Ət məhsulları ingilis dilində
Bu dərsdə ət məhsulları ingilis dilində mövzusuna dair yeni sözlər öyrənəcəyik.
Ət və ət məhsulları ingiliscə
Ət və ət məhsulları insanın qidasında xüsusi yer tutur. Ət məhsulları üçün əsas xammal mal, qoyun, donuz və ev quşları hesab edilir. Dünyanın müxtəlif ölkələrinin mətbəxlərində ev heyvanlarının ətindən hazırlanan çoxlu yeməklər var. Bu dərsdə İngilis dilində müxtəlif növ ət və ət məhsullarının adlarını öyrənəcəyik. Bu dərslə yanaşı ingilis dilində mətbəx mövzusunda olan sözləri öyrənməyiniz məsləhət olardı.
Mətbəx sizin sahəniz olmasa belə, ət və ət məhsullarının növlərinin ingiliscə adlarını bilmək lazımdır. Hər kəs inəyin ətinin mal əti olduğunu bilir, lakin, biz donuz ətini - donuz əti deyə adlandırırıq, qoyunun ətinə isə sadəcə qoyun əti deyirik. Hər şey məntiqli və çox sadədir: ətin adı heyvanın adından gəlir (istisna: mal əti). İngilis dilində hər şey o qədər də sadə deyil. Bu baxımdan ət və ət məhsullarının ingiliscə adlandırılması xeyli fərqlənir. Sizi yeni ət və ət məhsulları ingiliscə lüğəti ilə tanış etməzdən əvvəl ingilis dilinin tarixinə biraz nəzər yetirməyinizi təklif edirəm. 1066 -cı ildə Fateh Uilyamın başçılıq etdiyi Normanlar və Bretonlar indiki Fransanın sahillərini keçərək İngiltərəni fəth etdilər. Bu tarixi an yüzlərlə fransız sözünün ingilis dilinə nüfuz etməsinin başlanğıcı idi. Sonrakı üç yüz il ərzində İngilis kral sarayının dili fransız dili idi.
Qədim vaxtlardan dadlı və əsrarəngiz mətbəx həmişə bir çox ölkədə zadəganların imtiyazı olmuşdur. Orta əsr İngiltərəsi də istisna deyildi. İngilis dilində yerli sözlərin istifadəsi aristokratik mətbəxlərdə səviyyəsiz və pis qarşılanırdı və fransız dilində mətbəx terminologiyasını bilmək aşpazlar üçün daha üstün sayılırdı, və belə aşpazlar daha səviyyəli sayılırdılar, bişirdikləri yeməkləri tanıtım zamanı fransız sözlərindən istifadə etmək sahiblərinə bir növ yüksək səviyyəli xidməti nümayiş etdirirdi. Beləliklə, müasir ingilis dilində ət və ət məhsullarını ingiliscə təsvir etmək üçün istifadə olunan sözlərin fərqliliyi bu səbəbdəndir. Məsələn, biz donuzun ətinə sadəcə olaraq - donuz əti deyirik. İngilislər isə fransız sözü olan "porc" sözündən götürülmüş "pork" sözü ilə ifadə edirlər. Eyni vəziyyət mal ətinə şamil olunur. Mal ətini ingilis dilində ifadə etmək üçün istifadə edilən "beef" sözü Fransız olan "boeuf" sözündən götürülmüşdür, buğa, dana və mal əti deməkdir.
Lakin, ət və ət məhsullarının ingiliscə adlarının heç də hamısı bu cür fərqli olmurlar. Bəzi mətbəx üçün ekzotik sayılan heyvan ətlərini bizim kimi heyvanın adınının sonuna sadəcə ət - ("meat") kəlməsi artırmaqla ifadə edirlər. Məsələn, dəvə əti - "camel meat", dovşan əti - "rabbit meat" kimi ifadə edilir.
Quş əti növlərinin ingiliscə adları daha sadədir: quş adına "meat" (ət) sözü əlavə olunur vəssalam: " turkey meat", "duck meat", "goose meat" və s.
Steyk nədir?
Əlbəttə əgər mövzumuz İngilis dilində ət məhsulları mövzusudursa steyksiz burada keçinmək olmaz. Beləliklə, Steyk nədir? Dünya mətbəxində steyk kəsməyin və hazırlamağın bir neçə yolu var. Steyklər mal ətindən hazırlanır və buna görədə "beef steak" adlanır. Steykləin növləri, heyvanın hansı hissəsindən kəsildiyinə görə çeşidlənir və ona uyğun da adlandırlır: "Chuck pot roast" - qolun üst hissəsindən olan steyk, "Chuck pot roast" - bel hissəsindən olan steyk, "Chuck" - Boyun əti və s. Dediyimiz kimi, mal ətinin steyk kimi adlandırılması onun hansı hissəsindən olan parçasından asılıdır, bu səbəbdən də steyk - bir parça mal əti deməkdir.
İngiliscə ət məhsullarının yazılış və tələffüzü.
|
[ miːt ] | Ət |
|
[ ˈtʃɪkɪn ] | Toyuq əti |
|
[ ˈbeɪ.kən ] | Bekon |
|
[ ˈmʌt.ən ] | Qoyun əti |
|
[ biːf ] | Mal əti |
|
[ hæm ] | Vetçina |
|
[ pɔːk ] | Donuz əti |
|
[ səˈlɑː.mi ] | Salami |
|
[ ˈfræŋk.fɜː.tərz ] | Sosiska |
|
[ viːl ] | Dana əti |
|
[ mɪns ] | Qiymə |
|
[ steɪk ] | Steyk |
Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var. Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.