Asiyadır. Eramızın 1-ci əsrində lalə çiçəyi ədviyyat kimi istifadə olunurdu. Müalicəvi xüsusiyyətlərinə görə faydalı ot hesab olunurdu. Hippokratın lalə çiçəyindən xəstələri müalicə etmək üçün istifadə etdiyi məlumdur. Qədim yunanlar lalə çiçəyini yuxu ilə əlaqələndirir və onu yuxu tanrısı Hipnozun simvolu hesab edirdilər.
"Нарцисс" ( Nərgiz gülü )
Şübhəsiz ki, hər kəs gənc Narcissus haqqında qədim Yunan əfsanəsini bilir. Qədim romalılar və yunanlar bu çiçəkləri yetişdirirdilər və onların müalicəvi xüsusiyyətlərinə inanırdılar. Çiçəyin şirəsi və soğanaqları zəhərli kristallardan ibarətdir, buna görə də ot yeyənlər və əksər həşəratlar Nərgiz gülü yemirlər. Həmçinin Nərgiz gülü suyu digər çiçəklərə zərər verə bilər, ona görə də nərgizləri başqa çiçəklərlə eyni vazaya qoymaq olmaz. Köhnə inancda deyilir ki, Nərgiz gülü xoşbəxtlik və uğur gətirdiyi üçün buket şəklində verilməlidir, hədiyyə olaraq bir çiçək isə uğursuzluğu təmsil edir. Nərgiz gülü qarşılıqsız sevgi və zadəganlığın simvolu hesab olunur.
"Орхидея" ( Səhləb )
Çiçəyin adı yunan mənşəlidir. Qədim yunanlar çiçəyin adını çiçəyin köklərinin erkək toxum vəziləri ilə oxşarlığına görə, ona "orchis" sözünün mənasına görə vermişlər. Yunanlar üçün səhləb kişiliyin təcəssümü idi. Onlar inanırdılar ki, uşaq dünyaya gəlməmişdən əvvəl ata səhləb çiçəyinin böyük kökünü yesə, oğlan uşağı, ana bu çiçəyin kiçik köklərini yesə, qız uşağı dünyaya gələcək. Səhləb bitkilər aləmində ən böyük ailələrdəndir. Bu ailəyə hibrid növlər istisna olmaqla 25.000-dən çox müxtəlif növ daxildir! Viktoriya dövründə, çiçək inqılabı zamanı səhləb ovçuları ( " охотники за орхидеями " ) var idi. Bu ovçular yeni səhləb növlərini axtarmaq üçün kəşf edilməmiş torpaqlara yollanırdılar. Bu, təhlükəli və vaxt aparan bir iş idi, eyni zamanda gəlirli bir iş idi. O dövrdə yalnız zəngin insanlar səhləblərə sahib ola bilərdilər, buna görə də Avropada və Rusiyada səhləb zənginlik və nəcibliyin əlaməti hesab olunurdu.
"Подснежник" ( Novruz gülü )
Xristianlıqda novruz gülü ənənəvi olaraq ümidin təcəssümü hesab olunur. Bu, Adəm və Həvva əfsanəsi ilə bağlıdır; müvafiq olaraq, Həvva Eden bağından qovulduqdan sonra soyuq qışın bitəcəyinə ümidini itirməyə başladı. Ümidini itirmək üzrəykən bir mələk peyda olub qar dənələrini novruz gülü çiçəklərinə çevirdi. Bu o demək idi ki, qışı yaz əvəz edəcək.
Rus dilində gül ilə əlaqəli atalar sözləri
"Красивые цветы хороших плодов не приносят." - Gözəl güllər yaxşı məhsul verməzlər. ( Təbiət insanlara ya gözəllik, ya da ağıl verir və gözəl insanlar adətən zəkaları ilə seçilmirlər. Bu atalar sözü insan gözəl, lakin yararsız, ağılsız olduqda istifadə olunur. )
"Нет розы без шипов." - Tikansız qızıl gül olmaz. ( Hər cəlbedici şeyin qüsurları var. Heç kim mükəmməl deyil və mükəmməl ola da bilməz. )
Güllərin rus dilində yazılış və tələffüzü
|
[ цв’ит`ы ] | Güllər |
|
[ калак`ол’ч’ик ] | Zəngçiçəyi |
|
[ рам`ашка ] | Çobanyastığı |
|
[ маргар’`итка ] | Qızçiçəyi |
|
[ глад’и`олус ] | Qarğasoğanı |
|
[ л’`ил’ий’а ] | Zanbaq |
|
[ магн`ол’ий’а ] | Maqnoliya |
|
[ арх’ид’`эй’а ] | Səhləb |
|
[ м`ак ] | Lalə |
|
[ р`оза ] | Qızıl gül |
|
[ пацн’`эжн’ик ] | Novruzgülü |
|
[ пац`олнух ] | Günəbaxan |
|
[ т’ул’п`ан ] | Lalə |
|
[ ф’и`алка ] | Bənövşə |
Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var. Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.