HTML linklər

Bu günkü dərsimizdə biz HTML linklərinin yaradılması mövzusunu öyrənəcəyik. Daxili istinadlar 1 html səhifənin daxilində keçidləri təmin edir. Bu səhifədə mətn çox olduqda kömək edir. Yəqinki siz özünüz də bu cür halla rastlaşmısınız ki, səhifənin sonuna çatdıqda sonda bir istinad qeyd edilir "əvvələ" və ya "yuxarıya" – yəni bunun tip bir şeylər hansı ki, onun üzərinə klik etməklə o istifadəçini səhifənin başına aparır, bununla da ziyarətçinin rahatlığını təmin etmiş olur. Bu dərsimizdə biz bu cür linklərin eyni zamanda şəkilli istinadlar və emailə gedən məktub istinadları yəni HTML linklər mövzusunu araşdıracağıq.



Daxili istinadlar

HTML linklər hesabına səhifə daxilində bizə lazım olan yerə istinadın üzərinə klik etməklə keçid baş verir. Belə linklər yaratmaq üçün ilk öncə linkin aparacağı yeri müəyyənləşdirmək lazımdır. Bu " a " elementinin atributu olan " name " vasitəsilə edilir. Bu atribut linkin gedəcəyi yerdə hər hansı sözü və ya mətni öz daxilinə alacaq teqdir. Yəni linkin gedəcəyi yerdə " a " elementi qurulur, " name " atributunda ona ad verilir. İstinadda isə ünvanın yerini göstərən adın əvvəlinə " # " işarəsi və həmin adı yazmaqla bu yeri müəyyənləşdirik, və yerin olacağı söz və ya mətn " a " elementinin daxilinə salınır. " name " atributunda yazılan söz brauzerdə əks olunmur – bu URL kimi bir şeydir. Bunu hazır etdikdən sonra isə artıq HTML linklərinin yaradılması məsələsinə keçə bilərik.

" name " atributunun əvəzinə biz " id " identifikatoru da qeyd edə bilərik, ümumiyyətlə " id " ilə verməyiniz daha məsləhətdir. " a " elementinin atributları həm daxili istinadlar həm də xarici istinadlar üçün eynidir.

Şəkilli linklər

Şəkilli linklər yaratmaq üçün " a " elementləri daxilinə şəkili yerləşdirmək kifayətdir. Belə olduqda şəkilin çərçivəsi də yaranacaqdır, bu çərçivəni isə " border " atributu vasitəsilə idarə etmək olacaqdır.

Bundan əlavə şəkilləri link kimi də qeyd etmək olar. Yəni şəkilin üzərinə klik etdikdə şəklin özü açılacaq. Həmçinin şəkilin miniatür kopyasını etmek olar, onun üzərinə klik etdikdə isə şəkil tam açılacaqdır. Şəkil istinad yaratmaq üçün şəkili " a " elementinin daxilinə yerləşdirmək kifayətdir.

HTML linklər

HTML linklərinin yaradılması

Qonaqların rahatlığı üçün ziyarət edilmiş, ziyarət edilməmiş və aktiv istinadlar üçün müxtəlif rənglər vermək lazımdır. Bununla belə diqqət yetirmək lazımdır ki, istinadların rəngləri fonun rəngi ilə uyğunluq təşkil etməsin, bu qonaqlar üçün narahatlıq törədə bilər. İstinadların rəngləri üçün " body " elementinin aşağıdakı atributları cavabdehdir:
" alink " – aktiv linkin rəngini qeyd edir
" vlink " – ziyarət edilmiş linkin rəngini qeyd edir
" link " – ziyarət edilməmiş linkin rəngini qeyd edir

HTML linklərin rənglərini HEX formatında və ya açar sözlərlə qeyd etmək olar. Standart rənglərdən istifadə edirsinizsə o zaman açar sözlərdən istifadə etmək daha asandır. Əgər standart olmayan rənglərdən istifadə edəcəksinizsə o zaman HEX formatından istifadə etməlisiniz. Açar sözlə verilmiş metod daha rahatdır, beləki burada standart rəngləri ingilis dilindəkı adlarını yazmaq kifayətdir. HEX formatından istifadə edərkən isə rəqəmli kodlardan istifadə edilir. Bu kodlarla qeyd edilən rənglərin siyahısını istənilən qrafik redaktordan əldə edə bilərsiniz.

Öyrənəcəyimiz digər istinad isə email adresə aparan istinadlardır. Gəlin bir abzas yaradaq və ona " müəlliflə əlaqə " mətnini yazaq və bu mətni istinad daxilinə salaq yəni istinad yaradaq. Burada da href atributu qeyd edirik, lakin onun məzmunu başqa cür qeyd ediləcək. Beləliklə əgər biz email ünvana istinad yaradırıqsa o zaman biz " mailto " açar sözündən istifadə edəcəyik. Onun məzmununda isə məktubun göndəriləcəyi email ünvanı qeyd edəcəyik. Və istifadəçi bu istinada klik etdikdə bu zaman onun poçt proqramı açılacaq.

Nəticədə biz bir neçə növ istinad yaratmağı öyrəndik. Bunların hər birinin yaradılması qaydası eynidir, yalnız " href " atributunun məzmununu dəyişməklə biz müxtəlif funksiyalı istinadlar yaratmış oluruq. Beləliklə, bu dərsimizi də yekunlaşdırdıq və istinadları da artıq öyrəndik.


Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var.
Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.