pre teqi
Bu dərsimizdə biz daha 3 element öyrənəcəyik. Bunlar " blockquote ", " pre " teqləri və komentariyalar olacaq. Öyrənəcəyimiz ilk HTML teqi pre teqidir. pre teqi mətndəki probel və sətrdən sətrə olan köçürmələri olduğu kimi və hər hansı bir HTML qeydiyyatı olmadan əks etdirmək üçündür. Bildiyimiz kimi HTML digər mətn redoktorlarında aparılmış formatlaşmanı iqnor edir və mətni sadəcə olaraq bir birinin ardınca düzür. Yəni brauzerlər yalnız HTML formatlaşmanı tanıdıqları üçün digər redoktarların formatlaşdırma qeydiyyatlarını sadəcə olaraq başa düşmür.
Adətən HTMLdə ard-arda qeyd edilən bir neçə probel bir probel kimi əks olunur. Beləliklə əgər biz hansısa mətni saytda qeyd etmək istəyiriksə o zaman onu hökmən HTML ilə formatlaşdırmalıyıq. Lakin, hərdən bizə elə lazım olur ki, hansısa kontenti mətn redoktorunda qeyd edildiyi kimi əks etdirmək zərurəti ortaya çıxır. Bu zaman " pre " teqi vasitəsilə bu məsələni həll etmək çox səmərəlidir. Bunun üçün biz sadəcə mətn redaktoru vasitəsilə qeydiyyatı aparılmış kontenti olduğu kimi " pre " teqi daxilinə qeyd edirik. Bu zaman brauzer həmin kontenti adi mətn redaktorunda necə formatlanmışdısa o cür də əks etdirəcək. Bu kontent spesifik olaraq brauzer tərəfindən əks etdiriləcək, yəni orantasız kimi əks etdiriləcəkdir. Bu spesifik təsvir adətən hər hansı bir proqram kodlarının əks etdirilməsi üçün istifadə edilir. " pre " teqi daxilində bir neçə formatlaşdırma element və atributlarından da istifadə etmək mümkündür.
blockquote teqi
Öyrənəcəyimiz növbəti HTML teqi blockquote teqi olacaq. " blockquote " teqi yazını sitat kimi qeyd etməyə imkan verir. " blockquote " teqi daxilində qeyd edilmiş mətnə soldan bir abzas ara verilir. Dolayısı olaraq adi mətn redaktoru ilə işləyərkən klaviaturadakı TAB düyməsini əvəz edir. Mətn redaktorlarında biz hər hansısa bir mətni qeyd edərkən ola bilərki biz iki və ya üç dəfə bu TAB düyməsindən istifadə edərək mətni bir qədərdə soldan sağa doğru çəkə bilirik. Eynilə biz bunu HTML vasitəsilə də edə bilərik, yəni sadəcə olaraq " blockquote " teqi bir neçə dəfə ard arda qeyd edilir. Məsələn, əgər üç abzas sağa çəkmək üçün mətn redaktorunda üç dəfə TAB düyməsini sıxırıqsa HTML də sadəcə olaraq üç dəfə " blockquote " teqi arda arda qeyd edilməlidir.
Komentariyalar
Növbəti HTML teqi rəylərə cavab verir yəni səhifədə görünməyən komentariyaları qeyd etmək üçün istifadə edilir. Əlbətdəki böyük saytlar yaradarkən hər hansı bir kodların nəyə yaradığını və ya müəyyən müddətdən sonra nəsə əlavə etməli olduğunuz bir şeyi yadda saxlamamaq üçün və ya hardasa qeyd etməmək üçün həmin bu kodlaşmada qeyd edə bilərsiniz. Bu cür komentariyalar brauzer tərəfindən əks olunmur və istifadəçi bunları görmür, brauzer komentariyalara çatdıqda onun emalını aparmadan sadəcə olaraq iqnor edir. Bu komentariyalar sadəcə sizin bir növ yaddaş kitabçanız və ya xırda qeydlərin aparılması üçün qaralama bloknotunuz ola bilər. Və yaxud da gələcəkdə kimsə digər bir adam bu kodlar üzərində işləyərkən artıq sizin qeyd etdiyiniz komentariyalar vasitəsilə hansı kodun nə üçün hər hansı bir formada qeyd edildiyini biləcəkdir. Komentariyalar səhifənin istənilən yerində qeyd edilə bilər, yalnız " title " elementi daxilində yazıldıqda əks oluna bilər. Bu səbəbdən də " title " elementləri daxiliində komentariyaların qeyd edilməsi düzgün deyildir. Beləki, " title " elementində komentariyalar nəzərə alınmır və nəticədə istifadəçilər onu görə bilirlər. Eyni zamanda " title " elmenti daxilində yazılan mətnlər axtarış sistemlərinin nəticələrində də indeksləşə bilər. Bu isə əlbəttəki bizə lazım deyil.
Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var. Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.