Table teqi
Tez-tez olurki bizə web səhifədə cədvəl ilə əks olunan müxtəlif verilənləri qeyd etmək lazım gəlir. Saytda cədvəl qurulması XHTML dilinin tələbinə uygun olaraq yalnız CSS ilə aparılmalıdır. Saytda cədvəl qurulması üçün Table teqi istifadə edilir.
Table teqi konteyner teqdir. CSS yaranana qədər istənilən web səhifənin əsasını cədvəllər təşkil edirdi. Yəni HTML-də cədvəl yalnız hansısa cədvəli əks etdirmək üçün deyil, eyni zamanda saytı Table teqi üzərində yığırdılar. Bu zaman əlbətdə saytda cədvəl qurulması ilə yaradılan saytlarda cədvəllərin sərhədlərini görünməz edirdilər. Görünməz sərhədləri olan cədvəllər uzun müddətdir veb-səhifələri yaratmaq üçün istifadə olunur, bu da sənədi modul bloklara bölməyə imkan verir. Cədvəllərdən istifadənin bu üsulu, təbəqələrdən istifadə edərək daha müasir tərtibat üsulu ilə əvəz olunana qədər bir çox saytlarda təcəssüm etdirildi. Yəni web səhifənin karkası Table teqi vasitəsilə yığılırdı. Lakin, vaxt gedirdi, dil özü də təkmilləşirdi və aydın olurdu ki, bu cür karkasın yığılması davam edə bilməz. Yəni hər hansısa cədvəli əks etdirmək üçün nəzərdə tutulan Table teqindən web səhifələrin karkasının yığılması düzgün və səmərəli deyildi. Nəticədə çoxmərtəbəli kodlaşma yaranırdı, və belə bir vəziyyətdə qatmaqarışıqlıq yarandığından kodla işləmək həddən artıq çətin və yorucu idi. Digər məqam isə ondan ibarət idi ki, Table teqi ilə yaradılan səhifələr brauzerlər tərəfindən gec yüklənirdi, çünki, bir birinin daxilində yerləşmiş bir neçə Table teqinin hesabatını aparmaq vaxt tələb edirdi.
Bu problem CSS-in yaranması ilə həll edildi, qısa müddət ərzində brauzerlər CSS-i dəstəklədilər və gələcəkdə CSS kursunu öyrənsəniz görəcəksiniz ki, CSS vasitəsilə saytı formatlaşdırmaq, onunla işləmək çox səmərəli və asandır. Bu səbəbdən də cədvəllərdən tam imtina edildi və onlardan yalnız istifadəçi üçün brauzerdə görünəcək yəni, hamımızın bildiyi, başa düşdüyü cədvəllərin əks olunması üçün istifadə edilir.
Table elementi cədvəlin məzmununu təyin edən elementlər üçün konteyner kimi xidmət edir. İstənilən cədvəl " tr " və " td " teqləri ilə təyin olunan sətir və xanalardan ibarətdir. Table elementi daxilində aşağıdakı elementlərdən istifadəyə icazə verilir: " caption ", " col ", " colgroup ", " tbody ", " td ", " tfoot ", " th ", " thead " və " tr ".
Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var. Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.