Dəniz heyvanları ingiliscə

Bu dərsdə ingilis dilində dəniz heyvanları mövzusuna dair yeni sözlər öyrənəcəyik. İngilis dilini öyrənərkən suda yaşayan heyvanların adlarını bilmək son dərəcə vacibdir. İngilis dilində suda yaşayan heyvanlar "sea animals", "marine animals", "underwater animals" və ya "water animals" adlandırılır. "Aquatic" termini işlətdikdə isə həm duzlu həm də şirin suda yaşayan heyvanlar nəzərdə tutulur. İngilis dilində həm suda, həm də sudan kənarda yaşaya bilən heyvanlar isə "Amphibians" və ya "Amphibious animals" adlandırılır.


Dəniz heyvanları ingilis dilində

İngilis dilində dəniz heyvanları

Bu dərsimizdə ingilis dilində dəniz heyvanlarının adlarından danışacağıq. Keçən dərslərimizin birində biz quruda yaşayan ev heyvanları, və həmçinin vəhşi heyvanlar mövzularını öyrəndik. İndi isə ingilis dilində dəniz heyvanlarının adlarını öyrənək.

İngilis dilindən istifadə edərək müəyyən bir dəniz heyvanını necə təsvir edə biləcəyinizi heç düşündünüzmü, və belə bir anda doğru və lazımlı sözü tapmaqda çətinlik çəkdinizmi? Əgər belədirsə, o zaman dəniz heyvanlarının adlarını öyrənmək, mövcud söz ehtiyatınıza əlavə etməklə yanaşı, bu heyvanlardan bəhs edərkən sizin də söhbətə aktiv qoşulmaq üçün əla bir yoldur. Balıqların, dəniz məməlilərinin adlarını öyrənmək istəsəniz və ya bəlkə də köpək balığı kimi bir dəniz heyvanı haqqında danışmaq istəsəniz, bu dərs bütün vacib dəniz heyvanlarının adlarını ingilis dilində öyrənməyi və yadda saxlamağınıza kömək edəcək.

Dəniz heyvanlarının görünüşünə və davranışlarına görə təsnif edilə biləcəyini bilirdinizmi? Mollusklar onurğasız su heyvanları qrupudur, yəni onurğası yoxdur. Kalmar, oktapot, mürekkepbalığı, dəniz ilbizi, şlak, tarak və s. mollusklardır. Mollusklara ingilis dilində "Molluscs" deyilir. Digər təsnifat qrupuna xərçəngkimilər daxildir. Xərçəngkimilər, sərt bir qabığa malik olan su heyvanları qrupudur. Bu qrupa yengeç, lobster, xərçəng və s. daxildir. Bir çox xərçəngkimilər okeandakı ölü canlılarla qidalanırlar. Ancaq bəzi xərçənglər və yengeçlər aktiv yırtıcılardır. Xərçəngkimilərə ingilis dilində "Crustaceans" deyilir.

"Crayfish ""Lobster" arasındakı fərq nədir?

Xərçəng və omarları adətən bir çoxları qarışdırırlar. Hətta bəzi regionlarda onların hər ikisinə "Crayfish " və ya "Lobster" deyirlər. Bəs əslində xərçəng və lobster arasındakı fərq nədir? Əlbəttə, onları ayırd etmək çətindir, nəticədə onlar inanılmaz dərəcədə oxşar görünürlər. Hər ikisi suda yaşayır, sərt ekzoskeletləri və böyük kəlbətinə oxşar əlləri var. Xərçəng və lobster həm xərçəngkimilər, həm də onurğasızlardır, həyatları boyu dəfələrlə sərt ekzoskeletlərini tökürlər. Onların hər ikisi dekapoddur və on ayağı var. Beləliklə, əgər onların çoxlu ortaq cəhətləri varsa, yəqin ki, "xərçəng və lobster arasındakı fərq nədir?" sualı sizi maraqlandırır. Bəli, oxşarlıqlarına baxmayaraq, hələ də bəzi əsas fərqlər var və xərçəng və lobster arasındakı fərq onları bir birindən ayırmağı asanlaşdırır. Həqiqət budur ki, onlar əslində iki tamamilə fərqli növdür. Bəs onlar həqiqətən nə qədər oxşardırlar? Xərçəng və omar arasındakı fərqin nə olduğunu bilmək üçün başlanğıc olaraq ölçülərində böyük fərq olduğunu və onların fərqli qidalarla qidalandığını deyə bilərik. Bununla belə, xərçəng və lobster arasındakı bəlkə də ən mühüm fərq, onların tamamilə fərqli yerlərdə yaşamalarıdır - biri dənizdə, digəri isə çaylarda və göllərdə yaşayır.

Xərçəng və omar arasındakı fərqlərdən biri onların ölçüsüdür. Xərçənglər lobsterlərdən çox kiçikdir və uzunluğu 5 ilə 15 sm arasında dəyişir. Lobsterlər daha böyükdür və adətən 20 ilə 50 sm arasındadır, lakin bəziləri hətta bir neçə 50 sm-dən artıq uzunluğa qədər ola bilər.

Xərçəng və lobster arasındakı fərqi müəyyən etməyin asan yollarından biri də yaşadıqları yerə baxmaqdır. Xərçənglər şirin sulu çaylarda, göllərdə, gölməçələrdə və dərələrdə, lobsterlər isə dənizlərdə və okeanlarda duzlu suda yaşayır. Bununla belə, hər ikisi dibdə yaşayanlardır və qayaların altında və palçıqlı diblərdəki yarıqlarda gizlənməyi sevirlər.

Xərçəng və lobster arasındakı digər fərq onların rəngidir. İlk baxışdan xərçəng və omarın rəngi arasında çox da fərq yoxdur - xərçənglər tünd göy, yaşıl və ya qara, omar isə yaşılımtıl mavi və ya yaşılımtıl qəhvəyidir. Bununla belə, lobsterləri bəzən albinos, qırmızı, narıncı və ya mavi də daxil olmaqla müxtəlif parlaq rənglərdə görmək olar.

Xərçəng və lobster arasındakı fərq onların qidalanmaları da ola bilər. Xərçəng və lobsterlərin də fərqli qidalanır, baxmayaraq ki, hər ikisi hər şeyi yeyəndir. Lobster əsasən xırda balıqlar, mollyuskalar, ilbizlər, bəzi bitkilər və digər kiçik xərçəngkimilər ilə qidalanır. Xərçənglər bitkilərin, qurdların, həşəratların, ölü bitki və heyvanların qarışığı ilə qidalanır. Xərçəng və lobster arasındakı fərqlərdən biri də sizə maraqlı gələcək - bu onların yaşam ömrüdür. Lobsterlərin və xərçənglərin çox fərqli ömürləri var. Növlərdən asılı olaraq xərçənglər 1 ildən 20 ilə qədər yaşayır. Ancaq lobsterlər ümumiyyətlə 100 ilə qədər yaşayırlar. Təəccüblüdür ki, bəziləri hətta bundan çox daha yaşaya bilər və indiyə qədər tutulan ən yaşlı omarın 140 yaşında olduğu təxmin edilir. Onların uzunömürlülüyünün sirrinin DNA-nı bərpa edən bir ferment olan telomeraza ilə bağlı olduğu güman edilir.

Beləliklə, zənn edirəm ki biz xərçəng və lobster arasındakı fərq nədir? sualını cavablandıra bildik. Onu da qeyd edim ki, Amerikada xərçəng "crawfish", "crayfish" və hətta "crawdads" adlandırıla bilər. Əslində bu eyni bir heyvana müxtəlif bölgələrdə verilən addır. Məsələn, Luizanada ən çox "crawfish" deyirlər, şimal ştatlarda "crayfish", Qərbdə yaşayanlar, eyni zamanda Arkanzas, Oklohoma və Kanzas camaatı adətən "craüdad" deyir.

İngilis dilində Dəniz heyvanları

İngilis dilində dəniz heyvanları

Dəniz heyvanları mövzusunda ingilis dilində deyim və atalar sözləri

"Fish begins to stink at the head." - Balıq başdan iy verməyə başlayır.

"As like as an apple to an oyster." - Alma dəniz ilbizinə oxşayan kimi oxşayır. (Tam fərqli, oxaşar olmayan iki fərqli şey mənasında.)

"It is a silly fish, that is caught twice with the same bait." - Eyni yemlə iki dəfə tutulan axmaq bir balıqdır. (Azərbaycanca analoqu: - Eşşək bir batdığı yerə bir də batmaz.)

İngiliscə dəniz heyvanlarının adlarının yazılış və tələffüzü.

[ fɪʃ ] Balıq
[ ʃɑːk ] Köpək balığı
[ weɪl ] Balina
[ ˈdɒl.fɪn ] Delfin
[ siːl ] Suiti
[ ˈwɔːl.rəs ] Morj
[ mænəˈtiː ] Dəniz inəyi
[ ˈkɪl.ər weɪl ] Orka
[ ˈsɔːd.fɪʃ ] Qılınc balığı
[ ˈnɑːwəl ] Narval
[ ˈstɪŋ.reɪ ] Skat
[ ˈɒk.tə.pəs ] Osminoq
[ skwɪd ] Kalmar
[ ˈkʌt.l̩.fɪʃ ] Mürəkkəb balığı
[ ˈdʒel.i.fɪʃ ] Meduza
[ kræb ] Yengəc
[ ˈkreɪ.fɪʃ ] Xərçəng
[ ˈlɒb.stər ] Omar
[ ʃrɪmp ] Krivet
[ ˈher.ɪŋ ] Siyənək
[ ˈsæm.ən ] Qızılbalıq
[ kɑːp ] Çəki balığı
[ ˈstɜː.dʒən ] Nərə
[ traʊt ] Alabalıq
[ ˈkæt.fɪʃ ] Naqqa balığı
[ ˈflaʊn.dər ] Kambala
[ ˈmæk.rəl ] Skumbriya
[ paɪk ] Durnabalığı
[ spræt ] Şprot
[ sɑːˈdiːn ] Sardina
[ pɜːtʃ ] Xanı balıq
[ briːm ] Çapaq
[ iːl ] İlan balığı
[ ˈlaɪ.ən fɪʃ ] Şir balığı
[ ˈplæt.ɪ.pəs ] Ördəkburun
[ siː hɔːs ] Dəniz atı
[ ˈɔɪ.stər ] Dəniz ilbizi
[ siː ˈɜː.tʃɪn ] Dəniz kirpisi
[ ˈstɑː.fɪʃ ] Dəniz ulduzu
[ ʃel ] Balıqqulağı
[ ˈkɒr.əl ] Mərcan
[ siː əˈnem.ə.ni ] Dəniz anemonu
[ ˈsiː.wiːd ] Dəniz yosunu
[ ˈkæv.i.ɑːr ] Kürü

Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var.
Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.