Sayt açmaq üçün nə etmək lazımdır?

Sayt açmaq üçün ilk növbədə biz bu sahəni metodiki cəhətdən öyrənməli, daha sonra isə praktiki olaraq öyrəndiklərimizi yoxlamalıyıq. Əlbəttə aydın məsələdir ki, öyrənəcəyimiz bilik kodlardır. Sayt açmaq üçün nə etmək lazımdır? dedikdə, bəli, ilk növbədə biz müxtəlif kodlaşdırma dillərini bilməliyik. Bunlar nişanlama, proqramlaşdırma və formatlaşdırma dilləri ola bilər. Sayt açmaq üçün istifadə edilən nişanlama dili olan HTML dili isə öyrənəcəyimiz ilk qeydiyyat dili olacaqdır.



Biz bu kursumuzdan etibarən sayt yığmağı öyrənmək məqsədini qarşımıza qoyuruq və öyrənəcəyimiz ilk kurs HTML kursudur. Beləliklə, HTML kursuna başlayırıq. Siz bu kursdan etibarən sayt yığmağı öyrənəcəksiniz. Sayt yığmağı öyrənməyə başlayarkən isə ilk növbədə HTML dilindən, yəni hipermətn nişanlanma dilindən başlamalısınız. Çünki bu dil bütün saytların əsasını təşkil edir. HTML mətn sənədlərinin nişanlanması üçün nəzərdə tululub və brauzerin oxuya biləcəyi hər hansı sənədi və ya səhifəni yaratmaq üçün istifadə edilir. HTML dilini öyrənməyə başlamazdan əvvəl giriş videoda ümumi anlayışlar, Sayt açmaq üçün nə etmək lazımdır?, saytlar necə işləyir?, server nədir?, və s. Suallarına cavab, istifadə edəcəyimiz soft ve s. məsələlər barədə qısaca məlumat vermək istərdim.

Saytlar necə işləyir?

Beləliklə, saytlar necə işləyir? Bu proses bizim brauzerin, yəni veb bələdçinin ünvan sətrində daxil olmaq istədiyimiz saytın adını yazdığımız andan, həmin səhifənin bizim brauzerimizdə əks olunma anına qədər hansı proseslərin baş verdiyini aydınlaşdıraq. İlk növbədə internet dedikdə biz bir-biri ilə əlaqəli olan kompyuterlərin məcmusunu başa düşürük. Bu kompyuterlerə serverlər deyilir. Hər bir serverin özünün unikal IP ünvanı vardır. Çünki, bu internet dediyimiz hörümçək torunda milyonlarla belə kompyuterlər vardır və onların müəyyən olunması üçün IP ünvanlardan istifadə edilir.

Server nədir?

İnternetdə 2 növ serverlər mövcuddur:
1. Birinci növ serverlər saytların yerləşdiyi əsas serverlərdir. Bəli, məhz yerləşdiyi. Çünki, hər bir sayt bir sıra fayllardan ibarətdir. Bu fayllar HTML, CSS, müxtəlif multimedia faylları – video, audio fayllar və s. Beləliklə, saytlar müxtəlif sayda və müxtəlif növdə fayllardan ibarət ola bilər. Əlbəttə bu fayllar müəyyən həcmə, ölçüyə malik olurlar və həcmindən asılı olaraq müəyyən yer tuturlar. Sizin üçün daha anlaşıqlı olsun deyə, kobud şəkildə desəm bu cür serverlərin funksiyası bir növ bizim mobil telefonumuz üçün aldığımız yaddaş kartlarının funksiyasına bənzəyir. Bu serverlerde saytın həcmindən , tutduğu yerdən asılı olaraq 1 saytdan tutmuş 10000, bəlkədə 100000 ə qədər sayt saxlana biler. Hətta elə saytlar vardır ki, onlara 1 server çatmır onlar bir neçə belə serverlər üzərinde saxlanılır. Belə saytların 20 milyon, 30 milyon istifadəçisi olur, ziyarət sayı çox olur, qeydiyyatçısı çox olur, və hər qeydiyyatçı özü üçün səhifə yarada bilir və bu səhifədə özü haqda məlumat yerləşdirir, şəkillər, video və audio fayllar əlavə edir və nəticədə bu saytlar böyük həcmə malik olur. Bu səbəbdən də onları bir serverdə yerləşdirmək olmur, yer çatmır və onlar bir neçə belə serverlərdə yerləşdirilir. Digər məsələ isə tək bir səhifəlik yalnız bir fayldan ibarət sadə sayt da ola bilər. Bu cür saytlardan serverdə 100000 dənə də yerləşdirmək olar.
2. Serverlərin ikinci nüvü isə bütun bu serverlərin bir-biri ile qarşılıqlı fəaliyyət göstərməsinin və həmçinin bizim kompyuterimizin internetdəki bu serverlərlə işinin, fəaliyyətinin təmin olunmasında iştirak edən yardımçı serverlərdir. Bunlara DNS serverlər deyilir. Bu serverlərin işi bizim brauzerin ünvan sətrində yazdığımız sayt adını məsələn, onlinekurs.az saytının hansı serverdə yerləşməsini müəyyən edir. Beləki bu ad internet üçün heç bir önəm daşımır, orada hər şey IP ünvanlar əsasında qurulub. Fərz edinki, DNS serverlər yoxdur və biz birbaşa serverlərə müraciət edə bilsək, o zaman biz bələdçidə onlinekurs.az yazıb bu serverlərə sorğu göndərsək onlar sadəcə bunu başa düşməyəcək və iqnor edəcək, nəticədə bizim sorğumuza cavab gəlməyəcək. Bu səbəbdən də bizim sorğumuz məhz DNS serverə göndərilir. DNS server onlinekurs.az saytının hansı İP ünvanlı serverdə yerləşdiyi müəyyən edir və ona müraciət edir. Bu zaman server həmin faylları toplayır və istifadəçinin kompüterinə yollayır. Daxil olan faylları istifadəçinin veb bələdçisi emal edir və əks etdirir. Bütün bu proses internet istifadəçisinin hansısa sayta daxil olmaq üçün göndərdiyi sorğunun və sorğuya aldığı cavabın işləmə mexanizmidir, pərdəarxası məqamlardır. Beləliklə, saytlar necə işləyir sizə məlum oldu. Göndərilən bu fayllar hökmən HTML faylıdır, həmçinin digər fayllar da ola bilər – CSS, şəkillər və s. fayllar. Bu cür saytlar statik saytlar adlanır. Həmçinin dinamik saytlar da vardır. Dinamik saytların yaradılmasında HTML-ə daxil edilmiş bir sıra xırda proqramlar vardır. Bunlara ssenari (script) də deyilir. Ssenari yaradılmasında istifadə edilən en populyar dil JavaScript dilidir. Həmçinin dinamik saytlara PHP və verilənlər bazası ilə işi təmin edən MySQL və s. proqramlar da daxildir.

HTML kodları

İndi isə bu saytların bizim brauzerdə nece əks olunduqları barədə qısaca danışaq. Saytlar necə işləyir? Əslində bizim istənilən saytda gördüyümüz mənzərə sadəcə HTML kodları vasitəsi ilə baş. Bələdçidə gördüyümüz hərhansı şəkil HTML kodlarında yoxdur. Bu şəkil hansısa qovluqda yerləşir. HTML kodlarında isə sadəcə bu şəkilin yerləşdiyi qovluğun ünvanı qeyd edilir. Nəticədə bələdçi həmin ünvan vasitəsilə şəkli əks etdirir. Həmçinin HTML kodlarında bu şəkilin mövqeyi də qeyd edilir yəni şəkilin sağdan, soldan, yuxarıda və ya aşağıda yerləşdirilməsi qeyd edilir. Beləliklə, istifadəçinin bələdçidə gördüyü hər bir element, yəni şəkil, video, audio, fleş fayllar, hiperistinadlar, cədvəllər, rənglər hər bir şey sadəcə HTML kodları vasitəsilə yazılır. Əlbəttə ilk dəfə bu cür hərf və simvolları gördükdə adama qorxulu gələ bilər, lakin burada çətin bir şey yoxdur, gələn dərslərimizdən bu HTML kodlarını praktiki cəhətdən öyrənməyə başladıqda hər şeyin çox asan olduğunu və məntiqə əsaslanlandığını görəcəksiniz.

saytlar necə işləyir

Sayt açmaq üçün nə etmək lazımdır

Saytın domeni və hostinq

Ödənişli sayt dedikdə nə nəzərdə tutulur? Bu saytın internetdə yayımlanması üçün biz hər ay və yaxud hər il pul ödəyirik. Beləliklə sayt açmaq üçün nə etmək lazımdır sualına növbəti cavabı – puldur. Ödənişli saytın internetdə yayımlanması üçün biz pulla nə alırıq? Bu saytımıza daha qısa özümüzə məxsus, isteyimizlə uyğunlaşan yeganə ad seçirik, pulunu ödəyirik - buna domen deyirlər. Misal olaraq www.onlinekurs.az bizim saytın domeni, yeni unikal adıdır. Bir də bu saytımızı içərisinə kontent əlavə etmək üçün hostinq yəni sade yolla desək saytımıza yerləşəcək yer alırıq. Hostinq saytın informasiyasını yerləşdirmək üçün yaddaşdır ki, biz bunu Hosting satan şirkətə müraciət edirik ki, o öz serverində bize yer ayırsın, yaddaş versin və biz orada sayt açaq və domenimizidə bu hosta yönləndirək. Hostinqin qiyməti təbii ki, yaddaşın az və ya çox olmasından asılıdır. Nə qədər böyük həcmli host alsaq bir o qədər baha olacaq. Hosta görə hər ay pul ödəyirik. Domenin ödənişi isə illik olur. .az domeni isə milli domen olduğu üçün bir az bahadır. Bu o qədər də baha deyil, qiymətlər barədə siz internetdən məlumat əldə edə bilərsiniz.

Domen bütün dünyaya açılan internetdə sənin saytının adı deməkdir. Məhz bu ad ilə biz brauzerlərdən istifadə edərək bu saytı tapa bilirik və ona baxa bilirik. Domenlər müxtəlif sonluqlu ola bilir. Bu sonluqlar müxtəlif kateqoriyalara bölünür - com, net, org, biz, ve.s. Bunlar daha populyar olan ümumi domenler:
com - commercial ( kommersiya )
edu - educational ( təhsil )
gov - goverment ( dövlət idarə və təşkilatları )
mil - military ( hərbi )
net - network ( şəbəkədə işi təmin edən təşkilatlar )
org - organization ( qeyri kommersiya təşkilatları )

Bunlar ümumi sayılan domenlərdir. Eyni zamanda ölkələrin adlarına görə həmin ölkəni təmsil edən domenlər də vardır. Bunlara regional domenlər də deyilir:
us - ABŞ
az - Azərbaycan
ru - Rusiya və s.

HTML dili

HTML dili ( Hyper Text Markup Language – Hiper Mətn Nişanlama Dili ) proqramlaşdırma dili deyil, o, mətn sənədlərinin nişanlanması üçün nəzərdə tutulub, yəni mətnin formatlaşması üçün. HTML brauzerin oxuya biləcəyi hər hansı sənədi və ya səhifəni yaratmaq üçün xüsusi hipermətn dilidir. HTML dili səhifələrdə mətn bloklarının, təsvirlərin yerləşdirilməsinə, cədvəllərin qurulmasına, sənədin və sənəddəki mətnin rənglərinin seçilməsinə, multimediya elementlərinin əlavə edilməsinə, hiperistinadların və bütün bu elementlər arasında əlaqələrin yaradılmasına imkan verir. HTML dilinin inkişaf tarixi 1989-cu ildə Oksford universitetinin tələbəsi Tim Berners Li tərəfindən hipermətnli sənəd sisteminin çıxarılması təklifi ilə başladı. 1990-cı ildə isə o bunu World Wide Web (Ümumdünya hörümçək toru) adlandırdı. Nəhayət, 1995-ci ildə HTML dilinin birinci versiyası - HTML 1.0 çıxdı. HTML 3.0 versiyasında cədvəllər əmələ gəlmişdi. HTML 4.01 1999-cu ildə standartlaşdı. Bundan sonra HTML dilinin təkmilləşməsi dayandırıldı. Çünki, faktiki olaraq bundan başqa heç nə etmək olmurdu. Bundan sonra HTML dilinin davamçısı XHTML (eXtensible HyperText Markup Language – Hipermətn nişan qoyma genişlənməsi) sayılır. Əslində Html ilə XHTML oxşardırlar, fərqləndirici xüsusiyyəti isə XHTML-in XML-i (Extensible Markup Language /genişlənən işarələmə dili) dəstəkləməsidir ve XHTML in HTML dilinə nisbətən daha ciddi yəni, tələbkar olmasıdır. Bu HTML dilinin vahid standart halına salınması üçün hazırlanmış bir layihə olsa da bu dildə sayt yaratmaq, işləmək çətin olduğu üçün özünü doğrulda bilmədi və hazırda HTML dilinin standartlaşdırılması dayandırılmış və HTML 5 hazırda ən son nişanlama dili versiyası kimi qəbul olunur.

Ser Timati Berners Lee həmçinin dünya hörümçək torunun standartlarını müəyyən edən təşkilatın – W3C konsersiumunun rəhbəridir. Bu konsersium internetin texnoloji standartlarını müəyyən edir, proqram və qurğu istehsalçıları isə bu standartlara əməl ədirlər ki, nəticədə internetdən istifadə daha səmərəli, uyğun, universal vğ asan olur. Yəni bu təşkilatın elan etdiyi vahid standartlar olmasa idi o zaman, müxtəlif proqram və qurğu istehsal edən şirkətlər, onlarınsa sayı həddən artıq çoxdur, və bu şirkətlərin hər biri istehsal etdikləri proqram və qurğular üçün fərdi standartlar müəyyən edəcəklərdi. Nəticədə internetdən istifadə səmərəsiz olardı və ümumiyyətlə xaos yaranardı.

Sayt yaradarkən ortaya çıxan əsas problemlərdən biri, müxtəlif brauzerlərdə səhifə elementlərinin fərqli təsvir olunmasıdır. W3C standartlarına uyğun kodlaşdırmanın aparılması bu problemi sadəcə qismən ortadan qaldırır. Heç bir brauzer W3C standartlarına tam uyğun deyil. Belə problemlərin ortaya çıxması brauzer istehsalçılarının, uzun illərdir müzakirə edilməsinə baxmayaraq, hələ də eyni standartların tətbiq etməməsidir.

Sayt açmaq üçün nə etmək lazımdır? sualına cavab vermək üçün gəlin indi isə bizə lazım olacaq softdan danışaq, yəni biz HTML faylı yaradarkən hansı proqramlardan istifadə edəcəyimiz barədə danşaq. Bir çox pullu proqramlar vardır. Bu proqramlar istər əl ilə kodlaşdırma, istərsə də xüsusi sadələşdirilmiş proqramlar vasitəsi ilə məsələn, Dreamweaver proqramı vasitəsi ilə yazmaq mümkündür. Dreamweaver proqramında hansısa kodu əl ilə yazmağa ehtiyac yoxdur, siz hətta heç kodlaşmanı bilməsəniz də bu proqramdan istifadə etmək bacarığınız varsa istənilən saytı yarada bilərsiniz. Burada sadəcə olaraq adi mətn redaktorlarında yazdığımız eyni cür qeydiyyatı aparırıq, kodlaşmanı isə proqram özü avtomatik qeyd edir. Əlbətdəki bu kimi proqramlarla işləmək sizin professional webmaster olacağınıza heç cür təminat verə bilməz. Yəni bu cür proqramın yoxluğunda siz istənilən problemin qarşısında əlacsız qalacaqsınız. Əlbətdə söhbət profesionallıqdan gedirsə kodlaşdırma dilini bilməyiniz vacibdir, və yalnız kodlaşdırma dilini bildikdən sonra işinizi asanlaşdırmaq və vaxtınıza qənaət etmək məqsədi ilə bu kimi proqramlardan istifadə edə bilərsiniz. Sizə bir məsləhət də verimki çoxlarının buraxdığı səhvləri siz də etmeyin, yəni kodlaşdırma dilini bilmədən bir çox sayt hazırlayan proqramları öyrənməyə can atmayın, ilk növbədə kodlaşdırmanı öyrənin, onların nə işə yaradıqları və necə işlədiklərini, yəni mexanizmini dərk etməsəniz bu sahədə daim qavramada probleminiz olacaqdır.

Beləliklə, biz bu kursumuzda yalnız HTML dilini öyrənəcəyik, və yalnız pulsuz proqramlardan istifadə edəcəyik. Bu proqramlar hansılardır: ilk növbədə kodu harada yazacağıq? Siz komputerin standart proqram paketində olan mətn sənədindən istifadə edə bilərsiniz. Buna Windows-un bloknotu da deyilir. Lakin, mən size Notepad++ proqramını yükləməyinizi məsləhət görürəm. Bu proqramın özəlliyi ondan ibarətdirki, burada kodların rənglənməsi vardır, o kodlarla işləməyi bacarır və burada həmçinin eyni anda bir neçə fayl ilə işləmək rejimi də vardır. Həmçinin bizə səhifənin fərqli brauzerlərdə necə təsvir olunacağını görməyimiz üçün Opera, Mozilla firefox, Chrome, Safari kimi brauzerləri də kompyuterinizə yükləməyiniz lazımdır. İnternet explorer brauzeri sizin kompyuterinizdə vardır, bu brauzer az işlənən olsa da, saytınızın bütün brauzerlərdə necə təsvir olunacağını bilməlisiniz. Ümumiyyətlə çalışmalıyıq ki saytımız istənilən web bələdçi tərəfindən problemsiz əks olunsun. Əsas bu 5 brauzerin olması kifayətdir, beləki yerdə qalan digər brauzerlər məhz bunların mühərrikləri əsasında yığılırlar ve onları yükləməyinizə ehtiyac yoxdur.


Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var.
Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.