İngilis dilində quşlar

Bu dərsdə ingilis dilində quşlar mövzusuna dair yeni sözlər öyrənəcəyik.


İngiliscə quş adları

İngilis dilində quş adları

Bu məqalədə ingilis dilində quş adlarından danışacağıq. Bu gün nəzərdən keçirəcəyimiz ingilis dilində quş adları mövzusu olduqca geniş və çoxşaxəlidir. Çətinliyinə baxmayaraq, hər vəziyyətdə özünə güvənmək istəyənlər və əlbətdəki ingilis dilində hərtərəfli ve geniş söz lüğətinə sahib olmaq istəyənlər ingilis dilində quş adları mövzusunda olan leksikona da yiyələnməli olacaqlar. Söz ehtiyatınızı artıraraq, hər sahədə leksikonunuzu genişləndirdikcə hər gün xaricilərlə ünsiyyət qurmağın asanlaşdığını başa düşəcəksiniz.

İngilis dilində quş adları, heyvanların və quşların öyrənilməsi çərçivəsində hər vasitə ilə işlənməli və öyrənməli olan bir mövzudur. Bu söz ehtiyatını özünüz edə biləcəyiniz "kartlardan" istifadə edərək öyrənmək daha yaxşıdır. Kartın bir tərəfinə sözü ingiliscə, digər tərəfinə isə tərcüməsini Azərbaycan dilində yazın. Kartı çevirmək və tərcüməni yoxlamaq lazım olmayana qədər bu sözləri öyrənin. Bu, bütün söz ehtiyatlarının sizin beyninizdə dərindən həkk olacağına dair yoxlanılmış bir vasitədir. Hamısı ilə tanış olduqdan və üzərində yazılanların sözlərin hamısını öyrəndikdən sonra da kartları nəzərdən keçirməyi və mütəmadi olaraq təkrarlamağı unutmayın.

İngilis dilində quş adları ilə yanaşı digər heyvanların da adlarını da bilməyiniz yaxşı olardı. Bu baxımdan keçən dərslərimizdə keçdiyimiz Ev heyvanları mövzusuna dair ingiliscə sözlər mövzusuna da baxmağınız məsləhət olar. Siz eyni zamanda Vəhşi heyvanlar ingilis dilində mövzusunu dair lüğəti də öyrənə bilərsiniz.

Əlbətdəki bizim ornitoloq olmaq fikrimiz yoxdur, ancaq ingilis dilində əsas quşlar adlarının nəcə adlandırıldığını bilməlisiniz. Bəzilərinin adları ingilis dilində olduğu kimidir, buna görə də belə quş adlarını öyrənməyə ehtiyac qalmayacaq, məsələn: "pelican" - pelikan və ya "flamingo" - flaminqo və s. Digər quş adları ingilis dilində bu quşlarla ilk dəfə tanış olanda ortaya çıxdı və quşun müəyyən xüsusiyyətlərini göstərən özəlliklərə uyğun adlandırıldı. Bu vəziyyətdə onların birbaşa tərcüməsi var, məsələn: "mockingbird" - lağ edən quş. Amerikaya köçənlər bu quşları ilk dəfə eşidəndə ətrafdakı meşələrdə əsl şeytanların yaşadığını düşündülər.

Ümumiyyətlə, "bird" sözü ingilis dilində kifayət qədər sayda quşun adlarına daxil edilmişdir, məsələn: "humming-bird" - kalibri. Sözün əsl mənasında tərcümə olunarsa, "jıjıldayan", "səs-küylü" quş kimi tərcümə olunar. Əslində bu kiçik canlı qanadlarını elə sürətlə çırpır ki, yaxınlıqda olanda xarakterik bir səs - küy eşidə bilərsiniz. Bu səs, bir növ arı səsinə oxşardır, Bundan əlavə kalibrilərdə arılar kimi havada eyni nöqtədə asıla bilir və hətta tərsinə - arxaya doğru da uça bilirlər. Kalibrini arılar ilə ən çox oxşar cəhətləri, arılar kimi çiçək nektarından qidalanmalarıdır.

Beləliklə, təbiətdə hansı quşlara rast gələ biləcəyimizi nəzərdən keçirək:

İngilis dilində quş adları

İngilis dilində quş adları

Diqqət yetirdinzsə, bəzi quşların adları çıxartdıqları səslərə uyğundur, məsələn,
"caw" - qarğa səsi (qar-qar) və "crow" - qarğa. Digər quşlara adlar onların rəng çalarlarına və hətta ölçülərinə görə verilirdi.

Quşlara aid ingilis dilində deyim və atalar sözləri

İngilis dilində quş adları ilə bağlı olan bir çox atalar sözləri və frazeoloji birləşmələr var:

"One swallow does not make a summer." - Bir qaranquş hələ yay demək deyil.

"Get up with the lark." - Torağayla qalxmaq (oyanmaq) (Azərbaycanca analoqu: - Cıtrdanla qalxmaq.)

"Sing like a lark." - Torağay kimi oxumaq (sevincdən, xoşbəxtlikdən)

"Сrows do not pick crow's eyes" - Qarğalar qarganın gözünü çıxartmır. (Azərbaycanca analoqu: - İt, itin ayağını taptalamaz.)

"Fine feathers make fine birds." - İncə tüklər gözəl quşlar yaradır. (Azərbaycanca analoqu: - Gözəllik ondu, doqquzu dondu.)

"Birds of a feather flock together." - Quşlar çalarlarına görə cəmləşər. (Azərbaycanca analoqu: - Kor koru tapar, su da çuxuru, və ya Taylı tayını tapar. )

"A bird in the hand is worth two in the bush." - Kolda iki quşdansa əldə bir quş yaxşıdı. (Azərbaycanca analoqu: - Soğan olsun, nəğd olsun.)

"A bird may be known by its song." - Bir quş mahnısı ilə tanına bilər.

"The early bird catches the worm." - Erkən quş qurdu tutur. (Azərbaycanca analoqu: - Tez oyananın ruzisi bol olar)

"Little pigeons can carry great messages." - Kiçik göyərçinlər böyük mesajlar daşıya bilərlər.

"An empty hand is no lure for a hawk." - Boş əl şahin üçün cazibə deyil. (Havayı heçnə olmur mənasında)

İdiomatik bir ifadə olaraq, "as the crow flies" ifadəsi işlədilirsə o zaman bu - kəsə yol deməkdir.

Tez - tez danışıqda "stiffen the crows!" ifadəsini eçidə bilərsiniz. Bu əsəbiliyi və ya sürprizi ifadə edən və "Aydaa!", və ya "Lənət olsun!" kimi mənaları ifadə edir.

"Dove" sözü yalnız quş adından daha çox məna verə bilər. Çox vaxt Amerikada "Dove", məsələnin sülh yolu ilə həll edilməsinin tərəfdarı olanları adlandırırlar. Azərbaycan dilində də biz onlara "sülh quşu" deyirik. Sevgi dolu bir söz olaraq, çoxları öz sevdiklərinə və əzizlərinə "dove" olaraq müraciət etmək üçün istifadə edir.

"Night owl" ifadəsini, gec saatlara qədər internetdə oturan müasir gənclərlə əlaqələndirmək olduqca yerinə düşərdi. Azərbaycan dilində də gec yatanlara bayquş deyirik.

İngiliscə quş adlarının yazılış və tələffüzü.

[ bɜːd ] Quş
[ ˈspær.əʊ ] Sərçə
[ kreɪn ] Durna
[ ˈwʊdˌpek.ər ] Ağacdələn
[ krəʊ ] Qarğa
[ swɒn ] Qu quşu
[ ˈiː.ɡl̩ ] Qartal
[ ˈfɒl.kən ] Şahin
[ hɔːk ] Qırğı
[ aʊl ] Bayquş
[ ˈswɒləʊ ] Qaranquş
[ ˈpɪdʒ.ən ] Göyərçin
[ ˈkʊk.uː ] Ququ quşu
[ ˈnaɪ.tɪŋ.ɡeɪl ] Bülbül
[ ˈpær.ət ] Tutuquşu
[ lɑːk ] Torağay
[ stɔːk ] Leylək
[ fləˈmɪŋ.ɡəʊ ] Flaminqo
[ ˈmæɡ.paɪ ] Sağsağan
[ kweɪl ] Bildirçin
[ ɡʌl ] Qağayı
[ ˈkɔː.mər.ənt ] Qarabatdaq
[ ˈher.ən ] Vağ
[ ˈpeŋ.ɡwɪn ] Pinqvin
[ ˈɔː.ri.əʊl ] Sarıköynək
[ bæt ] Yarasa
[ ˈpel.ɪ.kən ] Qutan
[ ˈbʌstəd ] Dovdaq
[ ˈɒs.trɪtʃ ] Dəvəquşu
[ ˈfræŋkəʊlɪn ] Turac
[ ˈpiː.kɒk ] Tovuzquşu
[ ˈhuːpuː ] Şanapipik
[ ˈtɔmˈtɪt ] Alacəhrə
[ ˈkɪŋˌfɪʃ.ər ] Balıqçıl
[ ˈhʌm.ɪŋ.bɜːd ] Kolibri
[ ˈpɑː.trɪdʒ ] Kəklik
[ hɔːn bɪl ] Hind kalao
[ ˈfez.ənt ] Qırqovul
[ ˈvʌl.tʃər ] Leşyeyən

Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var.
Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.