Ev heyvanları rus dilində
Bu dərsdə ev heyvanları rus dilində mövzusuna dair yeni sözlər öyrənəcəyik.
Rus dilində ev heyvanlarının adları
Rusların necə heyvanpərəst olduqları hamıya bəllidir. Araşdırmalara əsasən rusların dörddə üçünün ( təqribən 73%) evdə ən az bir dörd ayaqlı dostu var. Araşdırma rus ailələrinin pişiklərə itlərdən daha çox sahib olduğunu göstərdi. Ev heyvanları rus dilində mövzusu yeni tanış olduğunuz rus vəya rus dilli həmsöhbətinizlə ilə danışacaq ortaq bir mövzunuz olmayan zaman müraciət edilə biləcəyiniz mövzulardandır. Çətin ki, ən azından nə vaxtsa ev heyvanı olmayan bir rus tapılsın. Əlbəttə əgər siz rus dilində ev heyvanlarının adlarını bilsəniz, deməli, əcnəbi ilə söhbəti asanlıqla ələ alacaqsınız. Əgər siz rus dilində ev heyvanlarının adlarını bilmirsinizsə o zaman bugünkü dərsimiz ev heyvanları rus dilində mövzusuna həsr edilib. Eyni zamanda siz Vəhşi heyvanlar rus dilində dərsini də izləyə bilərsiniz, beləki, rus dilində ev heyvanlarının adları ilə yanaşı vəhşi heyvanları da tanımaq lazımdır.
Rus dilində ev heyvanlarının adları həm uşaqlar, həm də böyüklər tərəfindən həvəslə öyrənilir. Uşaqlar üçün mürəkkəb mövzulardan daha çox rus dilində ev heyvanlarının adlarını öyrənmək daha asan və maraqlıdır. Uşaqların rus dili dərslərində soruşduğu ilk suallardan biri də məhz "ev heyvanlarının adları rus dilində nədir?" sualıdır.
Uşaqlar üçün rus dili dərsləri əlbətdəki balacaları cəlb edəcək mövzulardan əlavə dərslərin müxtəlif oyun və digər maraqlı ola biləcək vasitələrdən istifadə edilməsi ilə aparılır. Bu vasitələrdən biri də rus dilində ev heyvanlarının çıxardığı səsləri ifadə edən fellərin öyrənilməsidir. Yəni uşaqlara rus dilində ev heyvanlarının necə səslər çıxartdığını izah etsəniz onlara belə dərslər daha maraqlı olacaq. Məsələn, Azərbaycan dilində inək "moyulduyur", yəni "moo" səsi çıxardır. Rus dilində bu felə "мычание" deyilir. Azərbaycan dilində pişik "miyulduyur", yəni miyav səsi verir. Rus dilində bu felə "мяукать" deyilir.
Uşaqlar üçün rus dilini öyrənməyin ən gözəl üsullarından biri rus dilində cizgi filmlərinə baxmalarıdır. Uşaqlar üçün rus dilində heyvanlar həmişə maraqlı bir mövzudur. Uşaqlar şəkillərin, hər cür cizgi filmlərinin, sadə mahnıların və şeirlərin köməyi ilə rus dilində heyvan adlarını asanlıqla yadda saxlayacaqlar. Heyvanlar təkcə uşaqlar üçün deyil, rus dilini öyrənən böyüklər üçün də faydalı olan bir çox uşaq nağıllarında yer alır.
Ev heyvanları rusca mövzusu ilə yanaşı Rus dilində quş adları mövzusunu da bilməyiniz məsləhətdir. Saytımızda eyni zamanda rus dilində dəniz heyvanlarının və balıqların adlarını öyrədən mövzu da vardır. Bütün bu mövzular sizin rus dilində heyvanlar aləminə aid olan mövzularda söz ehtiyyatınızı xeyli dərəcədə artıracaqdır.
Ev heyvanları mövzusunda rus dilində atalar sözləri
"Чья бы корова мычала, а твоя бы молчала." - Kimin inəyi möyüldəsədə, səninki sussun. (Azərbaycanca analoqu - "Meymun baxdı güzgüyə, adın qoydu özgəyə" (Danışanın özündə mövcud olan çatışmamazlıqlarla başqa birini eyni çatışmamazlıqlara görə günahlandırmamaq, mühakimə etməmək, tələb edərkən bu atalar sözündən istifadə edilir.))
"Без осанки и конь корова." - Qamətsiz at da inəkdir.
"Говорят, что кур доят." - Deyirlərki, - toyuqları sağırlar. (Biri inandırıcı olmayan şayədən, və ya sizin düzünü bildiyiniz bir məsələnin həqiqətə uyğun olmayan versiyasını sizə danışarkən, yalan qeybətlərə ironiyalı münasibət bildirmək üçün istifadə edilir)
"Дай курице грядку - изроет весь огород." - Toyuğa bir lək ver - bütün bağı eşəcək. (Azərbaycanca analoqu - "Barmağını ver, qolunu aparsın." (Əhəmiyyətsiz bir insana daha çox əhəmiyyət versəniz, istifadə etməyə başlayacaq və nəticədə zərər verə bilər.)).
"И волки сыты, и овцы целы." - Canavarlar da toxdur, qoyunlar da salamat. (Azərbaycanca analoqu - "Nə şiş yansın, nə kabab" (Fərqli fikir və maraqları olan insanları məmnun etmək istəyi nəticəsində yaranan, hər iki tərəf üçün əlverişli, faydalı vəziyyət haqqında bu atalar sözünü deyirlər.))
"Каждая курица свой насест хвалит." - Hər toyuq öz tarını tərifləyir. (Azərbaycanca analoqu - "Hərə öz malını tərifləyir." )
"Метил в ворону - попал в корову." - Qarğaya atırdı - inəyə dəydi. (Azərbaycanca analoqu - "Aya baxıb, çaya atmaq"
"Не всякая собака кусает, которая лает." - Hər hürən it dişləmir.
"Посади свинью за стол - она и ноги на стол." - Donuzu masaya oturtsan - ayaqlarını da masaya qoyar (Azərbaycanca analoqu - "Üz verəndə astar da istəyir." (Başqasının xeyirxahlığından və köməyindən istifadə edən təkəbbürlü, yalnız öz xeyrinə çalışan, nankor bir adamdan bəhs edirlər.))
"Свинья грязи найдёт." - Donuz kir tapacaq. (Pis meylli bir insan həmişə xoşagəlməz bir hadisəyə bulaşacaq. Bu atalar sözü bir adamın cəmiyyətdə necə çirkin davrandığını görəndə qınaqla işlədilir. Eyni zamanda analar üst-başları palçıqlı gəzintidən evə qayıdan uşaqlarına bu atalar sözünü işlədirlər.)
Rusca ev heyvanlarının yazılış və tələffüzü.
|
[ дам`ашн’ий’э жыв`отный’э ] | Ev heyvanları |
|
[ саб`ака ] | İt |
|
[ щ’ин`ок ] | Küçük |
|
[ к`ошка ] | Pişik |
|
[ кат’`энак ] | Pişik balası |
|
[ афца ] | Qoyun |
|
[ бар`ан ] | Qoç |
|
[ й’игн’`oнак ] | Quzu |
|
[ каз’`ол ] | Keçi |
|
[ казл’`онак ] | Oğlaq |
|
[ кр`упный’ раг`атый’ ск`от ] | İribuynuzlu heyvan |
|
[ кар`ова ] | İnək |
|
[ б`ык ] | Öküz |
|
[ б`уй’вал ] | Camış |
|
[ т’ил’`эц ] | Buzov |
|
[ л`ошат’ ] | At |
|
[ жыр’иб’`онак ] | Qulun |
|
[ ас’`ол ] | Eşşək |
|
[ в’ирбл’`ут ] | Dəvə |
|
[ св’ин’й’а ] | Donuz |
|
[ парас’`онак ] | Donuz balası |
|
[ к`ур’ица ] | Toyuq |
|
[ п’ит`ух ] | Xoruz |
|
[ цыпл’`oнак ] | Cücə |
|
[ `утка ] | Ördək |
|
[ ут’`онак ] | Ördək balası |
|
[ г`ус’ ] | Qaz |
|
[ ин’д’`эй’ка ] | Hinduşka |
|
[ кр`ол’ик ] | Dovşan |
|
[ хам’`ак ] | Xamyak |
|
[ пч’ила ] | Arı |
Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var. Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.