Vəhşi heyvanlar ingiliscə
Bu dərsdə vəhşi heyvanlar ingiliscə mövzusuna dair yeni sözlər öyrənəcəyik.
İngilis dilində vəhşi heyvan adları
Bu dərsimizdə ingilis dilində vəhşi heyvan adlarından danışacağıq. Əlbətdəki bu vəhşi heyvanların bir çoxuna Azərbaycanda rast gəlinmir. Lakin, bu o demək deyil ki, biz vəhşi heyvanlar ingiliscə mövzusuna dair yeni sözlər öyrənməyək. Biz ən azından ən tanınmış vəhşi heyvan adlarını ingilis dilində bilməliyik. Keçən dərsimizdə biz ev heyvanları ingiliscə mövzusunu keçdik. Eyni zamanda Siz Dəniz heyvanları ingilis dilində və İngilis dilində quşlar mövzularını da öyrənməyiniz məsləhət olardı. Bu mövzuları mənimsədikdən sonra, istər Afrika Safarisində, istərsə də Avstraliya və ya Amerika zooparklarda gidlərin danışdıqlarını və yaxud hərhansı bir xarici həmsöhbətiniz ilə ingilis dilində heyvanlar barəsində söhbət edərkən qaranlıq məqamlarınız qalmayacaq. Yeri gəlmişkən siz öz ingilis dili bazanızı heyvanlar haqqında müxtəlif verilişlərə originalda yəni ingilis dilində baxa bilərsiniz. Bu sizin həm dünya görüşünüzü artırmaqda, həm də ingilis dili öyrənmək üçün ən gözəl vasitə ola bilər.
Qeyd etmək lazımdır ki, gündəlik vəziyyətlərdə və real həyatda "he" və "she" əvəzlikləri heyvanlarla əlaqəli olaraq işlənmir. Əksər hallarda cansız cisimlərə istinad edərkən istifadə olunan "it" əvəzliyindən istifadə etməlisiniz. Misal üçün: "This is a crocodile. It is green long and fierce."
Lakin, nağıllarda və hekayələrdə heyvanlar fərdiləşdirilir və "he" və "she" əvəzlikləri ilə işlədilə bilir.
Azərbaycan dilində olduğu kimi, ingilis dilində də heyvanlara xas xüsusiyyətlər insanlara uyğunlaşdırılır. Bəzi hallarda, bir insanın atda olan güc və dözümlülüyünə sahib olduğunu söyləyə bilərik, bu müqayisə ingilislərdə və bizim dilimizdə üst - üstə düşür. Misal üçün: "Mike was strong as a horse and he could easily make fifteen kilometers on foot." - Mayk at kimi güclü idi və asanlıqla on beş kilometr piyada gedə bilirdi.
Digər tərəfdən isə biz ingilis dilini öyrənərkən mentalitet fərqlərimizi də nəzərə almalıyıq. Beləki, dözümlülüyün və gücün atla hər iki dilin daşıyıcısı müqayisələndirə bilsə də, bəzi bu cür müqayisələndirmələr mental dəyərlər, dünyagörüşü və digər aspektlərdən dolayı, səhv başa düşülə bilər, və ya hətta təhqir mənasında da yozula bilər. Misal olaraq vəhşi heyvanlarla müqayisələndirəndə bunu canavar və meymunun timsalında aydın görmək olar. Biz canavara qorxulu, yırtıcı bəzi hallarda hətta bu heyvana nifrətlə yanaşa bilərik. Lakin, biz heç zaman bu vəhşi heyvanı ağılsız kimi qiymətləndirmirik. Çünki, canavar heç də ağılsız heyvan deyil. Lakin, ingilislərdə bu heyvan hər hansı bir ağılsız insanla müqayisələndirilə bilər: "Brian’s as stupid as a wolf" - Brayn canavar kimi ağılsızdır. Əlbətdə, biz Azərbaycan dilində bu cür müqayisələndirmə etmərik. Azərbaycanca biz bu cür müqayisələndirməni canavar ilə yox daha çox qoyunlar edərdik. Lakin gördüyünüz kimi, ingilislərdə bu belə deyil. İngilislərin meymunlara münasibəti daha da maraqlıdır. Bir insanın meymun kimi ağıllı olduğunu söyləsək, çox güman ki, bunu təhqir kimi qəbul edəcək, lakin ingilislər üçün bu ən böyük tərifdir: "Martha has finished her school with honors – she’s as clever as a monkey." - Marta məktəbini fərqlənmə diplomu ilə bitirdi - o, meymun qədər ağıllıdır.
Vəhşi heyvanlar mövzusunda ingilis dilində deyim və atalar sözləri
"Who keeps company with the wolf will learn to howl." - Canavarla oturub duran ulamaği öyrənər. (Azərbaycanca analoqu: - Atı atın yanına bağlasan həmrəng olmasa da, həmxasiyyət olar.)
"To set the wolf to keep the sheep." - Qoyunlara nəzarəti canavara vermək. (Azərbaycanca analoqu: - Quzunu qurda tapşırmaq.)
"Catch the bear before you sell his skin." - Dərisini satmazdan əvvəl ayını tut. (Azərbaycanca analoqu: - Çayı atlanmamış hop demə.)
"А living dog is better than a dead lion." - Diri it ölü şirdən yaxşıdır.
"The lion’s share." - Aslan payı. (Nəinsə böyük, çox hissəsi.)
"If you run after two hares, you will catch neither." - İki dovşan arxasınca qaçsan, heç birini tutmazsan.
"Better be the head of a dog than the tail of a lion." - Bir itin başı olmaq, aslan quyruğu olmaqdan daha yaxşıdır.
"The leopard cannot change its spots." - Bəbir ləkələrini dəyişə bilməz. (Azərbaycanca analoqu: - Qozbeli qəbir düzəldər.)
"The last straw breaks the camel's back." - Son saman dəvənin belini sındırır.
"The camel going to seek horns lost his ears." - Buynuz axtarmağa gedən dəvə qulaqlarını itirdi. (Azərbaycanca analoqu: - Çox istəyən azdan olar.)
İngiliscə vəhşi heyvanların adlarının yazılış və tələffüzü.
|
[ waɪld ˈæn.ɪ.məlz ] | Vəhşi heyvanlar |
|
[ beə(r) ] | Ayı |
|
[ ˈzeb.rə ] | Zebra |
|
[ ˈbiː.vər ] | Qunduz |
|
[ wʊlf ] | Canavar |
|
[ ˈtɜː.tl̩ ] | Tısbağa |
|
[ ˈkrɒk.ə.daɪl ] | Timsah |
|
[ ˈtaɪ.ɡər ] | Pələng |
|
[ ˈlaɪ.ən ] | Aslan |
|
[ ˈlep.əd ] | Bəbir |
|
[ ˈpæn.θər ] | Pantera |
|
[ fɒks ] | Tülkü |
|
[ dɪər ] | Maral |
|
[ elk ] | Sığın |
|
[ ˈreɪn.dɪər ] | Şimal maralı |
|
[ ˈel.ɪ.fənt ] | Fil |
|
[ dʒɪˈrɑːf ] | Zürafə |
|
[ ˌhɪp.əˈpɒt.ə.məs ] | Begemot |
|
[ raɪˈnɒs.ər.əs ] | Kərkədan |
|
[ ˈlɪz.əd ] | Kərtənkələ |
|
[ sneɪk ] | İlan |
|
[ frɒɡ ] | Qurbağa |
|
[ ˈpəʊ.lər beə(r) ] | Qütb ayısı |
|
[ ˌkæŋ.ɡərˈuː ] | Kenquru |
|
[ ˈmʌŋ.ki ] | Meymun |
|
[ heər ] | Dovşan |
|
[ ˈskwɪr.əl ] | Dələ |
|
[ ˈhedʒ.hɒɡ ] | Kirpi |
|
[ maʊs ] | Sıçan |
|
[ ræt ] | Sıçovul |
|
[ ˈæntˌiː.tər ] | Qarışqayeyən |
|
[ ˌɑː.məˈdɪl.əʊ ] | Armadil |
|
[ ˈbædʒ.ər ] | Porsuq |
|
[ ˈtʃɪp.mʌŋk ] | Sincab |
|
[ ˈmɪəkæt ] | Surikat |
|
[ ˈwɔːthɒɡ ] | Çöl donuzu |
|
[ haɪˈiː.nə ] | Kaftar |
|
[ ˈdʒæk.əl ] | Çaqqal |
|
[ lɪŋks ] | Vaşaq |
|
[ ˈmɑːtɪn ] | Sansar |
|
[ məʊl ] | Köstəbək |
|
[ ˈmɒŋ.ɡuːs ] | Manqust |
|
[ rækˈuːn ] | Yenot |
|
[ ˈɒt.ər ] | Su samuru |
|
[ sləʊθ ] | Ərincək |
Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var. Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.