Dəniz heyvanları rus dilində

Bu dərsdə dəniz heyvanları rus dilində mövzusuna dair yeni sözlər öyrənəcəyik.


Dəniz heyvanları rus dilində

Rus dilində suda yaşayan heyvanların adları

Beləliklə biz heyvanlar aləminə aid rus dilində söz lüğətimizi genişləndirməyə davam edirik. Biz artıq ev heyvanları və vəhşi heyvanları rus dilində adlandırmağı öyrənmişik. Əgər siz rus dilində ev heyvanlarının adlarını bilmirsinizsə o zaman keçən dərslərimizdən biri Ev heyvanları rusca mövzusuna həsr edilib. Eyni zamanda siz Vəhşi heyvanlar rus dilində dərsini də izləyə bilərsiniz, beləki, rus dilində suda yaşayan heyvanların adları ilə yanaşı vəhşi heyvanların və ev heyvanlarının da adlarını bilmək lazımdır.

Yəqinki bir çoxlarınınz rusların necə balıq tutmaq həvəskarları olduqlarını bilirsiniz. Balıq tutmaq ruslar üçün xüsusi əhəmiyyətli bir tədbir olmaqla, təntənəli hazırlıqla müşayiət olunan sevimli bir istirahət növüdür. Hətta bəzi balıq tutma tədbirləri uzunmüddətli səhayətə də çevrilə bilər. Deməli, əgər sizin həmsöhbətiniz rusdursa o zaman siz onunla balıqçılıqdan və dəniz heyvanlarından saatlarla danışa bilərsiniz, və sizin rus həmsöhbətiniz bu söhbətdən əsla bezməyəcəkdir. Əlbəttə bunun üçün siz rus dilində dəniz heyvanlarının adlarını bilməlisiniz. Bu dərsin sonuna siz artıq rusca dəniz heyvanlarının adlarını öyrənmiş olacaqsınız. Qeyd etmək istəyirəm ki, bir sıra rusca dəniz heyvanlarının adlarını siz artıq bilirsiniz, beləki, biz Azərbaycan dilində də həmin balıq və canlıları eyni cür adlandırırıq. Məsələn, biz çox nadir hallarda köpək balığı kəliməsini işlədirik, bu dəniz heyvanına ruslar kimi "Акула" deyirik. Eyni misalı "Акула", "Кит", "Осетрина", "Дельфин", "Рак", "Креветка""Икра" kimi sözlərə də aid etmək olar.

Suda yaşayan heyvanlar rusca

Dəniz heyvanları rus dilində

Dəniz heyvanları mövzusunda rus dilində deyimlər

"Бьётся, как рыба об лёд." - Balıq özünü buza çırpan kimi, çırpınır. (Azərbaycanca analoqu - "Balıq kimi çırpınmaq" ( Çətin vəziyyətdən çıxış yolu axtaran biri üçün bu frazeoloji birləşmədən istifadə edilir. Balıqçıların götürülmüş bir ifadədir. Qışda balıq ovu zamanı tutulan balıq buz üzərində çırpınaraq həyatda qalmaq üçün döyüşür, amma bütün səyləri boşa çıxır.))

"Рыба с головы гниет." - Balıq başdan çürüyür. (Azərbaycanca analoqu - "Balıq başdan iy verir" )

"Не учи рыбу плавать." - Balığa üzməyi öyrətmə.

"Всякая рыба хороша, коли на уху пошла." - Bu atalar sözü sözün əsl mənasında əgər sözü gedən balıqdan "уха" bişirilə bilərsə, və əlbəttə ki, yeyilə biləcəyi təqdirdə yaxşı balıq olduğu mənasına gəlir. Ancaq atalar sözünün məcazi mənası daha böyük əhəmiyyət kəsb edir: əgər hər hansı bir obyekt təyinatı üzrə istifadə oluna bilərsə, faydalı olduğu ortaya çıxarsa, o zaman pis ola bilməz. Bu ifadə bir insana aid edildikdə: əgər işinin öhdəsindən gəlmişsə, tamamlamışsa, deməli öz işinin ustasıdır.

"На всякую рыбу едок найдется." - Hər balıq üçün bir yeyəni tapılar. (Azərbaycanca analoqu - "Hər malın öz müştərisi var.")

"На безрыбье и рак рыба." - Balıqsızlıqda, xərçəng də balıqdır. (Azərbaycanca analoqu - "Yoxa lənət" (daha yaxşı bir şeyin olmaması səbəbiylə az şeylə kifayətləndikdə istifadə edilən ifadə.))

"Чтобы рыбку съесть, надо в воду лезть." - Balıq yemək üçün suya girmək lazımdır. (Nəsə əldə etmək üçün əmək sərf etmək lazım olduğunu bildirmək üçün istifadə edilən ifadə)

"Нем, как рыба." - Balıq kimi lal. (Azərbaycanca analoqu - "Bir daş altda, bir daş üstdə" )

Rusca dəniz heyvanlarının yazılış və tələffüzü.

[ р`ыба ] Balıq
[ ак`ула ] Köpək balığı
[ к’`ит ] Balina
[ д’ил’ф’`ин ] Delfin
[ т’ул’`эн’ ] Suiti
[ м`орш ] Morj
[ ламан’т’`ин ] Dəniz inəyi
[ кас`атка ] Orka
[ м’`эч’ р`ыба ] Qılınc balığı
[ нарв`ал ] Narval
[ ск`ат ] Skat
[ ас’м’ин`ок ] Osminoq
[ кал’м`ар ] Kalmar
[ карак`ат’ица ] Mürəkkəb balığı
[ м’ид`уза ] Meduza
[ кр`ап ] Yengəc
[ р`ак ] Xərçəng
[ ам`ар ] Omar
[ кр’ив’`этка ] Krivet
[ с’`эл’т’ ] Siyənək
[ лас`ос’ ] Qızılbalıq
[ к`арп ] Çəki balığı
[ ас’итр’`ина ] Nərə
[ фар’`эл’ ] Alabalıq
[ с`ом ] Naqqa balığı
[ к`амбала ] Kambala
[ ск`умбр’ий’а ] Skumbriya
[ щ’`ука ] Durnabalığı
[ шпр`от ] Şprot
[ сард’`ина ] Sardina
[ `окун’ ] Xanı balıq
[ л’`эщ’ ] Çapaq
[ `угар’ ] İlan balığı
[ крыл`атка ] Şir balığı
[ `утканoс ] Ördəkburun
[ марск`ой’ кан’`ок ] Dəniz atı
[ `устр’ица ] Dəniz ilbizi
[ марск`ой’ й’ош ] Dəniz kirpisi
[ марск`ай’а зв’изда ] Dəniz ulduzu
[ рак`ушка ] Balıqqulağı
[ кар`ал ] Mərcan
[ `акт’ин’ии ] Dəniz anemonu
[ в`одарасл’и ] Dəniz yosunu
[ икра ] Kürü

Biz təhsilin hamı üçün pulsuz və əlçatan olmalısının tərəfdarıyıq. Bu səbəbdən biz bütün video dərslərimizi tamamilə pulsuz olaraq Sizə təqdim edirik. Lakin, yeni video kurslar yaratmaq üçün məzmunun hazırlanmasına, saytın saxlanılmasına və bu işlə əlaqəli olan bir sıra xərclərin ödənilməsində izləyicilərimizin maddi köməyinə ehtiyacımız var.
Əgər Sizin üçün hazırladığımız video kursları bəyənirsinizsə ve sizə faydası varsa, o zaman bizim hesablara ianə edərək bizə dəstək ola bilərsiniz.