HTML istinadları
Bu günkü dərsimizdə biz HTML istinadlarının yaradılması mövzusunu öyrənəcəyik. HTML istinadları öyrənəcəyimiz ən vacib mövzulardan biridir, beləki, hətta HTML sözünün abriviaturasına baxsaq nişanlanma dilinin hipermətni kimi tərcümə olunur. Hipermətn məhz o deməkdir ki, yəni sənəddə başqa sənədlərə aparacaq hiperistinadlardan da istifadə olunur. İstinadlar dedikdə biz linkləri başa düşürük. Bunlara rusca "ссылка" da deyillir. HTML istinadları bütün şəbəkədə səpələnmiş sənədləri birləşdirir, onlarla əlaqə yaradır. Sizin saytınız müxtəlif kompyuterlərə, serverlərə səpələnmiş ola bilər, lakin, ziyarətçi onu tam bilir. Bu isə HTML istinadlarının yaradılması hesabına baş verir.
Hiperistinadlar
İndi isə səhifəmizdə hiperistinadlar yaratmağı öyrənək. Hiperistinadların müxtəlif növləri vardır, ilkin olaraq biz sadəcə başqa sənədə aparan HTML istinadlarının yaradılmasını öyrənəcəyik. Bu hiperistinadlar xarici hiperistinadlar da adlanır. Daxili istinadlar bir sehifenin çərçivəsində hərəkət etməyə imkan verir, xarici istinadlar isə səhifələri bir saytda birləşdirməyə imkan verir və ya ümumiyyətlə başqa sayta aparır və.s. Xarici HTML istinadları cari səhifədə olmayan obyektlərə gedən istinadlardır. Bu başqa səhifələr, şəkillər və ya müxtəlif multimedia ola biler. Html istinadlarının yaradılması a teqi vasitəsilə baş verir. a teqi " anchor " sözündəndir, " lövbər " deməkdir. a teqi qoşa teqdir və ona görə də istinadın bitəcəyi yerdə onu bağlamalıyıq. Beləliklə, biz artıq HTML istinadlarının yaradılması necə olur öyrəndik. Lakin, burada keçən dərslərimizdə şəkilləri öyrənərkən dediyimiz kimi " img " teqinin yaradılması hələ heç birşey demək deyildir və biz onun gedəcəyi ünvanı " src " atrinbutu vasitəsilə göstərməli idik ki, brauzer şəkili əks etdirə bilsin. Eyni vəziyyət HTML istinadlarına da aiddir. Xarici istinadların əsasını sizin istinad edəcəyiniz obyektin ünvanı olan URL təşkil edir. Siz bu ünvan vasitəsilə istifadəçini başqa səhifəyə yönləndirmiş olursunuz. Beləliklə, bu elemetin daxilində istinad kimi seçilən mətn yazılır. İstinadın ünvanını isə a teqinin daxilində qeyd edəcəyimiz " href " atributu vasitəsi ilə göstəririk. Atributun məzmunu kimi isə sənədin yerləşdiyi ünvanı yazırıq.
Brauzerdə istinadın mətni altdan xətt çəkilmiş kimi qeyd olunur ve kursoru onun üzərinə gətirdikdə isə kursorun işarəsi dəyişir. İstinadın üzərinə klik etdikdə isə qeyd olunan səhifəyə keçid baş verir, və bu səhifə cari səhifənin yerində yüklənir, bu biraz narahatçılıq yaradır. İstinad edilən səhifənin brauzerin başqa pəncərəsində açılmasını təmin etmək üçün isə a teqinin " target " atributundan istifadə edilir. Beləliklə, " target " atributunu yazırıq və onun məzmununda " _blank " məzmununu qeyd edirik. Bunu " yeni sənəd " kimi də tercümə etmək olar. a teqinin " target " atributu istinadın üzərinə klik etdikdə sənədin hansı pəncərədə açılacağını müəyyən etmək üçündür və aşağıdakı məzmunları var: " _blank " - brauzerin yeni pəncərəsində " _parent " - valideynin freymində " _self " - brauzerin cari pəncərəsində " _top " - brauzerin bütöv pəncərəsində
Digər atribut ise " title " atribudur. Bu universal atributdur, bu atributu digər teqlərlədə də istifadə etmək olar. Bu atributun üzərinə kursoru gətirdikdə onun məzmununda yazdığımız mətn axıcı element kimi əks olunacaqdır.
Növbəti öyrənəcəyimiz hiperistinadlar – hansısa faylı yükləmək üçün nəzərdə tutulan istinadlardır. Məncə siz bu istinadlara olduqca tez-tez rast gəlirsiniz, bu eyni istinadlardır sadəcə onların üzərinə klik etdikdə hansısa digər sənədə yönlənmir sadəcə hər hansı bir fayl sizin kompyüterinizə yüklənir. Bu hiperistinadlar necə yaradılır? Bunun üçün bizə hər hansı bir fayl lazımdır. Fayllar üçün də ayrıca qovluq da yaratmağınızı məsləhət görürəm və onun adını " files " qoyuruq, və faylımızı bura atırıq. Beləliklə, biz bunun üçün a teqinin " href " atributunu da qeyd etməliyik, onun məzmununda isə artıq faylın yerləşdiyi yeri və faylın adını və genişlənməsini qeyd edirik. Beləliklə, biz artıq HTML istinadı yaratmış olduq. Bu istinadın üzərinə sıxdıqda o bizi hər hansısa digər bir veb səhifəyə yönləndirməyəcək, sadəcə olaraq " files " qovluğunda olan faylı bizim kompyuterimizə yükləyəcəkdir. Bu fayllar pdf, word, mp3, mpeg və s. fayllar ola bilər.
Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var. Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.